İl­ham Əli­yev: "Bi­zim gə­lir­lə­rin top­lan­ma­sın­da çox şəf­faf ma­liy­yə sis­te­mi­miz möv­cud­dur"

 

P­re­zi­dent "Uoll strit Cor­nel" qə­ze­ti­nə mü­sa­hi­bə­sin­də öl­kə­mi­zin gə­lə­cək in­ki­şaf pers­pek­tiv­lə­ri­ni açıq­la­dı

 

Pre­zi­dent İl­ham Əli­ye­vin nü­fuz­lu "Uoll strit Cor­nel" qə­ze­ti­nə ver­di­yi mü­sa­hi­bə Azər­bay­ca­nın xa­ri­ci si­ya­sət ori­yent­lə­ri, öl­kə­mi­zin dün­ya və re­gio­nal si­ya­sət­də ro­lu, böl­gə­də cə­rə­yan edən geo­si­ya­si ha­di­sə­lə­rə ba­xı­şı və öl­kə­mi­zin hə­min pro­ses­lər­də iş­ti­rak sə­viy­yə­si­nə da­ir bə­zi mə­sə­lə­lə­rə dol­ğun şə­kil­də mü­na­si­bət bil­di­ril­mə­si ba­xı­mın­dan ol­duq­ca əhə­miy­yət­li və təq­di­rə­la­yiq­dir. Mü­sa­hi­bə­də döv­lət baş­çı­sı qlo­bal prob­lem­lər, re­gi­on­da baş ve­rən olay­lar, Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin ni­zam­lan­ma­sı is­ti­qa­mə­tin­də apa­rı­lan da­nı­şıq­lar pro­se­si ba­rə­də də fi­kir­lə­ri­ni bil­di­rib.

Eks­pert­lə­rin fik­rin­cə, mü­sa­hi­bə­də ək­si­ni ta­pan fi­kir­lər bu gün Azər­bay­ca­nın öz mil­li ma­raq və mə­na­fe­lə­ri­nə uy­ğun si­ya­sət hə­ya­ta ke­çir­di­yi­ni və dün­ya­da­kı təh­did­lə­rə ca­vab ver­mək iq­ti­da­rı­na ma­lik ol­du­ğu­nu təs­diq­lə­yir. Həm­çi­nin, ək­sər ana­li­tik­lə­rin və eks­pert­lə­rin fik­rin­cə, dün­ya­nın mö­tə­bər küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­dən olan bu qə­ze­tin Azər­bay­ca­na üz tut­ma­sı, döv­lət baş­çı­sı cə­nab İl­ham Əli­yev­lə ge­niş mü­sa­hi­bə ha­zır­la­ma­sı heç də sə­bəb­siz de­yil­dir. Be­lə ki, ar­tıq öl­kə­miz re­gio­nun apa­rı­cı döv­lə­ti­nə çev­ril­miş­dir və Azər­bay­ca­nın iş­ti­ra­kı ol­ma­dan heç bir re­gio­nal la­yi­hə re­al­laş­dı­rıl­mır, öl­kə­miz ümu­mi da­xi­li məh­sul ar­tı­mı­nın tem­pi­nə gö­rə bü­tün dün­ya­da bi­rin­ci yer­də­dir. Bu qə­bil­dən olan fakt­la­rı çox sa­da­la­maq olar. Üs­tə­lik, bü­tün bey­nəl­xalq təş­ki­lat­lar­da ar­tıq Pre­zi­dent İl­ham Əli­ye­vi re­gi­on si­ya­sət­çi­lə­ri ara­sın­da li­der ki­mi qə­bul edir­lər. Onu da qeyd edək ki, bu mü­sa­hi­bə nə­ti­cə­sin­də dün­ya ic­ti­ma­iy­yə­ti re­gi­on­da və dün­ya­da­kı bü­tün ic­ti­mai-si­ya­si pro­ses­lə­rə Azər­bay­ca­nın mü­na­si­bə­ti, möv­qe­yi ilə ta­nış ol­maq im­ka­nı qa­zan­mış­dır.

