COP29-a
qədər sülh müqaviləsinin imzalanması
ən ideal variantdır
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
və sülh müqaviləsinin imzalanması
üçün, ilk növbədə,
ölkələr və
xalqlar arasında etimad yaradılmalıdır. Bu, ən vacib şərtdir.
Hesab edirəm ki, ikitərəfli danışıqların
məntiqi nəticəsi
olaraq Qazaxın 4 anklav olmayan kəndinin Azərbaycana qaytarılması həmin
etimad mühitinin formalaşmasında mühüm
rol oynayır. Xüsusilə qeyd etmək
lazımdır ki, vasitəçilərin, üçüncü
tərəfin iştirakı
olmadan rəsmi Bakı və İrəvanın apardığı
birbaşa danışıqlar
müsbət nəticə
verə bilir. Bu format özünü doğruldur.
Münxendə və Berlində aparılan danışıqlar
bu prosesdə müsbət rol oynayır. Eyni zamanda Qazaxıstan da ikitərəfli formatda danışıqların
keçirilməsi üçün
ev sahibliyi
edə biləcəyini
açıqlayıb. Yaxın
zamanda xarici işlər nazirliyi səviyyəsində baş
tutması gözlənilən
görüşə Qazaxıstan
vasitəçi deyil,
yalnız ev
sahibliyi edəcək.
Beynəlxalq ictimaiyyət
də bu faktı təsdiqləyir ki, sülh prosesinə
töhfə vermək
istəyənlər təkcə
ev sahibliyi
edə bilərlər,
vasitəçi olmağa
ehtiyac yoxdur. Düşünürəm ki, bu, ən böyük amildir və biz bunun müsbət dividendlər gətirdiyini
görürük.
Qarşıda iki mühüm məsələ dayanıb. Bunlardan biri
iki ölkə arasındakı delimitasiya
və demarkasiya məsələləridir. Bu prosesdə də
artıq ilkin müsbət addımlar atılır, əməli
işlər görülür.
İkinci mühüm məsələ
isə Zəngəzur
dəhlizinin işə
salınması ilə
bağlıdır. Dəhlizlə bağlı məsələdə
Ermənistan daha çox Rusiya ilə fikir ayrılığına malikdir.
Çünki rəsmi İrəvan
çalışır ki,
Zəngəzur dəhlizinin
təhlükəsizlik məsələsini
öz üzərinə
götürsün. Ancaq Rusiya
10 noyabr Bəyanatının
mahiyyətindən çıxış
edərək öz sərhədçilərinin rolunu
qabardır və onları ön plana çəkir.
Bu baxımdan, hazırda
fikir ayrılığı
var. Amma əsas odur ki, proses
başlayıb və artıq dinamika var. Biz inanırıq ki, yaxın perspektivdə bu istiqamətdə ciddi addımlar atılacaq.
Azərbaycan bu il
dünyanın ən böyük tədbirlərindən
birinə - COP29-a ev sahibliyi edəcək. Dünyanın nəbzi Bakıda
döyünəcək. Dövlət
liderləri Odlar yurduna səfər edəcəklər. Düşünürəm ki, Paşinyanın da buraya qatılmasının
ehtimalı kifayət qədər böyükdür.
Bu tədbirə qədər sülh müqaviləsinin imzalanması
ən ideal variantdır.
Hadisələrin gedişatı bu
reallığı labüd
edə bilər.
Elman NƏSİROV,
Milli Məclisin deputatı.
Respublika 2024.- 1 may, № 88.- S.10.