Zamanı qabaqlayan dahi insan
Ümumilli liderimiz Heydər
Əliyevin xalqı və Vətəni qarşısında
tarixi xidmətləri misilsizdir.
Çoxəsrlik
dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər
Əliyevin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti
etibarilə Azərbaycanın hüdudlarından
çox-çox kənara çıxır. Dünyanın
nüfuzlu siyasətçiləri, görkəmli ictimai-siyasi
xadimləri ulu öndərimiz Heydər Əliyevi yalnız Azərbaycanın
deyil, bəşəri miqyaslı lider, hələ
sağlığında ikən zəmanəmizin canlı əfsanəsi
adlandırmışlar. Ümummilli lider Heydər Əliyev
zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi
şəxsiyyətdir ki, o, yalnız öz dövrü
üçün yaşamayıb, yalnız öz
dövrünün qayğıları ilə məşğul
olmayıb. Dünyada cərəyan edən proseslərə təsiri
baxımından daim seçilən və qlobal dünyanın
ən aktual çağırışlarına cavab verən
bu dahi şəxsiyyət nəinki zəmanəmizin, eləcə
də bəşəriyyət tarixinin ən görkəmli
siyasi və dövlət xadimləri sırasında şərəfli
yer tutub.
Azərbaycanı bəşəriyyətin
beşiyi olan nadir ölkələrdən biri,
xalqımızın isə nadir bir irsin varisi adlandıran ulu
öndərimiz Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan
vətəndaşı bu irsə layiq olmağa
çalışaraq böyük bir tarixi keçmişi, zəngin
mədəniyyəti, yüksək mənəviyyatı olan
ölkəmizin, həm dünəninə, həm bu
gününə, həm də gələcəyinə dərin
bir məsuliyyət hissi ilə yanaşmalıdır".
Ümummilli liderimiz bu şərəfli missiyanı uğurla
yerinə yetirərək Azərbaycanın tarixi
keçmişini bərpa etdi, milli-mənəvi irsini, dəyərlərini
özünə qaytardı, milli adət-ənənələrini
yaşatdı, ölkəmizi bütün dünyaya
tanıtdı.
Tanınmış rus
jurnalisti Oleq Sıqanov Heydər Əliyev fenomeninə çox
yüksək qiymət verərək yazır: "Uğurla
inkişaf edən hər bir ölkə öz
inkişafının müəyyən ideyasına—millətin
mənəviyyatının hərəkətverici qüvvəsi
kimi çıxış edən, gələcəyə
çox güclü bir motiv olan ideyaya möhtacdır. Lakin
ümummilli ideyalar öz-özünə, heç nədən
yaranmır. Heykəltəraş incəsənət əsərlərini
gildən yapdığı və ya qranitdən yonduğu kimi,
mənəvi və intellektual liderlər də milli ideyanı
yaratmaq üçün millətin bütün yaradıcı
və tarixi potensialına istinad edirlər. Heydər Əliyev
lazımi vaxtda Azərbaycan üçün elə bir nadir, zəruri
bənd, ziyalılar sinfinin hakimiyyət zirvəsinə
çatmış elə bir nümayəndəsi olmuşdur
ki, o, özünün fenomenal siyasi keyfiyyətləri sayəsində
nəinki yeni milli ideyanı - müasir dövrün
çağırışlarına adekvat olan yeni Azərbaycan
dövlətçiliyi ideyasını ifadə etməyə,
həm də millətin ən geniş, bu ideyanı həyata
keçirən siyasi və intellektual qüvvələrini -
gözəl idarəçiləri və Azərbaycanı
mütərəqqi inkişaf orbitinə çıxarmağa
qabil olan cəsarətli novatorları öz ətrafında
birləşdirməyə və onları bu ideyanın həyata
keçirilməsinə yönəltməyə nail olmuş
nümayəndəsi olmuşdur. Əliyev hətta
çoxlarının bu uğura inanmadığı, tarixin
üfüqləri, tarixi perspektiv siyasi qeyri-sabitlik xaosunun təsiri
ilə aradan qalxdığı vaxtlarda da bunu edə
bilmişdir". Həqiqətən də ulu öndər Heydər
Əliyev çoxlarının, bəzən isə hətta
heç kəsin edə bilmədiyi işləri öz dərin
biliyi və bacarığı, polad iradəsi sayəsində
həyata keçirməyə müvəffəq olmuşdur.
