Əlillərə qayğı diqqət mərkəzindədir
Nəsimi rayonunda son illərdə digər sahələrlə yanaşı, talelərinə əlillık payı düşmüş insanlara hər cür qayğı göstərilir, onlarla icra hakimiyyətində yaddaqalan tədbirlər keçirilir və üzləşdikləri problemlər öz müsbət həllini tapır.
Bu günlərdə
rayon icra hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq
Əlillər Günü münasibətilə geniş tədbir
keçirildi. Mərasimdə rayon ərazisində məskunlaşan
əlillər, həmçinin ictimaiyyətin nümayəndələri
iştirak edirdilər.
Tədbirdə
çıxış edən rayon icra hakimiyyəti
başçısının birinci müavini Qərib Məmmədov
ilk öncə mərasimdə iştirak edən insanları
salamladı və qeyd etdi ki, 1993-cü ilin dekabr ayından
BMT-nin Baş Assambleyasının qərarı ilə
dekabrın 3-ü Beynəlxalq Əlillər Günü kimi
qeyd olunur. Vurğulamaq lazımdır ki, dünyada yüz
milyonlarla insan əlillikdən əziyyət çəkir.
Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində
ölkəmizdə əlillikdən əziyyət çəkən
insanlar dövlət qayğısı ilə əhatə
olunmuşlar. Qeyd etmək lazımdır ki, Nəsimi rayonunda
da əlillərə qayğı diqqət mərkəzindədir,
bu sahədə məqsədyönlü iş aparılır.
Şübhəsiz ki, gələcəkdə vəziyyət
daha da yaxşılaşdırılacaq, əlillərə
göstərilən diqqət müasir tələblər səviyyəsinə
qaldırılacaqdır.
Bayram əhval-ruhiyyəli
tədbirdə 250 nəfər əlilə maddi yardım
göstərildi. Həmin insanlar dövlət
qayğısı ilə əhatə olunduqlarına görə
rayon rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər.
Mərasimdə H.Sarabski
adına mədəniyyət evinin incəsənət
ustaları maraqlı proqramla çıxış etdilər.
Aslan Q.
Respublika.-
2008.- 4 dekabr.- S.7.