Oxucularla görüş
Çağdaş Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndəsi,
Azərbaycan Yazıçılar Birliyinin nəşri olan
"Azərbaycan" ədəbi-bədii jurnalının
poeziya şöbənin müdiri, şair Qəşəm Nəcəfzadənin
yaradıcılığı şeir sevərlərə
yaxşı tanışdır. İndiyədək onun 19
kitabı işıq üzü görüb. 2007-ci ildə
Holandiyada keçirilən 38-ci benəlxalq poeziya festivalında
ölkəmizi təmsil edən ilk şairdir. Həmin mötəbər
poeziya bayramından sonra Qəşəm müəllimi holland,
alman, rus, ingilis, fransız, Tavan, Tamil (Şri-Lanka, Malayziya,
Sinqapur, Hindistanın bir hissəsi) dillərində oxuyurlar.
Şair üç dildə olan internet saytlarında (www.qeshemnecefzade.net) Azərbaycan,
ingilis, rus oxucuları ilə görüşür. Belə
görüşlərdən biri bu günlərdə
Türkiyədə baş tutub. Qardaş ölkənin
"Bengü" yayım evində şairin "Savaş,
ayaqqabı, ölüm" adlı şeirlər kitabı
gözəl bir tərtibatla çap olunub. Topluya onun son illərdə
yazdığı şeirlər daxil edilib. Türkiyə ədəbi
mətbuatında, xüsusən "Kardeş Kalemler" dərgisində
şairin şeirlərinin son vaxtlar müntəzəm dərci
yeni kitabı ortaya qoymaq zərurətini yaratdı. Kitabın
redaktoru və Türkiyə türkcəsinə çevirəni
tanınmış alim, tərcüməçi və pedaqoq Fəti
Gədiklidir.
Kitabın
annotasiyasında deyilir: "Qeşem Necefzade Azərbaycan
şiirində yeni bir ufuktur. Şair, bin yıllık klassik
hecenin dışına çıxaraq serbest vezinde, söz
vadisinde kalemini ustalıqla oynatıyor.
Qeşem, bizim hergün
yanından geçtiyimiz hiçbir
olağanüstülüğü olmayan nesnelere başqa bir
açıdan bakılabileceğini şiirle ortaya koyuyor".
Qəşəm Nəcəfzadə
deyir: "Kitabı yayım evi öz vəsaiti hesabına
çap edib. Bütün məsələlər üç
ay içərisində reallaşıb. Türkiyə
başqalarına baxanda bizə bir köynək yaxındı.
Bu, türkiyəli şair qardaşlarımızın Azərbaycan
ədəbiyyatına diqqətidir. Kitabda əməyi keçən
insanlara dərin təşəkkürümü bildirirəm".
Qəşəm Nəcəfzadənin
digər bir toplusu Tehranda "Yaşmaq" yayım evində
nəfis şəkildə çap edilib. Kitab "Ölülər
bizə gülür" adlanır. Nəşriyyatın
öz hesabına nəşr etdiyi bu kitabda şairin müxtəlif
illərdə yazdığı şeirləri toplanıb.
Kitabın redaktoru istedadlı şair və naşir Səid
Muğanlıdır. Üz qabığının tərtibatçısı
Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və
ön sözün müəllifi Səttar Mahmudoğludur.
Bundan əlavə,
Tehranda "Səhər" musiqi qrupunun buraxdığı
alboma Qəşəm Nəcəfzadənin öz səsi ilə
şeirləri daxil edilib. İnternet saytlarının və mətbuatın
yazdığı xəbərlərə görə, həm
albom, həm də "Ölülər bizə
gülür" şeirlər kitabı İranda maraqla
qarşılanıb.
Nuriyeva
T.
Respublika.-
2008.- 21 dekabr.- S.4.