Azərbaycan uşaq mətbuatının yadigarı

 

Bu günlərdə "Şuşa" şadlıq sarayında "Savalan" qəzetinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, Millət vəkili, yazıçı Hüseynbala Mirələmov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Azərbaycan Gənclər İttifaqının sədri Ağacan Əhmədov, "Respublika Xatirə Kitabı" redaksiyasının baş redaktoru, yazıçı Nahid Hacızadə, Bakı Şəhəri Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov, qabaqcıl məktəb direktorları, şair və yazıçılar, "Savalan" qəzetinin keçmiş əməkdaşları əməkdar jurnalistlər Svetlana Nəcəfova, Əlirza Balayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya təminatı sektorunun müdiri Lətafət Tağızadə, Ombudsman aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, əməkdar jurnalist Qulu Məhərrəmli və başqaları 70 illik bir dövrdə gənclərə vətənpərvərlik hissi aşılayan qəzetin keşməkeşli yollarından ürək sözlərini və xatirələrini tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Natiqlər bir vaxtlar öz şeir və hekayələrinin ilk dəfə "Savalan" (keçmiş Azərbaycan pioneri) qəzetində dərc olunmasından qürur hissi keçirmələrini yada saldılar.

Tədbirdə qeyd edildi ki, gəncliyə qovuşan yolun astanasında dayanan, həmişəyaşar qəzetlər arasında yaşına görə qoca, amma əqidəsinə görə həmişə cavan görünən bu sevimli qəzet özünün yetmişinci baharını yaşayır. 1938-ci il avqust ayının 1-də Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin, Respublika Pioener Təşkilatının orqanı kimi nəşrə başlayan və uzun illər yaddaşlarda iz salan "Azərbaycan pioneri" bu gün müasirlərini, oxucularını "Savalan" adı ilə salamlayır.

Yarım əsrdən çox bir müddət ərzində xatirələrdə "Azərbaycan pioneri" kimi tanınan qəzet həmişə söz-sohbətli, necə deyərlər, çal-çağırlı olmuşdur. Bütün fəaliyyəti boyu gənc nəslin, fidan balaların xidmətində duran, onların bilik və təhsilinin qayğısına qalan, sinəsi şeir və hekayələrlə, nağıl və rəvayətlərlə dolu olan bu qəzet Azərbaycan uşaq mətbuatının yeganə yadigarıdır.

1990-cı ilin yanvarında xalqımız özünün ən dəhşətli faciələrindən birini yaşadı. Bakıya soxulan sovet qoşunları dinc əhaliyə, eləcə də uşaqlara divan tutdular. Bu fəlakət uşaqdan tutmuş böyüyə qədər hamıda böyük bir nifrət oyatmışdı. Ulu öndərimiz, xalqımızın böyük oğlu, Heydər Əliyevin Moskvada Azərbaycan səfirliyində çıxışı, o vaxtlar sovetlər ittifaqına rəhbərlik edən M.Qorbaçovu, sovet imperiyasını bu cinayətdə ittiham etməsi nəinki respublikamızın hər bir guşəsində, həm də bir çox xarici ölkələrdə böyük bir əks-səda doğurmuşdu. Xalqımız üçün son dərəcə ağır olan həmin günlərdə qəzetin kollektivi də yığışıb onun adını dəyişməyi qərara aldı. Beləliklə, qəzetin adı Cənublu və Şimallı Azərbaycan türklərinin ucalıq zirvəsi, qüdrət rəmzi olan "Savalan" adlandırıldı. İndi bu görkəmində o, sanki müdrik Savalan babanı, uca Savalan dağını xatırladır. Hər sayında Vətən sevgisindən, torpaq məhəbbətindən danışır, tariximizi yada salır, kökümüzdən, mənliyimizdən söz açıb körpə ürəkləri qürur hissi ilə doldurur. Paklıq, saflıq, müqəddəslik hissləri uşaqlar üçün əsl nümunəyə çevrilir.

Qəzetə bu yetmiş illik tarixi ərzində 8 redaktor rəhbərlik edib. İlk dövrlərdə qəzetin redaktoru vəzifəsində M.Əliyev, sonralar Q.Həsənov, İ.Novruzov başçılıq etmişlər. 1946-cı ilin mayından qəzetə son dərəcə təvazökar və nəcib bir insan olan, tanınmış uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunmuş və o, iyirmi ilə yaxın bir müddətdə bu vəzifədə çalışmışdır. Eynulla Ağayevdən sonra qəzetin sükanı arxasında uşaq psixologiyasının çox gözəl bilicisi, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov əyləşmiş və 22 il onu idarə etmişdir. Bu şəxslər bizim yaxşı mənada qibtə etdiyimiz, uşaq qəlbini duyan, onların hərarəti ilə yaşayan sadə insanlar idi. Onu da deyək ki, həmin vaxtlar "Azərbaycan pioneri" respublikamızda nəşr olunan ən populyar qəzetlərdən biri idi. Qəzet yarım milyon tirajla çap olunurdu. Qəzetdə gözəl şairlərimiz Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib,  yazıçı-fantast  Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov, Əmir Mustafayev və Hüseynbala Mirələmov kimi ziyalılar çalışmışlar. Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Cəmil Əlibəyov, Nəriman Süleymanov, Məmməd Araz, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Tofiq Mahmud, Fikrət Qoca, İlyas Tapdıq kimi tanınmış şair və yazıçılar, redaksiya heyətinin üzvləri olmuş, qəzetin ən çox oxunan və sevilən müəllifləri kimi yaddaşlarda yaşayırlar.

