Hər
birimizin qəlbində əbədi yaşayan lider
Düz beş il bundan
öncə, 2003-cü il dekabr ayının 12-də
ümummilli liderimiz, türk dünyasının ulu öndəri,
Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza
oğlu Əliyev vəfat etdi. Həmin vaxtdan beş il ötməsinə
baxmayaraq, bu günə kimi, bundan sonra da ulu öndərimiz hər
birimizin qəlbində əbədi yaşayacaqdır. Ulu
öndərimizin özündən sonra qoyub getdiyi əvəzsiz
xidmətləri, respublikamızın çiçəklənməsində,
dünya arenasında tanınmasında, inkişafında
böyük rolu danılmazdır. Heydər Əliyevin
sağlığında ikən müəllimlərə, həkimlərə,
mədəniyyət işçilərinə,
idmançılarımıza, gənclərimizə göstərdiyi
diqqət və qayğısının nəticəsidir ki, bu
gün həmin insanlar ümummilli liderimizi ən gözəl
xatirələrlə anırlar. Beynəlxalq Təhsil Kompleksinin,
T.Hüseynov adına 134 saylı orta məktəbin direktoru
Sara Xanlarova öz ürək sözlərini bizimlə
söhbətində bu cür ifadə etdi:
- Ümummilli liderimiz
Heydər Əliyevin böyük kədərlə
andığımız vəfatının 5-ci
ildönümüdür. Elmə, təhsilə yüksək
qiymət verən dövlət başçıları bununla
nəinki öz ölkələrinin iqtisadi və mədəni
yüksəlişini təmin edir, həm də bəşəriyyətin
tərəqqisinə böyük töhfələr vermiş
olurlar. Ulu öndərimiz Heydər Əliyev epoxasında da
milli təhsilin inkişafı, ölkənin intellektual potensialının zənginləşdirilməsi, təhsil
quruculuğu sahəsində aparılan islahatlar Azərbaycanın
tərəqqisinin əsası oldu.
Dünya şöhrətli
dahi şəxsiyyət olan Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi dövrdə xüsusilə təhsilə,
Azərbaycan müəllimlərinə töhfələri
olduqca çox olmuşdur. Milli tariximizin ən yaddaqalan məqamları,
maarifimizin intibahı, təhsilimizin uğurları məhz onun
adı və fəaliyyəti ilə bağlıdır.
Ümummilli liderimiz Heydər Əliyevin qurub
yaratdığı müstəqil Azərbaycan dövlətinin
təhsil siyasəti həm də pedaqoji nəzəriyyədir,
milli təhsilimizin ideya əsasıdır. Ötən əsrin
70-80-ci illərini haqlı olaraq Azərbaycan təhsilinin
intibah dövrü adlandırırlar. Heydər Əliyev hələ
o zaman özünəməxsus müdriklik və uzaqgörənliklə
dərk edirdi ki, elm və təhsil millətin gələcəyidir.
Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə
həssas münasibət, müəllimə yüksək
qayğı müstəqil Azərbaycan dövlətinə rəhbərliyi
dövründə də ulu öndərimiz Heydər Əliyevin
fəaliyyətinin əsasını təşkil etmişdir.
Böyük öndərin
qayğısı nəticəsində hər il ənənəvi
olaraq milli kadr potensialının, müxtəlif ixtisaslar
üzrə mütəxəssis kontingentinin yaradılması məqsədilə
SSRİ-nin nüfuzlu ali məktəblərinə azərbaycanlı
gənclərin oxumağa göndərilməsi əbədi
liderimizin uzaqgörənliyinin
nəticəsi idi. Müstəqillik illərində Heydər
Əliyevin tarixi qayıdışından sonra milli təhsil
sisteminin bərpası, yeni şəraitin tələblərinə
uyğun olaraq inkişaf etdirilməsi, təhsilin milli tərəqqimizin
güclü amilinə çevrilməsi məqsədilə bu
sahədə geniş islahatlara başlanıldı. 1999-cu il
iyun ayının 15-də qəbul olunmuş "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı" Azərbaycanda təhsilin inkişafına
güclü təkan verdi.
Heydər Əliyevin
milli təhsil sahəsində başladığı islahatlar
bu gün onun zəngin həyat yolunu, məktəbini
keçmiş, Heydər Əliyev irsini mükəmməl bilən
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyeva çox böyük uğurla davam etdirməkdədir.
Mən də, bu gün
özümü xoşbəxt sayanlar sırasında hesab edirəm.
Çünki məhz ümummilli liderimizin Azərbaycan
Respublikasına Prezidentlik fəaliyyəti dövründə təhsil
sahəsində rəhbər vəzifədə
çalışmışam. Mənim üçün ən
əlamətdar, böyük həyəcan və sevinc içərisində
xatırladığım günlərdən biri isə 1999-cu
ildə keçirilən Azərbaycan müəllimlərinin
qurultayıdır. Həmin gün keçirilən qurultayda əbədi
Prezidentimiz Heydər Əliyev iştirak etmişdi. Həmin əlamətdar
gün ömrümün ən parlaq səhifəsinə
çevrildi. O gözəl günü hər dəfə
xatırladıqca sevinc hisslərilə yanaşı, ulu
öndərimizin həmin qurultayda bütün müəllimləri,
bütün məruzəçiləri bir-bir, böyük səbrlə,
həvəslə necə dinlədiyi də yadıma
düşür. Bu bir daha sübut edir ki, Heydər Əliyev
xalqının vurğunu idi, millətinin yolunda hər bir əziyyətə
dözürdü.
Bu gün bütün Azərbaycan
xalqı çox xoşbəxtdir ki, ümummilli liderimiz,
türk dünyasının ulu öndəri,
xalqımızın böyük oğlu Heydər Əliyev
özündən sonra xalqını, millətini, ölkəsini
sevən layiqli davamçısını qoyub getdi. Heydər Əliyev
məktəbinin, idarəçiliyinin mükəmməl
bilicisi, ulu öndərin apardığı uğurlu daxili və
xarici siyasətinin layiqli davamçısı, ölkəmizin
başçısı İlham Əliyev Azərbaycan
xalqının işıqlı gələcəyinin yeganə
təminatçısına çevrildi. Bu gün dövlət
başçımızın məqsədyönlü,
uğurlu daxili və xarici siyasətinin nəticəsidir ki,
ölkəmizin iqtisadiyyatı getdikcə güclənir, sosial
rifah halı yüksəlir, dünyada kifayət qədər
tanınır.
Hüseynova
G.
Respublika.-
2008.- 12 dekabr.- S.10.