Ermənilər və həqiqətlər
Prof. Fazil Qaraoğlu. Ermənilər və həqiqətlər
(rəsmi sənədlərlə), II cild, Bakı,
"Nurlar", 2008,-439 səh.
Tarix, keçmişlə
əlaqəli olmaqla yanaşı, inkişafı da izah etmək
baxımından ən faydalı bir mənbə, bir xəzinədir.
Oxucuların
ixtiyarına təqdim edilən prof. Fazil Qaraoğlunun "Ermənilər
və həqiqətlər" adlı kitabı uzun illər
arxivlərdə qorunan sənədlər əsasında ermənilərin
ərazi tələblərinin və soyqırım
iddialarının yalana əsaslandığını üzə
çıxaran çox qiymətli elmi tədqiqat əsəridir.
İki cilddən ibarət 935 səhifəlik materialı əhatə
edən əsərin I cildində 1923-cü ilə qədər,
II cildində isə günümüzə qədər erməni
məsələsinə aydınlıq gətirən
Osmanlı dövlətinin, eləcə də böyük
dövlətlərin 577 arxiv sənədlərindən və
elmi əsərlərindən istifadə edilmişdir.
Arxiv sənədlərinə
əsaslanan elmi tədqiqatlar tarixi hadisələrə siyasi
baxımdan yanaşmaları aradan qaldırar, həqiqətləri
ən obyektiv şəkildə əks etdirər. Xüsusilə
bu qədər siyasiləşdirilmiş erməni məsələsi
kimi həssas bir mövzuda aparılan tədqiqatlar rəsmi sənədlərə
söykənməli və obyektiv olmalıdır. Qərb
ictimaiyyətində erməni soyqırımı
iddialarının doğruluğu isbatlanmamış bəzi
subyektiv yayımlara əsaslanır. Buna görə də Qərb
ölkələrində siyasi yaxınlaşma ilə ələ
alınan erməni mövzusu tarixin əsl mənbələrinə
müraciət edilərək dəyərləndirilməlidir.
Prof. F.Qaraoğlunun
"Ermənilər və həqiqətlər" adlı
kitabı erməni məsələsinə dair tarixi həqiqqətləri
azdıranlara tutarlı bir cavabdır. Bu kitabda erməni
problemi beynəlxalq ictimaiyyətin məlumatlanması
baxımından çox önəmli məlumatlar verilmiş,
bir çox ölkələrin rəsmi sənədləri ilə
erməni məsələsinin bir xəyal olduğu isbat
edilmişdir. Belə ki, 24 iyul 1923-cü ildə imzalanan
"Lozanna müqaviləsi"ndə ermənilər
haqqında heç bir hökm verilməmişdir. Beləliklə,
Türkiyə-Ermənistan məsələsi Lozannada tamamilə
həll edilmişdir. Yəni bu gün ermənilərin
müxtəlif iddialar irəli sürmələri heç bir
məna daşımır.
Türk arxivlərində
tədqiqat aparmadan erməni məsələsi haqqında
yazılan hər hansı bir əsər dolğun ola bilməz.
Məhz bu baxımdan "Ermənilər və həqiqətlər"
kitabının bu mövzuda yazılan kitablar arasında
xüsusi yeri vardır. Erməni mövzusuna aid Qərb ölkələrində
nəşr edilən bəzi əsərlər Osmanlı
dövlətinin arxivlərindəki rəsmi mənbələrə
əsaslanmadığına görə, subyektiv olmuşdur.
Kitabda erməni
iddialarının arxasındakı həqiqətlərin
öyrənilməsi və ermənilər tərəfindən
gizlədilməyə çalışılan
qırğınlar, qeyri-insani davranışlar, bir sözlə
erməni zülmü rəsmi sənədlər və ifadələrlə
tam çılpaqlığı ilə göstərilmişdir.
Müəllif Türkiyənin
və Azərbaycanın son 130 illik tarixinin siyasi mənasını
elə dəqiq bir şəkildə ortaya qoyur ki, onu oxuduqdan
sonra başqa bir mənbə axtarmağa ehtiyac qalmır. Bu
kitabda səthi təsəvvürlərə əsaslanan qeyri-rəsmi
mülahizələrlə yox, məhz gerçək hadisələr
İngiltərənin, Fransanın, Rusiyanın, Almaniyanın və
Osmanlı Türkiyəsinin rəsmi arxiv sənədləri
ilə öz əksini tapmış, elmi-nəzəri
görüşlər obyektiv və sistemli şəkildə
ortaya qoyulmuşdur.