2000-ci ildən qəzetə Azərbaycan Gənclər İttifaqının sədr müavini, Uşaq və Gənclərin Xeyriyyə Fondunun sədri Eldar Əliyev rəhbərlik edir.

Qəzetin fəaliyyət göstərdiyi bütün illər ərzində onun əsas qayəsi, məqsədi və vəzifəsi ancaq gənc nəslə - uşaqlara, fidan balalarımıza xidmət göstərmək, onların Vətənin layiqli övladları kimi yetişmələrinə köməklik göstərmək olub. Azərbaycan mətbu orqanları içərisində öz sözü, öz dəst-xətti olan "Savalan" uşaqlar və yeniyetmələr arasında hərbi vətənpərvərlik və idman sahəsində bir çox böyük tədbirlərin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. Bir vaxtlar respublikamızda son dərəcə geniş şöhrət tapmış "Sevinc" futbol klubu 1964-cü ildən 1990-cı ilə kimi 25 il fəaliyyət göstərib. Bu klub bir il sonra bir nümunə olaraq SSRİ miqyasında başlayan məşhur "Dəri top" ümumittifaq tumrinin əsasının qoyulması və keçirilməsi ilə nəticələnib. "Sevinc" futbol klubunun həmin illərdəki uğurları, SSRİ birinciliklərindəki nailiyyətləri, qələbələri çoxlarına yaxşı bəllidir. Qəzetin kubokunun sahibləri və mükafatçıları 21 dəfə ümumittifaq yarışlarından doğma respublikaya qızıl, gümüş və bürünc medallarla qayıtmışlar. Azərbaycan futbolu tarixində heç bir komandamız "Sevinc" klubunun qalibləri qədər ümumittifaq yarışlarından bu qədər mükafatla qayıtmayıb. Hərbi vətənpərvərlik sahəsində uşaqlar və yeniyetmələr arasında keçirilən "Üfüqdə parıltı" və "Qartal balası" hərbi idman oyunlarında qazanılan uğurlar da tərifəlayiqdir. Böyük şəhərlərdə, ayrı-ayrı respublikaların paytaxtlarında keçirilən ümumittifaq oyunlarında azərbaycanlı balalarımız öz ulu sərkərdə babalarına xas olan hünər və mərdlik nümunələri nümayiş etdirmiş və Vətənə çoxsaylı mükafatlarla qayıtmışlar. Qəzetimizin təşəbbüskarı olduğu bu tədbirlərə Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, tanınmış generallarımız Valeh Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, yazıçı-fantast Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov, Əmir Mustafayev və Hüseynbala Mirələmov kimi ziyalılar çalışmışlar. Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Cəmil Əlibəyov, Nəriman Süleymanov, Məmməd Araz, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Tofiq Mahmud, Fikrət Qoca, İlyas Tapdıq kimi tanınmış şair və yazıçılar, redaksiya heyətinin üzvləri olmuş, qəzetin ən çox oxunan və sevilən müəllifləri kimi yaddaşlarda yaşayırlar.

2000-ci ildən qəzetə Azərbaycan Gənclər İttifaqının sədr müavini, Uşaq və Gənclərin Xeyriyyə Fondunun sədri Eldar Əliyev rəhbərlik edir.