Mü­sa­hi­bə­də ön­cə Dağ­lıq Qa­ra­bağ prob­le­mi ilə bağ­lı fi­kir­lə­ri­ni açıq­la­yan döv­lət baş­çı­sı İl­ham Əli­ye­vin söz­lə­ri­nə gö­rə, rəs­mi Ba­kı da­nı­şıq­la­rın on il­dən ar­tıq bir müd­dət ər­zin­də Er­mə­nis­ta­nın qey­ri-kons­truk­tiv möv­qe­yi uc­ba­tın­dan nə­ti­cə­siz da­vam et­mə­si­nə bax­ma­ya­raq, hə­lə də mü­na­qi­şə­nin sülh yo­lu ilə həl­li­nə sa­diq­dir. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri­nə is­ti­nad edən döv­lət baş­çı­sı tam əmin­lik­lə bil­di­rib ki, mü­na­qi­şə yal­nız Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də öz həl­li­ni tap­ma­lı­dır və baş­qa bir al­ter­na­tiv möv­cud de­yil: "On beş il­dir atəş­kəs re­ji­mi möv­cud­dur, la­kin tə­əs­süf ki, mü­na­qi­şə hə­lə də həll olun­ma­yıb­dır. Bi­zim möv­qe­yi­miz tam ay­dın­dır: mü­na­qi­şə bey­nəl­xalq hü­quq nor­ma­la­rı əsa­sın­da, Er­mə­nis­tan qo­şun­la­rı­nın əra­zi­lə­ri­miz­dən dər­hal çı­xa­rıl­ma­sı ilə bağ­lı BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri əsa­sın­da həll olun­ma­lı­dır. Am­ma əf­sus ki, Er­mə­nis­tan bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na əməl et­mir və bu, mü­na­qi­şə­nin həll olun­ma­ma­sı­nın əsas sə­bə­bi­dir. Da­nı­şıq­lar­da irə­li­lə­yiş ol­muş­dur, am­ma bu, ki­fa­yət de­yil­dir".

Qeyd edək ki, həm­sədr­lə­rin iş­ti­ra­kı ilə Azər­bay­can və Er­mə­nis­tan pre­zi­dent­lə­ri­nin Da­vos Fo­ru­mu çər­çi­və­sin­də ke­çi­ri­lən son gö­rü­şün­də mü­na­qi­şə­nin de­tal­la­rı ge­niş mü­za­ki­rə olun­sa da, hə­lə­lik, konk­ret nə­ti­cə­lə­rə gəl­mək müm­kün ol­ma­yıb. La­kin Pre­zi­dent İl­ham Əli­yev Da­vos­da ver­di­yi bə­ya­nat­lar­da rəs­mi Ba­kı­nın öz prin­sip­lə­ri­nə sa­diq qal­dı­ğı­nı bə­yan et­mək­lə əs­lin­də, söh­bə­tin Er­mə­nis­ta­nın gü­zəşt­lə­rə ha­zır­laş­ma­sı­na işa­rə vur­muş, bu­nun­la da iş­ğal­çı re­ji­min cid­di fakt qar­şı­sın­da qal­dı­ğı­nı vur­ğu­la­mış­dır. Tə­sa­dü­fi de­yil ki, bu fi­kir Er­mə­nis­tan ic­ti­mai rə­yi­nə də ha­kim kə­si­lib və iş­ğal­çı öl­kə­nin si­ya­si dai­rə­lə­ri pre­zi­dent­lə­rin son gö­rü­şü­nün rəs­mi Ye­re­va­nın möv­qe­lə­ri­nin sar­sıl­ma­sı ilə mü­şa­hi­də olun­du­ğu­nu bil­di­rir­lər.