Onda peşəkar siyasətçiyə və dövlət
başçısına xas olan bütün nadir keyfiyyətlərlə
yanaşı, fitri qabiliyyət vardı, qarşıya
qoyduğu məqsədə doğru nə qədər maneələr
törədilsə də, qətiyyətlə irəliləyirdi.
Hesablamalarında yanılmır, atdığı hər
hansı addımın nəticəsini qabaqcadan görə
bilir, auditoriyanı ələ almağı və müsahibini
inandırmağı bacarırdı. İncə diplomatik
manevrlər, gözlənilməz gedişlər, siyasətdə
ardıcıllıq ona daim uğur gətirib. Prezidentin
uğuru isə bilavasitə dövlətin uğuru deməkdir.
Azərbaycan tarixinin
önəmli və əbədi xatırlanacaq, Vətənin və
xalqın taleyi baxımından çox mühüm bir mərhələsi,
ötən əsrin 60-cı illərinin sonlarından
başlanan və XXI əsrə adlayan bütöv bir qərinəsi
ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti
ilə bağlıdır. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə
həyatımızın bütün sahələrində
baş vermiş köklü dəyişikliklər öz
miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin
ən dolğun səhifələrini təşkil edir. Azərbaycanın
müstəqilliyinin və dünya iqtisadiyyatına dərin
inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli
məhz Heydər Əliyev tərəfindən həmin illərdə
yaradılmış potensiala əsaslanır.
Ulu öndərimiz hələ
ötən əsrin 70-ci iliərindən başlayaraq Azərbaycanın
inkişafı və tərəqqisi, insanların firavan
yaşaması üçün nə mümkün idisə,
hamısını etmişdi. Harada, hansı vəzifədə
və hansı şəraitdə işləməsindən
asılı olmayaraq, həmişə öz xalqı ilə
birlikdə idi. Onun qayğısı ilə
yaşayırdı. Ulu öndərimiz Azərbaycanı tarixin
ən çətin sınaqlarından məharətlə
çıxararaq müstəqil dövlətçiliyimizi
qurdu, onu beynəlxalq aləmdə tanıtdı. 1993-cü
ilin ortalarında dərin böhran içərisində
çabalayan ölkəni intensiv inkişaf yoluna
çıxardı. 1993-cü ilin iyununda müstəqilliyini
yenidən itirmək təhlükəsi, vətəndaş
müharibəsi ilə üz-üzə qaldığı bir
vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə
etibar etdi. Xalqın təkidi və xahişi ilə hakimiyyətə
qayıdan Heydər Əliyev Vətənini və
xalqını başının üstünü almış
bütün bəlalardan hifz edib qorudu, qanunçuluğu bərpa
etdi və cəmiyyəti vahid məfkurə ətrafında
birləşdirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə milli birliyin təmin
edildiyi günü xalqımız özünün əsl
xilaskarı şərəfinə Azərbaycanın müasir
tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır.
Ümummilli liderimiz Heydər
Əliyev güclü daxili potensiala malik yeni milli dövlət
sistemi yaratdı. İqtisadi tənəzzül tədricən
inkişaf mərhələsi ilə əvəzləndi. Heydər
Əliyevin Azərbaycan tarixindəki rolunu çox
dürüst müəyyənləşdirən Türkiyənin
sabiq prezidenti Süleyman Dəmirəlin sözlərini
xatırlayaq: "Çörçill ingilis millətinə
40 il xidmət etdi, ancaq bu, xidmətin sonunda, 1940-cı ildə
lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti
göstərəcək ikinci adam yox idi. Bəşər
tarixində insanlar hər zaman millətinə xidmət edir,
ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, de
Qollun 1958-ci ildə, Adenaurun 1946-cı ildə lazım
olduğu kimi... Heydər Əliyev Azərbaycan millətinə
çox xidmət etmişdir, amma 1993-cü ildə lazım
idi. Onun gördüyü işi görəcək başqa
heç kim yox idi. Yaxşı ki o vardı". Ulu öndərimizin
şəxsiyyətinə və fəaliyyətinə ən məntiqi
qiymətin ifadəsi sayılan sözlərdir...