Ermənilər
bütün dünya ictimaiyyətinə məharətlə
saxtalaşdırılmış xəbərlər
yağdırır, fikir və duyğuları zorla qəbul
etdirir, hakim qüvvələr üçün əlverişli
olan vətəndaş mövqeyi və sosial mövqe
proqramlaşdırırlar. F.Qaraoğlunun kitabı bu
proqramlaşdırmalarla hər zaman gündəmdə olan erməni
məsələsinə dair tarixin qeyd etdiyi həqiqi məlumatları
rəsmi sənədlərə əsaslanaraq insanlığa
çatdırır. Bu kitabda gətirilən faktların rəsmi
və inandırıcı olması, kütlələri
maraqlandıran yeni fikir, elmi mülahizə və nəticələrin
zənginliyi erməni uydurmalarına çox ciddi bir
cavabdır.
Bu əsər ermənilərin
istər Türkiyə və Azərbaycanda, istərsə də
xarici ölkələrdə türklərə, xüsusilə
türk diplomatlarına qarşı törətdikləri cinayətləri
araşdıran tədqiqatçılarımız
üçün dəyərli bir mənbədir.
Çünki böyük həyəcanla oxunan bu kitab, ermənilərin
törətdikləri dəhşətverici hadisələri,
onların uydurduqları iftiraları, işlətdikləri xəyanətləri
rəsmi sənədlərlə ortaya qoyur, tarixdə baş
vermiş acı səhifələri açıqlayır, hər
cür milli qərəzdən uzaq olaraq baş vermiş hadisələri
olduğu kimi oxucularına təqdim edir.
Tarix boyu təcavüzkar
və hiyləgər olan ermənilər özlərini məzlum
bir xalq kimi qələmə verərək dünyanın diqqətini
çəkmək istəyiblər və bunu bacarıblar.
Lakin həqiqəti gizləmək, pərdələmək o qədər
də asan deyildir. Ermənilərin təcavüzkarlığı
bir çox alimlərin əsərlərində, o cümlədən
F.Qaraoğlunun "Ermənilər və həqiqətlər"
adlı kitabında rəsmi sənədlərdə
açıq bir şəkildə ortaya qoyulur.
Erməni
iddialarının əsasında uydurulmuş bir tarix yatır.
Bu iddiaların əsassız olması "Ermənilər və
həqiqətlər" kitabında açıq-aydın
isbat edilir. Dinc əhaliyə qarşı qətliam törədənlərin
türklər deyil, əsassız soyqırım iddiası ilə
bütün dünyanı ayağa qaldıran ermənilər
olduğunu rəsmi sənədlər işığında
ortaya qoyulur. Bununla da ermənilərin uydurduqları yalanlar
tarixin qarşısında
çürüdülmüşdür. Ermənilərin əsassız
iddialarına arxa çıxanlar özlərini tarix
qarşısında məhkum etdiklərini bilməlidirlər.
I Dünya müharibəsi
başladıqda ölkədə səfərbərlik elan
edilmiş, əli silah tutan kişilərin ordu hissələrinə
qatılmalarından istifadə edərək ermənilər
müdafiəsiz qalan qadın, uşaq və yaşlılarla vəhşicəsinə
rəftar etmişlər, qətliamlar törətmişlər.
Onlar qadın və az yaşlı qız uşaqlarına təcavüz
etmiş, məsum müdafiəsiz insanların
burunlarını, qulaqlarını, çənələrini,
cinsiyyət orqanlarını kəsmiş, gözlərini
oymuş, cəsədləri parçalayaraq bişirib əqrəbalarına
yedirtməyə çalışmış, hamilə
qadınların qarınlarından körpələri
çıxarıb divara mıxlamış, məscid və
türbələri, qəbiristanlıqları
dağıdıb yandırmış, cəbhədən
yaralı dönən əsgərlərə işgəncə
verərək vəhşicəsinə öldürmüşlər.
Bütün bunlar "Ermənilər və həqiqətlər"
kitabında rəsmi sənədlərlə isbat olunur.
Türk milləti bu vəhşət
və zülmü, bu çirkinlikləri unuda bilərmi?
