Azərbaycan-Türkiyə Akademik Tibb Toplantısı
Bu, qastroenteroloqların
fəaliyyətində yeni səhifə açacaqdır.
Dünən Azərbaycan
Tibb Universitetinin konfrans zalında Azərbaycan Respublikası
Prezident Aparatı, Səhiyyə Nazirliyi, Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi, Türkiyənin Qastroenteroloji Cəmiyyətinin,
Azərbaycan Cərrahları və Qastroenteroloqlar Cəmiyyətinin
və Türkiyənin "Sənovel" Şirkətinin birgə
təşəbbüsü ilə Beynəlxalq Akademik Tibb
Toplantısı keçirildi.
Mərasimdən öncə
toplantı iştirakçıları Fəxri Xiyabanda
olmuş, milli öndərimiz Heydər Əliyevin, akademik Zərifə
xanım Əliyevanın məzarlarını ziyarət
etmiş, ehtiram əlaməti olaraq tər qərənfillər
düzmüş, həmçinin Şəhidlər
Xiyabanını ziyarət etmişlər.
Toplantıda Azərbaycan
və Türkiyənin dövlət himnləri səsləndirilmiş,
Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
İlham İsmayılov mərasim
iştirakçılarını salamladıqdan sonra
danışıq üçün sözü Tibb
Universitetinin rektoru, akademik Əhliman Əmiraslanova
vermişdir.
Əhliman Əmiraslanov
vurğulamışdır ki, türk xalqlarının
qardaşlıq münasibətləri son illərdə daha da
möhkəmlənmiş, onlar beynəlxalq aləmdə kəsərli
söz sahibinə çevrilmiş, xüsusilə səhiyyə
sahəsindəki yaxınlıq öz bəhrəsini
vermişdir.
"Hepatitə yox deyək!"
devizi altında keçirilən bu konfrans yəqin ki, gələcəkdə
də öz işini davam etdirəcəkdir.
Toplantıda professor Ali
Özdən, akademik Böyükkişi Ağayev, Azərbaycan
Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi
şöbəsinin sektor müdiri Qafar Əliyev, professor Yusif
Bayraqdar, professor, doktor Burhan Şahin, professor Ömər
Özütəmiz, professor Tankut İntel və
başqalarının çıxışları hamıda
xoş ovqat yaratdı. Onlar çıxışlarına əsrlərlə
bir-birlərinə qırılmaz tellerlə bağlı olan
iki qardaş ölkənin səhiyyə işçilərinin
birgə əməkdaşlığını yüksək dəyərləndirdilər
və bu konfransın Azərbaycanda reallaşmasının
müsbət nəticələr verəcəyinə əmin
olduqlarını bildirdilər.
Natiqlər Türkiyə
və Azərbaycanın tanınmış həkimləri B və
S hepatitlərinin, pankreasin kistası və xərçəngin,
qara ciyərin serrozunun, bağırsaqların bəzi xəstəliklərinin
müasir müayinə və müalicə
üsullarının, qara ciyər köçürmələrinin,
endoskopik müayinənin bəzi xüsusiyyətləri və
digər mövzularda çıxış etdilər. Onlar
vurğuladılar ki, həzm sistemi xəstəliklərinin
dünyada yayılması və onun bütün yaş
qruplarını əhatə etməsi səhiyyə sahəsində
narahatlıq yaratmışdır. Yəqin ki, bu kimi
konfransların keçirilməsi hər iki ölkə alimlərinin
təcrübəsini vahid istiqamətə yönəldəcəkdir.
Toplantını azərbaycanlıların
və digər türkdilli xalqların Əməkdaşlıq
Mərkəzinin Sədri İlham İsmayılov
yekunlaşdıraraq türk xalqları arasında birliyin və
həmrəyliyin möhkəmlənməsindən qurur hissi
duyduğunu bildirdi. Qeyd etdi ki, ümumiyyətlə, bu Beynəlxalq
Konfrans azərbaycanlı qastroenteroloqların fəaliyyətində
yeni bir səhifə açacaqdır.
Aslan Q.
Respublika.- 2008.- 30 noyabr.- S.7.