Sağlam ailə - sağlam gələcəkdir
Hazırkı elmi-texniki
tərəqqi, bunun əsasında iqtisadiyyatın
inkişafı, habelə yaşadığımız cəmiyyətin
demokratik əsaslarının getdikcə təkmilləşməsi
və s. dünyanın sürətli dəyişməsinə
səbəb olmuşdur. Bütün bu dəyişikliklərdə
cəmiyyətin əsas aparıcı qüvvəsi sayılan
gənclərin rolu, yeri, təsiri şübhəsizdir.
Ölkə Prezidentinin
2007-ci ili Gənclər ili elan etməsi, 2 fevral Gənclər
Gününün təsisi gənclərimizə olan
qayğı və diqqətin təzahürüdür.
Respublika Prezidenti ölkənin gənclər təşkilatının
nümayəndələri ilə görüşündə
demişdir: "Gənclərin Azərbaycan cəmiyyətində
rolu çox böyükdür. Azərbaycanın dövlət
müstəqilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi
bərpa edən də gənclər olmuşdur".
Bu gün ölkə
Prezidentinin qətiyyəti, prinsipiallığı,
bacarığı sayəsində gənclərimizin hərtərəfli,
sağlam bir vətəndaş kimi formalaşması
üçün çox mühüm işlər
görülür. Bu gün cəmiyyətin əsas
aparıcı qüvvəsi gənclərdir.
Yeni əsrdə tibb
elminin inkişafı hər bir insanın özünə və
sağlamlığına münasibətini dəyişir.
Sağlamlığının dəyərini anlayan insanlar daha
müasir tibbi avadanlıqlarla təchiz olunmuş, ən yeni
laborator metodların tətbiq olunduğu klinikalarda müayinə
və müalicə olunmağa üstünlük verirlər.
Bu missiyanı uğurla
yerinə yetirən tibb müəssisələrindən biri də
"Sağlam Ailə" klinikasıdır. Klinikanın rəhbəri Vüqar
Eyvazovla söhbətimizdə də məhz həmin məsələyə
aydınlıq gətirildi:
—Respublikamızda ilk
molekulyar laboratoriyalardan birinin fəaliyyət göstərdiyi
"Sağlam Ailə" özəl tibb mərkəzi 5 ilə
yaxındır ki, əhalinin xidmətindədir. Əsasən
gənclərin reproduktiv sağlamlığı ilə məşğul
olan klinikamızda infeksion xəstəliklərin erkən
diaqnostikası, sonsuzluqla bağlı problemi olan gənclərə
androloq və ginekoloqların poliklinik xidmətləri, yeni ailə
quranlara və valideyn olmağı planlayan gənclərə
müxtəlif "CHEK-UP" müayinə paketləri və
bir sıra digər xidmətlər təklif olunur.
Bizim ən
başlıca məqsədimiz artıq bir müddətdir ki, həyata
keçirdiyimiz "Azərbaycan genefondunun keşiyində"
layihəsinə uyğun olaraq gənclər arasında yeni
müayinə mədəniyyətini təbliğ etməkdir.
Gənclər mütləq ailə qurmazdan əvvəl bir
sıra müayinələrdən keçməlidirlər.
Klinikamızın təklif etdiyi "Mən ailə
qururam", "Mən ana olmaq istəyirəm", "Mən
ata olmaq istəyirəm " adlı layihələr var ki, gənclər
seçim edərək ətraflı müayinə oluna bilərlər.
Bizim fəxrlə
haqqında danışacağımız sahələrdən
biri də məhz hamilə qadınlar üçün klinika
tərəfindən təklif olunan xüsusi müayinələrdir:
hamiləlik testləri, dölün dopler USM, TORCH
infeksiyalarının PZR müayinəsi, urogenetal xəstəliklərin
və hepatitlərin erkən diaqnostikası və s. bu xidmətə
aiddir. Cəmiyyətin gələcəyi naminə
"Sağlam Ailə" klinikası bu sahəyə
xüsusi diqqət yetirir.
Laboratoriyamıza ən
son texnologiyaları tətbiq etməklə yanaşı,
mütəxəssislərimizin də inkişafına
xüsusi diqqət yetiririk. Hər il Moskva MDM-də (Molekulyar
Diaqnostika Mərkəzi) bizim mütəxəssislər
ixtisasartırma kursları keçirlər.
Qarşımızda
duran başlıca məqsəd isə sağlam gələcəyə,
evliliyə qədəm qoyan cütlüyün övlad
dünyaya gətirmək istəyinə yardımçı
olmaqdır. Burada ilk növbədə söhbət gənclərimizin
maarifləndirilməsindən, həyata
hazırlığından gedir. Yaxın qohumları ilə ailə
quranlar çoxdur. Bunun sonrakı nəticəsi isə
müxtəlif fəsadlar törədir. Çox vaxt belə
ailə quranların dünyaya gətirdikləri körpədə
fiziki qüsurlar olur.
XXI əsrin dinamik
inkişafı insan sivilizasiyası qarşısında bir
sıra əxlaqi, mənəvi problemlər qoyur ki, onların
həlli bəlkə də bütövlükdə cəmiyyətin
gələcəyini təmin edir. Qloballaşma nəticəsində
bu gün yeniyetmələr geniş informativ məkana malikdirlər.
İnternet, televizor, müxtəlif nəşrlər, gənclərin
zehni lazımlı-lazımsız bir çox informasiyalarla
yüklənməkdədir.
Uşaq hələ ana bətnində
tərbiyə olunmağa başlayır. Lakin öncə bu adi
həyat normaları və ictimai həyat qaydaları əsasında
aparılırsa, fərd böyüdükcə onun tələbləri
də, təlim-tərbiyəsi də istiqamətini dəyişir.
Yeniyetməlik dövrünə çatan gənc çox
şey bilmək istəyir, lakin məhz nəyi bilməli
olduğunu təyin edə bilmir. Bu məqsədlə Azərbaycanda
ilk dəfə olaraq www.pcr.az saytı
yaradılmışdır. Açığını deyək
ki, bu gün əhalinin, o cümlədən də gənclərin
tibb sahəsində maariflənməsinə çox
böyük ehtiyac var. Azərbaycan dilində sizi
maraqlandıran bütün tibbi suallara bu saytda cavab tapa bilərsiniz.
Klinikamızda gəncləri məlumatlandırmaq
uçün vaxtaşırı treninqlər və
konsultasiyalar keçirilir. Qeyd etmək istəyirəm ki, bu tədbirlər
tam ödənişsizdir.
Hüseynzadə Ə.
Respublika.- 2008.- 20 dekabr.- S.4.