Dünya ictimaiyyəti ermənilərin türklərə
qarşı törətdikləri bu vəhşiliyi görməzliyə
varmadılar. Hesab edirəm ki, BMT bu mövzuya aid bütün
arxiv sənədlərini tədqiq etdirməli, həqiqətləri
ortaya çıxarıb bütün dünya ictimaiyyətini
məlumatlandırmalıdır. Rəsmi sənədsiz tarix
yazılmamalı, baş vermiş hadisələrin
arxasındakı həqiqətlər aşkar edilməlidir.
F.Qaraoğlu erməni məsələsinə
dair mühüm tədqiqat işi apararaq bu vaxta qədər
oxuculara məlum olmayan yeni
mülahizə irəli sürmüş, nəticədə zəngin
tarixi faktlara əsaslanaraq millətimizə dəyərli bir
tarixi əsər bəxş etmişdir. Onun bu dəyərli əsərinin
geniş oxucu kütləsi tərəfindən maraqla
qarşılanacağına şübhə etmirəm.
Bu qədər tarixi sənədlər
varkən və bu sənədlər erməni tələblərinin
uydurulmuş olduğunu rəsmən ortaya qoyarkən biz
ziyalılar bu erməni tələblərinin heç bir əsası
olmadığını, uydurulmuş olduğunu hər zaman
gündəmdə tutmalı, əlimizdən gələn hər
şeyi hər platformada ifadə etmək məcburiyyətindəyik.
Günahkar erməni lobbisi və diasporudur. Tarixin və
insanlığın ən qanlı hadisələri haqqında
əlimizdə bu qədər rəsmi məlumatlar varkən
dünya ictimaiyyətini kifayət qədər məlumatlandırmalıyıq.
Təəssüflər
olsun ki, biz erməni iddiaları mövzusunda uzun illərdir
müdafiədə qalan bir siyasət izləmişik. Həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması
üçün arxiv sənədləri üzərindəki
çalışmalarımızı zamanında yerinə
yetirməmişik. Universitetlərimizdə və məktəblərimizdə
bu mövzu ilə əlaqəli tarixi həqiqətləri gənclərimizə
öyrətməmişik. Ermənilər isə nəinki Ermənistanda,
hətta müxtəlif ölkələrdə belə dərs
kitablarında "erməni məsələsi" və
"soyqırım"la əlaqəli uydurma məlumatların
yer almasını və beləliklə gənc nəsillərin
beyinlərində millətimizə qarşı düşmənçiliyin
təmin olunmasında böyük işlər
görmüşlər.
Milli hissin itirilməsini
heç bir meyarla ölçmək olmaz. Bu gün gənclərimizdə
vətənpərvərlik duyğusunu, milli mənlik hissini
oyatmaq, inkişaf etdirmək imkanları böyükdür.
İndiki zamanda bu ən önəmli məsələlərdən
biridir. Bunu da unutmamaq lazımdır ki, müharibədə
qalib gəlmək üçün təkcə vətənə
məhəbbət kifayət etmir, bu məhəbbətlə
yanaşı düşmənə nifrət hissi də olmalıdır.
"Ermənilər və həqiqətlər" kitabı
bu baxıımdan çox böyük əhəmiyyət kəsb
edir. Bu kitab sözün əsl mənasında ermənilərə
qarşı nifrət hissi oyadır. Göz yaşları
axıtmadan bu kitabı oxumaq mümkün deyildir.
Maraqlıdır ki,
türk millətinin qəddar düşməni olan bu qatı
şovinist millət haqqında biz xalqımıza əməllibaşlı
bir məlumat verə bilməmişik. Bu baxımdan
F.Qaraoğlunun "Ermənilər və həqiqətlər"
adlı əsəri erməni millətinə dair bilmədiyimiz
boşluqları dolduran ilk iri həcmli tədqiqat əsəridir.
Türkiyənin və
Azərbaycanın torpaqlarında ermənilərin törətdikləri
ağlasığmaz vəhşiliklər dövri arxiv sənədlərində
əksini tapmışdır. Dinc türklərə qəddarcasına
divan tutan, öz quldur dəstələri ilə keçdiyi
yerləri xarabalığa çevirən, qocaları,
qadın və uşaqları rəhm etmədən qətlə
yetirən cəllad bir milləti dəstəkləmək rus,
ingilis və fransız şovinizmindən kilsə rəhbərlərinin
xaçlı zehniyyətindən irəli gəldiyi "Ermənilər
və həqiqətlər" kitabında rəsmi sənədlərlə
açıq-aydın isbat olunur. Bu, tarixin danılmaz həqiqətidir.