Döv­lət baş­çı­sı mü­sa­hi­bə­də son vaxt­lar bir çox döv­lət­lə­rin ba­şı üs­tü­nü qa­ra ka­bus ki­mi ala­raq, on­la­rı cid­di şə­kil­də qay­ğı­lan­dı­ran ener­ji təh­did­lə­ri­nin Azər­bay­can­dan yan keç­mə­si ba­rə­də mə­sə­lə­yə də mü­na­si­bət bil­dir­miş­dir. Qeyd edək ki, müa­sir dün­ya re­al­lıq­la­rı­na nə­zə­rən neft-qaz eh­ti­yat­la­rı ilə zən­gin bir çox döv­lət­lə­rin də ener­ji təh­lü­kə­siz­li­yi sa­hə­sin­də cid­di prob­lem­lə­rin ol­du­ğu­nu söy­lə­yə bi­lə­rik. Eti­bar­lı ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­mi­na­tı mə­sə­lə­si dü­şü­nül­müş stra­te­gi­ya əsa­sın­da ge­niş­miq­yas­lı təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­ni nə­zər­də tu­tur və heç də sırf tə­bii sər­vət­lə­rin zən­gin­li­yi ilə şərt­lən­mir. Bu­nun üçün, ilk növ­bə­də, qa­baq­cıl tex­no­lo­gi­ya əsa­sın­da ge­niş və al­ter­na­tiv ener­ji da­şı­yı­cı­la­rı şə­bə­kə­si ya­ra­dıl­ma­lı, zə­ru­ri inf­rast­ruk­tur for­ma­laş­dı­rıl­ma­lı­dır. Xa­ric­dən ener­ji ası­lı­lı­ğı­nın azal­dıl­ma­sı ba­xı­mın­dan elekt­rik ener­ji­si, neft və qaz is­teh­sa­lı sə­na­ye­lə­ri əla­qə­li fəa­liy­yət gös­tər­mə­li, bo­ru kə­mər­lə­ri­nin geo­si­ya­si nöq­te­yi-nə­zər­dən təh­lü­kə­siz marş­rut­lar­la çə­ki­li­şi tə­min olun­ma­lı, ha­be­lə, al­ter­na­tiv ener­ji mən­bə­lə­ri­nin işə sa­lın­ma­sı is­ti­qa­mə­tin­də cid­di ad­dım­lar atıl­ma­lı­dır. Tə­sa­dü­fi de­yil ki, bu­nu döv­lət baş­çı­sı mü­sa­hi­bə­sin­də də vur­ğu­la­mış­dır: "Mən bu­ra­ya Bu­da­peşt­də ke­çi­ri­lən Na­buc­co sam­mi­tin­dən gə­li­rəm. Dü­şü­nü­rəm ki, da­ha bö­yük an­laş­ma ba­xı­mın­dan hə­min təd­bir çox əhə­miy­yət­li ol­du. La­yi­hə­nin sta­tu­su və pers­pek­tiv­lə­ri ki­mi su­al­lar nə­zər­dən ke­çi­ril­di. Bil­di­yi­niz ki­mi, uzun il­lər­dir ki, biz Na­buc­co haq­qın­da çox eşi­dir­dik, la­kin sə­mi­mi de­sək, bu is­ti­qa­mət­də əmə­li ad­dım­lar gör­mü­rük. İn­di da­ha ay­dın olur ki, la­yi­hə av­ro­pa­lı­lar üçün əhə­miy­yət­li­dir. La­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­si­nə gə­lin­cə, əl­bət­tə ki, hər han­sı bir mən­bə­dən xey­li ma­liy­yə yar­dı­mı edil­mə­li­dir. Bu, bank­lar, mər­kəz­ləş­miş ma­liy­yə pa­ke­ti ola bi­lər. Na­buc­co kon­sor­siu­mu­na da­xil olan şir­kət­lər üçün bö­yük həcm­də və­sai­ti top­la­maq asan ol­ma­ya­caq­dır. Əsas şərt on­dan iba­rət­dir ki, güc­lü ma­liy­yə dəs­tə­yi ol­ma­lı­dır. Bu­nun ol­ma­ma­sı la­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­si­nə ma­neə ya­ra­da bi­lər. Sua­lı­nız­da haq­lı ola­raq, qeyd edir­si­niz ki, biz nə qə­dər göz­lə­yə­cə­yik. Biz çox məm­nu­nuq ki, qa­zı­mı­zı baş­qa öl­kə­lə­rin ba­zar­la­rı­na nəql et­mək üçün müa­sir inf­rast­ruk­tur qur­ma­ğa mü­vəf­fəq ol­mu­şuq".

