Ölkəmiz etibarlı tərəfdaş kimi tanınır

 

İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ötən ildə olduğu kimi, bu dəfə də Şuşada media nümayəndələrinin suallarını cavablandırdı, mədəniyyət paytaxtından dünyaya mühüm mesajlar verdi.

 

"Berliner Zeitung" qəzetinin nümayəndəsi Holqer Fridrix Prezident İlham Əliyevin Azərbaycana qarşı qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara qarşı necə münasibət bəslədiyini öyrənməyə çalışıb. Ölkə başçısı cavabında bildirib ki, bu cür saxta məlumatlar əsasən Qərbdən qaynaqlanır və bu, gündəlik həyatımızın bir hissəsinə çevrilib. Dövlət başçısı, həmçinin əlavə edib ki, vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.

 

Bəli, bəzi Avropa ölkələrində və təşkilatlarında Azərbaycanla bağlı tənqidi mövqelər və qərəzli yanaşmalar müşahidə edilir. Xüsusilə, Fransa parlamentiAvropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən ölkəmizə qarşı bəzi mənfi siqnallar verilmiş və qərəzli qətnamələr qəbul edilmişdir. Bu cür selektivsubyektiv yanaşmalar heçbütün Avropanın ümumi mövqeyini əks etdirmir. Bunun əyani sübutu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan haqqında söylədiyi fikirlərdir. 2022-ci il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb. Həmin mərasimdə xanım diplomat Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun günbəgün artması heç də təsadüf sayıla bilməz. Enerji təhlükəsizliyi milli məsələyə çevrildiyindən artıq hər bir dövlət daha etibarlı tərəfdaş axtarışındadır. Bu da Azərbaycanın daha ön plana çıxmasına səbəb olub. Avropa Komissarı Kadri Simson bu il martın 1-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxış edərkən Azərbaycanın enerji sahəsində panavropa təchizatına çevrildiyini deyib.

 

Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli mövqedə yerləşən Azərbaycan, müstəqilliyini bərpa etdikdən sonra Qərb və Şərq dəyərlərinin sintezindən yaranmış cəhətləri mənimsəyib, özünəməxsus inkişaf yolu seçib. Azərbaycan da daxil olmaqla 90-cı illərin əvvəllərində Sovet İttifaqından ayrılan respublikaların beynəlxalq münasibətlər sistemində hansı yolu tutacağı böyük maraqla izlənilirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Lakin Azərbaycanın mövqeyi digərlərindən fərqli oldu.

 

Ötən illər ərzində Azərbaycan həm dünya təcrübəsini öyrəndi, həm də özünün iqtisadi, siyasi inkişaf modelini müəyyənləşdirdi. Keçid dövründə ölkədə bir sıra sosial-iqtisadi problemlər yaşansa da, ümummilli lider Heydər Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası ilə bütün çətinliklər tədricən aradan qalxdı. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" və qonşu dövlətlərə soyuq münasibətlərin aradan qaldırılması Azərbaycan iqtisadiyyatının ayağa qalxmasında önəmli rol oynadı. Müstəqilliyin ilk illərində Rusiyaİranla münasibətlərin kəskin şəkildə pozulması Azərbaycanın gələcəyi üçün heç də yaxşı vədlər vermirdi. Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərlik etdiyi dövrdən etibarən bu ölkələrlə də münasibətlər normal məcraya gətirildi. Nəticədə Azərbaycan iqtisadi-siyasi müstəqilliyə nail oldu.

 

Lakin bu uğurlar dostları sevindirdiyi qədər, bəzilərinin də qısqanclığına səbəb oldu. Azərbaycanı "proksi" ölkəyə çevirməyə cəhd edənlər bunun mümkün olmadığını gördükdə şər-böhtan kampaniyasına start verdilər. Ərazi bütövlüyüsuverenliyini tam bərpa edən Azərbaycana qarşı ard-arda total hücumlar edildi. Erməni lobbisinin təsiri altında olan Avropa Parlamentinin anti-Azərbaycan bəyanatları və qərəzli mövqeləri son dövrlərdə daha çox nəzərə çarpır. Bunun ardınca Avropa Şurası Parlament Assambleyası (AŞPA) da ikili standartlar və qərəzli yanaşmalarla çıxış edərək, Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə gündəmə gəlib. Bu cür addımlar, müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə almaq məqsədi güdür. 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yumansülh təşəbbüsləri ilə çıxış etməyən AŞPA-nın bu mövqeyi qərəzin ən yüksək səviyyəsi kimi qiymətləndirilə bilər. Bu kimi addımların atılmasında əsas məqsəd Azərbaycanın iradəsini, qətiyyətini zədələməyə çalışmaq idi: "...Biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik və dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında kiminsə hansısa bəyanatına məhəl qoymadıq, fikir vermədik. Biz onlara tamamilə biganə yanaşırıq". Prezident İlham Əliyevin bu fikirləri onu deməyə əsas verir ki, Azərbaycanı tutduğu yoldan heç kim döndərə bilməyəcək. Müstəqil xarici siyasət, müstəqil iqtisadiyyat bir ölkənin güclü dövlətə çevrilməsi üçün əsas faktorlardır ki, bunun da hər biri ölkəmizdə mövcuddur. Bu gün Azərbaycan dünyada qlobal layihələrin əsas təşəbbüskarı kimi tanınır. Ona görədir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinə dünya ictimaiyyəti öz dəstəyini göstərib.

 

Musa BAĞIRLI

Respublika .- 2024.- 23 iyul (№ 153).- S.11.