Bu amansız siyasətin mahiyyəti Azərbaycan
torpaqlarını tədricən zəbt etmək, yerli əhalini
pərən-pərən salmaqdan ibarət idi. 1905-1907,
1918-1920, 1988-1992-ci illərdə Bakıda, İrəvan
xanlığında, Gəncədə, Qarabağda, Qubada,
Şamaxıda, Kürdəmirdə və digər yerlərdə
millətimizə qarşı qanlı hadisələr törədən
ermənilər yüzlərlə kəndləri yerlə-yeksan
etdilər, yüz minlərlə dinc əhalini doğma
yurdundan qovdular. F.Qaraoğlunun kitabı bütün bu
yazdıqlarımızı rəsmi sənədlərlə
isbat edir, ermənilərin antibəşəri əməllərini,
terrorun onlar üçün adi bir vasitə olduğunu
göstərir, bu mövzuda 200-ə yaxın terror hadisələrini
sistemləşdirib ortaya qoyur.
Terrorla bir nəticə əldə
edə bilməyəcəklərini anlayan ermənilər, bu dəfə
Türkiyə Cümhuriyyətinə qarşı
başlatdıqları kampaniyada taktikalarını dəyişdirmiş,
"erməni soyqırımı" uydurmalarını
müxtəlif ölkələrin parlamentləri tərəfindən
tanınmasıyla Türkiyəyə qarşı təzyiq etməyə
çalışmış, türk insanını bir barbar
olaraq bütün dünyaya təbliğ etməyə
başlamışlar. Erməni daşnaklarının Azərbaycan
türklərinin ata-baba yurdu olan İrəvan
xanlığında qanunsuz elan etdikləri Ermənistarı
“erməni soyqırımı”'nı bütün dünyaya qəbul
etdirməyə çalışır və bu yalanları
dünyaya yaya bilirlər. Bu günə qədər Argentina,
Belçika, Fransa, Hollandiya, İsveç, İsveçrə,
İtaliya, Kanada, Livan, Rusiya, Slovakiya, Uruqvay, Çexiya,
Yunanıstan, Polşa, Almaniya, Kipr rum kəsimi və bir
çox ölkələrin parlamentləri "erməni
soyqırımı" barəsində haqsız bildiriş və
ya qərarlar qəbul etmişlər. Heç şübhəsiz,
tarixi həqiqətləri heçə sayan, türk millətinə
qarşı böyük haqsızlıq və hörmətsizlik
təşkil edən bu qərarları yenə tarix məhkum
etməlidir və edəcəkdir.
Yaxşı, bəs necə
olur ki, 1915-ci ildə baş verən hadisələr tarixi hadisələrin
tam əksinə bəzi ölkə parlamentləri tərəfindən
"soyqırım" olaraq xarakterizə edilir? Heç
şübhəsiz, bunun ən önəmli səbəbi
çox yaxşı təşkil olmuş və əlində
böyük maddi imkanlar olan erməni diasporunun illərdən
bəri yürütdüyü fəaliyyətidir. Erməni
diasporunun fəaliyyətləri Ermənistan dövləti tərəfindən
bəzən gizli, bəzən də
açıqdan-açığa dəstəklənməkdədir.
Ermənistan səfarətləri belə
"soyqırım"ın müxtəlif ölkə
parlamentləri tərəfindən tanınmasını təmin
etmək məqsədilə çox sayda uydurulmuş
kitabların, erməni yazıçılar tərəfindən
qələmə alınan uydurma məqalələrin nəşrini
tanınmış qəzet və jurnallarda təmin edirlər.
Onu da qeyd etmək
lazımdır ki, bu mövzuda yazılan əsərlərin əksəriyyəti
erməni məsələsinə dair hadisələri
1923-cü ilə qədər əhatə edir. Digər əsərlərdən
fərqli olaraq bu kitabda ermənilərin fəaliyyətləri
günümüzədək tədqiq edilir, erməni millətinin
artıq dərəcədə irqçi, terrorçu bir
xüsusiyyət daşıdığı isbat olunur.
Xüsusilə 1973-1985-ci illər arasında erməni terror təşkilatlarının
türk diplomatlarına, ümumiyyətlə, insanlığa
qarşı törətdikləri hadisələr rəsmi sənədlərlə
açıqlanır.
