Biz hər an hazır olmalıyıq ki, öz doğma
torpaqlarımızı istənilən yolla
işğalçılardan azad edək
Son dörd ildə
iqtisadi artım baxımından dünyada birinci yeri tutan Azərbaycan
Dağlıq Qarabağ problemi istisna olmaqla
qarşısında duran bütün məsələləri
müvəffəqiyyətlə həll etmişdir. Ölkəmiz
bu problemi də həll etməyə qadirdir. 2008-ci ildə bu
istiqamətdə aparılan siyasət Azərbaycana
böyük dividendlər qazandırmışdır. Keçən
il noyabrın 2-də Rusiya Federasiyasının paytaxtında qəbul edilmiş Bəyannamə
Dağlıq Qarabağ probleminin çözülməsində
ən dəyərli sənədlərdən biri kimi qiymətləndirilməlidir. Münaqişənin dinc yolla aradan
qaldırılması, Dağlıq Qarabağın tərəf
kimi tanınmaması və bəzi digər müddəalar ədalətin bərpa edilməsinə təminat
yaradır ki, bu da ölkəmizin xeyrinədir.
Dağlıq Qarabağ
problemini ölkənin başlıca prioriteti hesab edən və
bunun həlli üçün səmərəli fəaliyyət
göstərən Azərbaycan Prezidenti İlham Əliyev
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində bu məsələyə geniş yer ayıraraq demişdir:
"Bildiyiniz kimi, bu istiqamətdə böyük işlər
görülübdür. 2008-ci ildə ordu quruculuğu
üçün lazımi tədbirlər
görülübdür. Bizim bütün hərbi xərclərimiz
2 milyard dollara çatıbdır və 2009-cu ildə bu rəqəm
daha da artacaqdır. Biz bunu edirik, bunu etməliyik,
çünki biz müharibə şəraitində
yaşayırıq, müharibə hələ bitməyibdir.
Müharibənin birinci mərhələsi başa
çatıb və biz hər an hazır olmalıyıq ki,
öz doğma torpaqlarımızı istənilən yolla
işğalçılardan azad edək. 2008-ci ildə
keçirilən hərbi parad bizim hərbi
gücümüzü hamıya göstərdi".
Dövlətimizin
başçısı 2008-ci ildə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
üçün və eyni zamanda Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
çözülməsi üçün səy göstərib.
Görülən işlərin, səmərəli fəaliyyətin
nəticəsidir ki, keçən il Birləşmiş Millətlər
Təşkilatının Baş Məclisində Azərbaycanın
işğal altında qalan torpaqlarında vəziyyətlə
bağlı çox önəmli qətnamə qəbul
edilmişdir. Bizim üçün yaxşı haldır ki, qətnamə
dünya dövlətlərini təmsil edənlərin
böyük səs çoxluğu ilə qəbul edilib. Fərəh
hissi ilə demək lazımdır ki, bu, bir tərəfdən
ölkəmizin beynəlxalq arenada artan gücünü və
hörmətini göstərir, digər tərəfdən ona
dəlalət edir ki, haqq-ədalət öz yerini tutmalıdır.
Azərbaycan rəhbərliyinin
geniş və məqsədyönlü fəaliyyətinin fərəhli
nəticəsidir ki, indi bütün dünya ictimaiyyəti Azərbaycanın
haqq işini dəstəkləyir və tam əminlik var ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunacaqdır. Başqa yol yoxdur, ölkəmiz öz
torpaqlarını güzəştə getməyəcəkdir.
Azərbaycan Prezidenti
İlham Əliyev səfərdə olduğu bütün
ölkələrdəki yüksək səviyyəli
görüşlərdə və beynəlxalq tribunalarda bu
fikri dəfələrlə vurğulamışdır. Xalqımıza
Yeni il təbrikində dövlət rəhbərimiz bu barədə
danışarkən qətiyyətlə demişdir: "Azərbaycan
dövləti və Azərbaycan xalqı heç vaxt
Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir.
Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır və biz Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün bütün səyləri göstərəcəyik.
Həm siyasi, həm diplomatik və lazım gələrsə
hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə
var. Beynəlxalq hüquq bunu təmin edir".
Azərbaycanın Ermənistan
üzərində hərbi, siyasi və iqtisadi sahələrdə
üstünlüyü şəksizdir. Ordumuz güclü
arsenala malikdir. Hərbi xərclərimizin 2 milyard dollara
yüksəldilməsi bu üstünlüyün möhkəm
qarantıdır. Orduda kadr potensialı yaradılmış,
zabitlərin peşəkarlığı, əsgərlərin
döyüş qabiliyyəti xeyli artırılmış,
yüksək səviyyəyə
çatdırılmışdır. Nizami hərbi hissələrimiz
hər an torpaqlarımızı təcavüzkarlardan azad etməyə
qadirdir. Ancaq ölkəmiz Dağlıq Qarabağ probleminin
sülh yolu ilə həll edilməsinə üstünlük
verir. Prezident İlham Əliyev dəfələrlə
bildirmişdir ki, Azərbaycan öz torpaqlarını dinc vasitələrlə
azad etmək istəyir, yenidən silah işlədilməsinə,
qan tökülməsinə razı deyil. Ancaq bunun ardınca bəyan
edib ki, son variant kimi hərbi əməliyyatlara əl
atılması istisna deyil.
Qeyd etdiyimiz kimi, Azərbaycan
bütün vasitələrdən istifadə etməklə
işğal altında qalan qədim ata-baba torpaqlarını
işğaldan qurtarmaq əzmindədir. Ermənistanın
danışıqları pozması və mümkün qədər
uzatması problemin həllinin müəyyən müddət
yubadılmasına xidmət edir.
Azərbaycan
torpaqlarının işğalı ermənilərə səadət
gətirməmiş, əksinə, onları dünyaya vandal,
etibarsız və qul xislətli bir xalq kimi
tanıtmışdır. Havadarlarının və xaricdəki
lobbilərinin məkrli niyyətlərinin qurbanına
çevrilən Ermənistan tezliklə təcavüz siyasətindən
əl çəkməli, qonşu dövlətlərlə
normal münasibətlər yaratmağa
çalışmalı, qloballaşan dünyada
özünütəcriddən xilas olmalıdır. Başqa
yol yoxdur və təcavüz niyyətindən əl çəkməmək
Ermənistanı dibi görünməyən uçuruma
aparır. Atalar deyib ki, zərərli yolun yarısından
qayıtmaqda xeyirdir.
İlyasov Vəli
Respublika.- 2009.- 9 yanvar.- S. 1.