Onu da qeyd edək ki, son vaxt­lar Uk­ray­na- Ru­si­ya neft qar­şı­dur­ma­sın­dan na­ra­hat olan Av­ro­pa Bir­li­yi Azər­bay­can­la ener­ge­ti­ka sa­hə­sin­də əmək­daş­lı­ğı güc­lən­dir­mək niy­yə­tin­də­dir. Bu məq­səd­lə, Av­ro­pa Ko­mis­si­ya­sı­nın ha­zır­la­dı­ğı ye­ni ener­ge­ti­ka stra­te­gi­ya­sın­da Azər­bay­ca­na xü­su­si yer ay­rı­lıb. La­yi­hə­də Ba­kı-Tbi­li­si-Ər­zu­rum qaz kə­mə­ri­nin mü­hüm ro­lu qeyd olu­nur. Av­ro­pa Ko­mis­si­ya­sı­nın təq­dim et­di­yi plan­da bil­di­ri­lir ki, Av­ro­pa Bir­li­yi­nin ye­ni ener­ge­ti­ka stra­te­gi­ya­sı­nın ger­çək­ləş­mə­sin­də bu kə­mər mü­hüm əhə­miy­yət kəsb edə­cək­dir. La­yi­hə­də qeyd olu­nur ki, bu sə­bəb­dən də, Av­ro­pa Bir­li­yi Öz­bə­kis­tan və Türk­mə­nis­tan­la da­nı­şıq­la­ra baş­la­ma­lı, Azər­bay­can və Qa­za­xıs­tan­la əla­qə­lə­ri möh­kəm­lən­dir­mə­li­dir.

Ener­ge­ti­ka sa­hə­sin­də ta­nın­mış eks­pert Cim Din­gel he­sab edir ki, Av­ro­pa­nın Ru­si­ya ener­ji­sin­dən bir­mə­na­lı ası­lı­lı­ğı­na son qoy­maq üçün həm neft, həm də qaz ix­ra­cın­da ener­ji­da­şı­yı­cı­la­rı­nı nəql edən kə­mər­lə­rin sa­yı ar­tı­rıl­ma­lı­dır. Bu­ra­da tək­cə Ru­si­ya­dan de­yil, həm də Xə­zər höv­zə­sin­dən ener­ji­da­şı­yı­cı­la­rı­nın Av­ro­pa­ya nəq­li­ni in­ten­siv­ləş­dir­mək la­zım­dır: "Av­ro­pa üçün­cü öl­kə­lər­dən öz ener­ji ası­lı­lı­ğın­dan ya­ra­nan risq­lə­ri azalt­maq üçün bu yo­lu seç­mə­li­dir". ABŞ-da nəşr olu­nan "In­ter­na­tio­nal he­rald tri­bun" qə­ze­ti isə Uk­ray­na-Ru­si­ya ener­ji qal­ma­qa­lın­dan bəhs edər­kən diq­qə­ti Azər­bay­ca­na yö­nəl­dib: "Ba­kı-Tbi­li­si-Cey­han ye­ni neft tə­mi­na­tı mən­bə­yi ki­mi Qərb üçün mü­hüm stra­te­ji əhə­miy­yət kəsb edir". Qə­ze­tin yaz­dı­ğı­na gö­rə, bu gün Qərb Ru­si­ya­nın ener­ge­tik im­pe­ria­liz­mi­nə qar­şı çı­xır: "Azər­bay­can ba­ha­lı rus qa­zı­nı al­maq­dan im­ti­na et­di, bun­dan əla­və, Azər­bay­can Ru­si­ya­nın nə­za­rə­tin­də olan kə­mər­lə neft ix­ra­cı­nı da­yan­dır­dı. Rəs­mi Ba­kı ya­xın qon­şu­su olan Gür­cüs­ta­na qaz ix­rac et­mə­yə ra­zı­lıq ver­di. Nə­ti­cə­də Gür­cüs­ta­nın gə­lə­cək­də Ru­si­ya ası­lı­lı­ğın­dan tam xi­las ol­maq pers­pek­ti­vi var və bu mə­na­da bu öl­kə­nin və­ziy­yə­ti Ru­si­ya­dan qaz alan Av­ro­pa Bir­li­yi öl­kə­lə­ri­nin du­ru­mun­dan da­ha yax­şı­dır".

Ye­ri gəl­miş­kən, Tür­ki­yə­nin "Mil­liy­yət" qə­ze­ti­nin yaz­dı­ğı­na gö­rə, Ada­na­nın Hey­dər Əli­yev adı­na Cey­han li­ma­nın­dan bu vax­ta qə­dər 60,3 mln bar­rel neft tan­ker­lə­rə yük­lə­nə­rək Av­ro­pa öl­kə­lə­ri­nə gön­də­ri­lib: "Bu vax­ta qə­dər Hey­dər Əli­yev ter­mi­na­lı­na neft da­şı­maq üçün 84 tan­ker yan alıb. Ter­mi­nal­da isə hə­lə da­şın­ma­sı göz­lə­ni­lən eh­ti­yat 2,18 mln bar­rel neft qal­maq­da­dır. Xə­zər nef­ti­nin 50 fa­iz­dən ço­xu İta­li­ya­ya da­şı­nıb. Neft alı­cı­la­rı­nın si­ya­hı­sın­da ABŞ, İs­ra­il, Bra­zi­li­ya və Fran­sa ön sı­ra­lar­da­dır".