Tarix boyu özgə
torpaqlarda gözü olan ermənilərin "böyük Ermənistan"
yaratmaq düşüncələri xristian himayəçiliyi
pərdəsi altında imperialist siyasət yeridən dövlətlərin
maraqları ilə üst-üstə
düşmüşdür. Erməni məsələsi daima
böyük dövlətlərin gündəliyində
olmuş və onların böyük oyunlarında siyasi vasitəyə
çevrilmişdir.
Füsunkar təbiəti,
zəngin sərvətləri olan Azərbaycan böyük
dövlətlərin, xüsusilə də rusların diqqətini
özünə cəlb etmiş və zaman keçdikcə
onların təzyiqinə məruz qalmışdır. Azərbaycan
torpağına işğalçı kimi daxil olan ruslar ermənilərdən
bir qul kimi istifadə etmiş, ermənilər də təkcə
xalqımızın var-dövlətinə sahib olmamış,
həm də bu xalqa elə böyük zərbələr
vurmuşlar ki, bu gün belə həmin yaraları
sağaltmaq mümkün deyildir.
"Ermənilər və
həqiqətlər" kitabı məkrli siyasətlərini
həyata keçirməyə çalışan ermənilərin
əsl simalarını oxuculara göstərir, keçən əsrdən
başlayaraq günümüzədək xalqımızın
torpağına göz dikən xain millətin öz mənfur
məqsədləri uğrunda necə mübarizə
apardığını tarixi rəsmi sənədlər əsasında
ortaya qoyur.
Respublikamızın
müstəqillik qazandığı, milli istiqlaliyyət
yollarında inamla irəlilədiyi bir zamanda tarixi həqiqətlərin
saxtalaşdırılmadan xalqa obyektiv
çatdırılmasının böyük əhəmiyyəti
vardır. Xalq bu gün başımıza açılan
müsibətlərin, fəlakətlərin əsl
kökünü bilməli, əsrlər boyu özünü
bizə dost kimi təqdim edən siyasətbazların,
ayrı-ayrı məmurların simasını tanımalı
və qiymətləndirməlidirlər.
Türklərin soyqırım
törətdikləri iftirasını ortaya atanlara
qarşı həqiqətləri anlatmaq hər bir
türkün vəzifəsidir. Bu vəzifəni yerinə
yetirmək üçün də "Ermənilər və həqiqətlər"
kitabının təbliğatı kifayət edər.
O zamanlar rus imperializminin
və Avropanın güclü dövlətlərinin bu işlərə,
yəni Osmanlı imperatorluğunu parçalamaq istəmələri
və bunların şovinist xarakterli erməni millətçilərini
istifadə etmələri çox böyük təxribatlara
yol açmışdır: Anadoluda və Azərbaycanda minlərlə
kənd, qəsəbə və şəhərlər
yandırıldı, 500.000 minə yaxın erməni və 2,5
milyon türk öldürüldü. Əgər bu
soyqırım idisə, necə ola bilər ki, soyqırım
qatilləri yox edilən "qurbanlardan" sayca daha çox
qurban versin? Doğrusu, bu hadisəni soyqırım
adlandırmaq gülüncdür. O zaman türklərlə ermənilər
arasında baş verən hadisələr soyqırım
deyildi, türkləri və erməniləri cəlb edən I
Dünya Müharibəsi idi. Türklərlə birlikdə erməniləri
də məhv edən bax, bu müharibə olmuşdur.
"Ermənilər və
həqiqətlər" kitabı erməni təbliğatının
təsiri altında qalan Avropa və Amerika
ziyalılarının tarixi həqiqətləri görmələri
baxımından arxiv sənədlərini və
fotomateriallarını əhatə edən qiymətli bir əsərdir.
Həqiqətləri
isbat etmək üçün, bu mövzudakı bir tərəfli
səssizliyi ortadan qaldırıb tarixi rəsmi sənədlər
ortaya qoyulmalıdır. Unudulmamalıdır ki, dövlət,
millət və fərd olaraq tarixi məsuliyyətimiz
olduğu qədər, əziz şəhidlərimizə
ödəyəcəyimiz bir borcdur.
Hesab edirəm ki,
inkarı mümkün olmayan arxiv sənədlərilə erməni
iddialarını puç edən "Ermənilər və həqiqətlər"
monumental kitabı bir çox dillərə tərcümə
edilib dünya ictimaiyyətinə
çatdırılmalıdır. Bu əsər türk millətinə,
eləcə də ermənilərə öz səhvlərini
düşünmək üçün əsaslı səbəb
olacaqdır.
Mehdiyeva N.
Respublika.- 2008.- 21 dekabr.- S. 6.