Qəzetin fəaliyyət göstərdiyi bütün illər ərzində onun əsas qayəsi, məqsədi və vəzifəsi ancaq gənc nəslə - uşaqlara, fidan balalarımıza xidmət göstərmək, onların Vətənin layiqli övladları kimi yetişmələrinə köməklik göstərmək olub. Azərbaycan mətbu orqanları içərisində öz sözü, öz dəst-xətti olan "Savalan" uşaqlar və yeniyetmələr arasında hərbi vətənpərvərlik və idman sahəsində bir çox böyük tədbirlərin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. Bir vaxtlar respublikamızda son dərəcə geniş şöhrət tapmış "Sevinc" futbol klubu 1964-cü ildən 1990-cı ilə kimi 25 il fəaliyyət göstərib. Bu klub bir il sonra bir nümunə olaraq SSRİ miqyasında başlayan məşhur "Dəri top" ümumittifaq tumrinin əsasının qoyulması və keçirilməsi ilə nəticələnib. "Sevinc" futbol klubunun həmin illərdəki uğurları, SSRİ birinciliklərindəki nailiyyətləri, qələbələri çoxlarına yaxşı bəllidir. Qəzetin kubokunun sahibləri və mükafatçıları 21 dəfə ümumittifaq yarışlarından doğma respublikaya qızıl, gümüş və bürünc medallarla qayıtmışlar. Azərbaycan futbolu tarixində heç bir komandamız "Sevinc" klubunun qalibləri qədər ümumittifaq yarışlarından bu qədər mükafatla qayıtmayıb. Hərbi vətənpərvərlik sahəsində uşaqlar və yeniyetmələr arasında keçirilən "Üfüqdə parıltı" və "Qartal balası" hərbi idman oyunlarında qazanılan uğurlar da tərifəlayiqdir. Böyük şəhərlərdə, ayrı-ayrı respublikaların paytaxtlarında keçirilən ümumittifaq oyunlarında azərbaycanlı balalarımız öz ulu sərkərdə babalarına xas olan hünər və mərdlik nümunələri nümayiş etdirmiş və Vətənə çoxsaylı mükafatlarla qayıtmışlar. Qəzetimizin təşəbbüskarı olduğu bu tədbirlərə Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, tanınmış generallarımız Valeh Bərşadlı, Akim Abbasov, Mustafa Nuriyev kimi istedadlı hərbçilər rəhbərlik etmişlər. Onların qəzetdə dərc olunan yazıları, məsləhət və tövsiyələri gənc nəslimiz üçün əsl mərdlik və gözəl bir həyat nümunəsi olmuşdu.

Ümumiyyətlə, hərbi-vətənpərvərlik mövzusu bütün illər ərzində, xüsusən 90-cı illərdən sonra həmişə qəzetin əsas aparıcı mövzusu olmuşdur. Qəzetin hər sayında mütəmadi olaraq gənc oxuculara Azərbaycanın hərb tarixi haqqında ətraflı məlumatlar təqdim edilir. Bu silsilə yazılarda qədim yurdumuzun hərb tarixi salnaməsinə parlaq və unudulmaz səhifələr yazmış, orduları döyüşə aparan, hərb meydanlarında misilsiz rəşadət göstərən Azərbaycan bahadırlarının igidliyi və sonralar milli ordumuzun təməl daşını qoyan mətin oğullarımızın, silahlı qüvvələrə rəhbərlik edən cəsur sərkədərlərimizin həyat və fəaliyyəti əksini tapmışdır. Onu da əlavə edək ki, həm Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq zirvəsinə ucalmış cəbhəçilərimiz barədə, həm də müstəqil Azərbaycan dövlətimiz, ana torpağımızın hər qarışı uğrunda döyüşən, canından keçən 209 Milli Qəhrəmanımızın hamısı haqqında qəzetdə silsilə şəkildə yazılar dərc olunmuşdur. Məktəblilərimizin öz qəhrəmanları ilə yaxından tanışlığı çox mühüm və vacib bir məsələdir. Vətənpərvərlik, Vətənə, ana torpağa sədaqət və məhəbbət hissləri aşılayan bu silsilə yazıları dərc etməklə uşaqlara, yeniyetmələrə bir daha xatırlanır ki, nikbin olmaq, cəsur babaları ilə fəxr etmək, qürurlanmaq, böyük öndər Heydər Əliyevin qüdrətləndirdiyi, şöhrətləndirdiyi, bütün dünyaya tanıtdığı müstəqil Azərbaycanımızın layiqli övladları olmağa hazırlamaqdır.

"Savalan" qəzeti həqiqətən də gənc nəslin tərbiyəsində, onun vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Təməli ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin gənc nəslə, balalarımıza və eləcə də uşaqlarımızın mətbu orqanı olan "Savalan"a böyük diqqət və qayğısı həmişə hiss olunur. Bu gün də qəzetin dövlətimizin himayəsində olması məhz bu qayğının nəticəsidir. İndi "Savalan" qəzeti özünün gözəl bir dövrünü yaşayır. Artıq "Savalan" əvvəlki dövriliyini bərpa edib və nəfis tərtibatla həftədə 2 dəfə 8-12 səhifə həcmində rəngli nəşr olunur.

"Savalan" qəzetinin baş redaktoru Eldar Əliyev redaksiyanın keçmiş əməkdaşlarını müxtəlif hədiyyələrlə mükafatlandırdı.

Tədbir musiqili-ədəbi kompozisiya ilə başa çatdı.

 

İlyasoğlu S.

 

Respublika.- 2008.- 6 dekabr.- S.4.