Haa­qa Bey­nəl­xalq Mü­na­si­bət­lər İns­ti­tu­tu isə bil­di­rir ki, Qər­bin Ru­si­ya və Ya­xın Şərq­dən ener­ji ası­lı­lı­ğı­nı azalt­maq üçün yü­rüt­dü­yü si­ya­sət re­gio­nun önə­mi­ni da­ha da ar­tı­rır. Qu­ru­mun eks­per­ti Mar­sel de Ha­as "RINP" jur­na­lın­da çı­xan mə­qa­lə­sin­də Cə­nu­bi Qaf­qaz­da­kı ge­ost­ra­te­ji və­ziy­yə­ti araş­dı­rıb. Onun fik­rin­cə, re­gi­on­da mü­ba­ri­zə apa­ran qüv­və­lə­rin əsas si­lah­la­rı yü­rüt­dük­lə­ri hər­bi və təh­lü­kə­siz­lik si­ya­sə­ti­dir. Eks­pert bu mü­ba­ri­zə­də Azər­bay­can və Gür­cüs­ta­nın, o cüm­lə­dən, hə­min öl­kə­lə­rin əra­zi­lə­rin­də­ki se­pa­rat­çı re­jim­lə­rin və Tür­ki­yə, İran, ABŞ, Ru­si­ya, Çi­nin iş­ti­rak et­di­yi­ni bil­di­rir. Bun­dan əla­və, eks­per­tə gö­rə, müx­tə­lif təş­ki­lat­lar da bu oyun­dan kə­nar­da qal­mır­lar.

Pre­zi­den­tin mü­sa­hi­bə­sin­də diq­qə­ti cəlb edən mə­qam­lar­dan bi­ri də, son dövr­lər dün­ya­da hökm sü­rən ma­liy­yə böh­ra­nı və onun acı nə­ti­cə­lə­ri ilə bağ­lı­dır. Qeyd edək ki, bu ten­den­si­ya ək­sər dün­ya öl­kə­lə­ri­ni if­lic et­sə də, Azər­bay­can özü­nün praq­ma­tik və çe­vik ad­dım­la­rı ilə on­dan sı­ğor­ta­la­nıb. Söz­süz ki, bu­nun əsas sə­bəb­lə­rin­dən bi­ri, həm də odur ki, Azər­bay­can­da qey­ri-neft böl­mə­sin­də ix­rac po­ten­sia­lı­nın ar­tı­rıl­ma­sı ilə bağ­lı mü­va­fiq təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir. Bu təd­bir­lər pla­nın­da kom­mu­nal sa­hə­də is­la­hat­la­rın apa­rıl­ma­sı, o cüm­lə­dən, onun struk­tu­ru­nun də­yiş­di­ril­mə­si, sa­hə üz­rə iq­ti­sa­di cə­hət­dən əsas­lan­dı­rıl­mış ta­rif­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si, əha­li­nin az­tə­mi­nat­lı tə­bə­qə­lə­ri­nə ün­van­lı so­si­al yar­dım­la­rın ve­ril­mə­si­nin da­ha da tək­mil­ləş­di­ril­mə­si nə­zər­də tu­tu­lub.

