Təhsilin səmərəliliyi artırılır
Son illər həyatımızın
bütün sahələrində olduğu kimi, təhsildə
də geniş islahatlar aparılır. Bunun nəticəsidir
ki, təhsildə uğurlu göstəricilərimizin sayı
ildən-ilə artır. Sabirabad rayonunda da təhsil sahəsində
məqsədyönlü iş aparılır. Rayonda 85
ümumtəhsil məktəbi, 22 uşaq bağçası,
5 məktəbdənkənar müəssisə fəaliyyət
göstərir. Rayon üzrə 28.460 şagirdin təlim-tərbiyəsi
ilə 2.381 nəfər müəllim məşğul olur. Bu
il ali məktəblərə qəbul olunan 193 nəfər məzundan
7 nəfəri 600-dən yuxarı, 28 nəfəri 500-dən
yuxarı bal toplayıb. 685 bal toplayan 2 nəfər
sabirabadlı gənc Prezident təqaüdünə layiq
görülüb.
"Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi Sabirabadda müvəffəqiyyətlə
həyata keçirilir. Son illərdə rayonda yeni məktəblərin
sayı durmadan artır. Hazırda Bala Həşimxanlı kəndində
480 yerlik yeni məktəb binasının inşası davam
etdirilir. Rayon təhsil şöbəsinin müdiri Məleykə Həsənova əməkdaşımızla
söhbət zamanı dərs ilinin gedişi barədə
danışdı:
—Rayonumuzda 2008-2009-cu dərs
ilinin müvəffəqiyyətlə başa çatması
üçün təhsil müəssisələrinin əsaslı
və cari təmirinə xüsusi diqqət yetirilmişdir.
2008-ci ilin büdcəsində ayrılmış 110.500 manat vəsait
hesabına Ələmbəyli, Dadaşbəyli kənd orta,
Xankeşən kənd əsas, Qəfərli kənd ibtidai məktəbləri,
şəhər 5 saylı uşaq
bağçası və idman məktəbinin
binalarının əsaslı təmir edilməsi
planlaşdırılmışdı. Hazırda təhsil
müəssisələrində təmir işləri
yekunlaşmaq üzrədir.
Eyni zamanda
Çöl-Ağammədli kənd əsas məktəbində
180 şagird yerlik məktəb binası, rayon təhsil
şöbəsi üçün yeni inzibati bina tikilməsi və
N.Nərimanov adına şəhər 2 saylı, həmçinin
qəza vəziyyətində olan M.Müşfiq adına şəhər
4 saylı orta məktəbində əsaslı təmir
işləri görülür və davam edir. Qaralar kənd əsas
məktəbində iş adamlarının hesabına əsaslı
təmir işləri görülmüşdür.
Məlum olduğu kimi
şəhər mərkəzində yerləşən təhsil
müəssisələrinin istilik sistemi və qazanxanaları
uzun müddətdir ki, işləmədiyi üçün
tamam yararsız hala düşmüşdür. Bu məqsədlə
təhsil şöbəsi təhsil naziri Misir Mərdanova köməklik
məqsədi ilə rəsmi müraciət etmişdir.
Nazirlikdən şəhər mərkəzində yerləşən
məktəblərin qazanxana və istilik sistemlərinin əsaslı
təmirinə vəsait ayırmışdır.
Rayon təhsil
şöbəsinin daxili imkanları hesabına
Qaraqaşlı, Axtaçı-Muğan, Nəsimi kənd orta məktəblərinin
həyətyanı sahələri məftil tor ilə
hasarlanmışdır.
Maddi-texniki bazanın
möhkəmləndirilməsi məqsədi ilə məktəblərə
kifayət qədər yemək stolu, çarpayı, televizor,
musiqi aləti, idman malları, bel, vedrə, çən və
elektrik lampaları verilmişdir.
Uzun müddətdir ki, məktəblərdə
telefon xəttinin olmaması və yaxud işləməməsi
səbəbindən təhsil ocaqları ilə müntəzəm
əlaqə saxlamaq problemi var idi. Bu problem də aradan
qaldırılır. Hazırda 10 məktəbə yeni telefon
xətti çəkilib və bu iş davam etməkdədir. Elektrik
şəbəkəsində nasazlıqlar aradan
qaldırılmışdır. Bu məqsədlə 1983 metr
elektrik naqili alınıb təhsil müəssisələrinə
verilib. Qaratəpə və Mürsəlli kənd orta məktəblərində
elektrik transformatoru tərmir edilib.
Payız-qış
mövsümünə hazırlıqla əlaqədar ən
vacib məsələlərdən biri müəssisələrin
qızdırılması vəziyyətidir.
Ayrılmış illik vəsaitdən 112.410 manatı sərf
edilmiş, 70850 manatına isə maye və odun yanacağı
alınıb istifadə ediləcəkdir. Qış
mövsümünə hazırlıqla əlaqədar əlavə
400 ədəd salyarka və 100 ədəd odun sobası
alınıb yaxın günlərdə məktəblərə
paylanacaqdır.
Təhsilin səmərəliliyini
və keyfiyyətini yüksəltmək üçün ilk
növbədə lazımı baza olmalıdır. Sevindirici
haldır ki, ölkəmizdə gedən iqtisadi inkişaf belə
bir bazanın yaradılmasına imkan verir. Biz bu imkanlardan gələcəkdə
daha yaxşı istifadə etməyə
çalışacağıq.
Hüseyn T.
Respublika.- 2008.- 21 dekabr.- S.7.