1994-cü ildə Heydər
Əliyevin milli neft strategiyasının reallaşmasını
təmin edən "Əsrin müqaviləsi"nin
imzalanması xalqımızın öz maddi sərvətlərinin,
xüsusən də neftin həqiqi sahibinə çevrilməsinin
təntənəsi sayıla bilər. Bu müqavilə çərçivəsində
həyata keçirilən genişmiqyaslı layihələr,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
reallaşması, Azərbaycanın neft və qazının
dünya bazarlarına çıxarılması, nəhəng
karbohidrogen yataqlarının kəşfi və istismarı
ölkəmizin tarixində yeni dövr açmış,
dinamik inkişafın təməlini təşkil edərək
müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi
və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə
davamlı inkişafı üçün möhkəm zəmin
yaratmışdır.
Ümummilli liderimiz Heydər
Əliyev müstəqilliyimizin möhkəmləndirilməsində
neft amilinin rolunu dürüst müəyyənləşdirərək
deyib: "Neft Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi,
iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi,
xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərimizin
uğurla həyata keçirilməsi üçün
güclü vasitədir, ən əlverişli mənbədir.
Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli
və məqsədyönlü istifadə etməklə biz
yaxın gələcəkdə Azərbaycan ən yüksək
həyat səviyyəli ölkələrdən birinə
çevirə biləcəyik". İndi xalqımız
milli neft strategiyasının real bəhrələrini
görür. Müstəqil Äzərbaycan dövləti
öz inkişafının keyfiyyətcə yeni mərhələsini
yaşayır. İnsanların rifah halı günbəgün
daha da yaxşılaşır. Maaşlar, pensiya və
müavinətlər müntəzəm olaraq
artırılır, sosial problemlər öz müsbət həllini
tapır.
Neft amili qeyri-neft
sektorunun inkişafına güclü təkan verərək Azərbaycanın
hərtərəfli və davamlı tərəqqisini təmin
edir.
Ulu öndərimizin
onillik prezidentliyi dövründə gördüyü
saysız-hesabsız işlərin hamısını sadalamaq,
sadəcə mümkün deyil. Əsası odur ki, demokratiya,
insan hüquqlarının qorunması, siyasi, iqtisadi, mədəni
və həyatımızın digər sahələrinin
sürətli inkişafı bir sözlə, demokratik,
hüquqi və dünyəvi dövlətin yaradılması,
dünyadakı nüfuzunun durmadan artması məhz Heydər Əliyevin
misilsiz xidmətləridir. Müstəqil dövlətçiliyimizin
Heydər Əliyev tərəfindən
formalaşdırılan mənəvi-ideoloji əsası
dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsində, Azərbaycan diasporunun formalaşmasında
və güclənməsində həlledici rol oynayıb. Nəticədə,
azərbaycançılıq məfkurəsı şuurlara
hakım kəsilib. Dövlətimizin başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin adı
bu gün bölgədə və dünyada layiqli mövqe
qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Ulu öndərimiz Heydər
Əliyevin əbədiyyətə qovuşmasından 5 il
ötür. Bu illər həm də xalqımız
üçün sınaq illəri idi. Sevindirici haldır ki,
ümummilli liderimizin siyasi kursu bu gün Azərbaycanın və
regionun yeni praqmatik, Avropa tipli lideri İlham Əliyev tərəfindən
qətiyyətlə və uğurla davam etdirilir.
Yaradılmış möhkəm təməl üzərində
Azərbaycan artıq daha yüksək zirvələri fəth
etməkdə, dünyanın ən önəmli dövlətlərindən
biri kimi tanınmaqdadır.
Ulu öndər Heydər
Əliyevin anım gününü hər il milyonlarla insan yad
edir. Fəxri Xiyabanda bu dahi insanın məzarına baş
çəkənlərin ardı-arası kəsilmir. Bu kədərli
anım günündə xalq bir daha həmrəylik
nümayiş etdirərək Heydər Əliyevin ruhu
qarşısında mənəvi borcunu ödəyir. Dünya
şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xatirəsi
qəlblərdə əbədi yaşayacaq, onun müdrik
siyasi kursu Azərbaycanı daim uğurlara doğru
aparacaqdır.
Cabbarov X.
Respublika.-
2008.- 12 dekabr.- S.1, 3.