Pre­zi­dent İl­ham Əli­ye­vin qar­şı­sın­da du­ran ən mü­hüm məq­səd­lər­dən bi­ri isə ki­çik və or­ta sa­hib­kar­lı­ğın hi­ma­yə edil­mə­si ilə bağ­lı­dır. Bö­yük Bri­ta­ni­ya təc­rü­bə­si­nə əsas­la­na­raq de­yə bi­lə­rik ki, bu öl­kə­də ha­zır­da 3,5 mln ki­çik və or­ta sa­hib­kar­lıq­la məş­ğul olan qu­rum­lar fəa­liy­yət gös­tə­rir. On­la­rın Bö­yük Bri­ta­ni­ya­da ümu­mi da­xi­li məh­su­lun ar­tı­mın­da iş­ti­rak gös­tə­ri­ci­lə­ri təx­mi­nən 45%-dir. Tə­bii ki, Azər­bay­can­da da ki­çik və or­ta sa­hib­kar­lı­ğın in­ki­şa­fı is­ti­qa­mə­tin­də in­di­yə ki­mi bir çox iş­lər gö­rü­lüb. Məhz bu­nun nə­ti­cə­si­dir ki, Azər­bay­can iq­ti­sa­diy­ya­tı nef­tin qiy­mə­ti­nin kəs­kin şə­kil­də aşa­ğı düş­mə­si­nə dö­züm nü­ma­yiş et­di­rir və bu ten­den­si­ya öl­kə­də mən­fi hal­lar­la mü­şa­hi­də olun­mur. Bu­nun tə­fər­rü­at­la­rı Pre­zi­den­tin mü­sa­hi­bə­sin­də da­ha də­qiq­li­yi ilə ifa­də olun­muş­dur: "Əsas ix­ra­cı­mı­zı, tə­bii ki, neft və qaz təş­kil edir. Nef­tin qiy­mət­lə­ri­nin aşa­ğı düş­mə­si, əl­bət­tə ki, ÜDM-in ar­tı­mı­nı da azal­da­caq. Çün­ki ix­rac edi­lən həcm ey­ni qa­la­caq, la­kin qiy­mət aşa­ğı ola­caq­dır. La­kin iq­ti­sa­diy­ya­tın di­gər sek­tor­la­rı­nın çox bö­yük po­ten­sia­lı var. Son bir ne­çə il ər­zin­də hə­ya­ta ke­çir­di­yi­miz is­la­hat­lar ar­tıq yax­şı nə­ti­cə­lər ve­rir. Kənd tə­sər­rü­fa­tı sa­hə­sin­də çox yax­şı po­ten­sia­lı­mız var. Ki­çik və or­ta sa­hib­kar­lıq­da möh­kəm po­ten­si­al möv­cud­dur. İnf­rast­ruk­tur la­yi­hə­lə­ri çox uğur­la hə­ya­ta ke­çi­ri­lir. Azər­bay­can­da qey­ri-neft sek­to­run­da ÜDM-in ar­tı­mı 15,7 fa­iz ol­muş­dur. Be­lə­lik­lə, bü­tün bun­lar əsas amil­lər və hə­ya­ta ke­çir­di­yi­miz is­la­hat­lar­dır. Hə­min amil­lər bu cür ar­tı­mın əsas sə­bəb­lə­rin­dən bi­ri­dir. Neft və qaz di­gər öl­kə­lər­də də ha­sil edi­lir.

Ye­ri gəl­miş­kən, de­yim ki, Xə­zər­ya­nı beş döv­lət ara­sın­da Azər­bay­can ener­ji re­surs­la­rı, ha­si­lat və ix­rac ba­xı­mın­dan ən bö­yük öl­kə sa­yıl­mır. Əsas nai­liy­yət­lə­ri­miz is­la­hat­lar sa­yə­sin­də müm­kün ol­muş­dur. Ey­ni za­man­da, əla­və edə bi­lə­rəm ki, ötən il Dün­ya Ban­kı özü­nün "Do­ing Bu­si­ness" ic­ma­lın­da Azər­bay­ca­nı dün­ya­nın bir say­lı is­la­hat­çı öl­kə­si elan et­miş­dir. Bun­dan əla­və, bi­zim gə­lir­lə­rin top­lan­ma­sın­da çox şəf­faf ma­liy­yə sis­te­mi­miz möv­cud­dur".

Şüb­hə­siz ki, Azər­bay­can Pre­zi­den­ti­nin "Uoll strit Cor­nel" qə­ze­ti­nə mü­sa­hi­bə­si öl­kə­mi­zin zən­gin in­ki­şaf pers­pek­tiv­lə­rin­dən xə­bər ve­rir. Bir da­ha təs­diq­lə­yir ki, öl­kə­mi­zin bu gü­nü və gə­lə­cə­yi eti­bar­lı əl­lər­də­dir...

 

 

T.Nə­sir­li

 

Səs.- 2009.- 5 fevral.- S. 3.