Paytaxtda sərnişindaşıma işinin tənzimlənməsi
uğurla aparılır
“Bakı Sərnişin Nəqliyyatı” MMC-nin bu sahədə
həyata keçirdiyi tədbirlər öz bəhrəsini
verir
Ölkəmizdə digər
sahələrdə olduğu kimi, yol-nəqliyyat kompleksinin
yenidən qurulması, nəqliyyat sisteminin təkmilləşdirilməsi,
xüsusilə də sərnişindaşıma işinin tənzimlənməsi
istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi
altında ardıcıl tədbirlər həyata
keçirilir. Dövlət başçısının
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
ilə bağlı müvafiq sərəncamı bu baxımdan
xüsusilə önəmlidir. Sərəncamdan irəli gələn
vəzifələr Nəqliyyat Nazirliyinin "Bakı Sərnişin
Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyəti
tərəfindən uğurla icra olunur. Belə ki, nəqliyyat
naziri Ziya Məmmədovun əmri ilə təsdiq edilmiş
"Bakı şəhərində sərnişin
daşımalarının təşkili, idarə olunması və
tənzimlənməsi, xidmətin keyfiyyətinin
yaxşılaşdırılması, bu sahədə
sahibkarlıq mühitinin sağlamlaşdırılması,
azad rəqabətin təmin olunması üzrə tədbirlər
planı"nda nəzərdə tutulmuş işlərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə
əlaqədar MMC tərəfindən iş planı tərtib
olunmuş və tədbirlərin icrası ardıcıl olaraq
davam etdirilmişdir.
Qeyd edək ki, bu
baxımdan 2008-ci ildə paytaxtımızda avtobusla sərnişindaşıma
işində və taksi fəaliyyətində nəzərəçarpacaq
dərəcədə dəyişikliklər baş
vermişdir. Xüsusilə mikroavtobusların müasir tipli iri
tutumlu avtobuslarla əvəzlənməsi şəhərimizə
yeni yaraşıq verməklə yanaşı, həm də
insanlar tərəfindən razılıqla
qarşılanmışdır. Bütün bunlar barədə
Nəqliyyat Nazirliyinin katibliyi tərəfindən ətraflı
məlumat verilmişdir. Məlumatda deyilir ki, Bakı şəhərində
avtobus və taksilərlə sərnişin
daşımalarının təşkili və tənzimlənməsi
sahəsində "Bakı Sərnişin Nəqliyyatı"
MMC tərəfindən 2008-ci il ərzində müəyyən
işlər görülmüşdür. Belə ki, ilk
növbədə görülmüş tədbirlər nəticəsində
il ərzində 48598 taksi avtomobilinə, 40729 marşrut avtobusuna "Fərqlənmə
nişanları" verilmiş və dövlət büdcəsinə
2815647,00 manat məbləğində vergi ödənilmişdir.
Mütəmadi olaraq sərnişindaşıma
xidməti göstərən daşıyıcıların “Fərqlənmə
nişanları”nın alınmasına vaxtında cəlb edilməsi,
qeyri-qanuni fəaliyyət göstərən
daşıyıcıların üzə
çıxarılması, onlara xəbərdarlıq edilərək
müvafiq bildirişlər verilməsi və şəhərin
müxtəlif yerlərində operativ tənzimləmə
işləri aparılması təmin edilmişdir. Yoxlamalar
zamanı müfəttişlərlə kobud rəftar edən
371 şəxsdən izahat alınmış və 63 nəfər
barəsində tərtib olunmuş aktlar qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müvafiq tədbirlər görülməsi
üçün Vergilər Nazirliyinə göndərilmişdir.
İl ərzində nəzarət şöbəsi tərəfindən
texniki cəhətdən nasaz, istismara yararsız, estetik
görünüşü və ekipirovkası standarta
uyğun olmayan 478 avtobus marşrutdan kənarlaşdırılmışdır.
Dayanacaq qaydalarını pozan, yollarda tıxac yaranmasına
şərait yaradan 1010 sürücüyə xəbərdarlıq
edilmiş, onlar Cəmiyyətə dəvət olunmuş və
təlimatlandırılmışlar.
Şəhər nəqliyyatı
sisteminə, marşrutlarına və sərnişindaşıma
xidmətinə aid daxil olan təklif və şikayətləri,
operativ həll etmək məqsədilə MMC-də
"qaynarxətt" yaradılmışdır.
Cəmiyyətin müəssisələrində
mütəmadi olaraq texniki inventarlaşdırmalar
aparılmışdır. Cari il ərzində istifadəyə
yararsız, fiziki və mənəvi cəhətdən tam
aşınmış, sərnişindaşıma tələblərinə
uyğun gəlməyən 45 nəqliyyat vasitəsi balansdan
silinmişdir.
Şəhər sərnişin
daşımalarında istifadə olunan mikroavtobusların iri və
orta tutumlu avtobuslarla əvəz edilməsi barədə Nəqliyyat
Nazirliyinin müvafiq tapşırığına uyğun
olaraq, bu günə kimi sərnişindaşıma fəaliyyəti
ilə məşğul olan şirkətlər tərəfindən
orta və iri tutumlu 910 avtobus alınıb istifadəyə
verilmişdi. Bunlardan da 314 iri tutumlu avtobus "Transqeyt"
şirkəti tərəfindən gətirilib ("DAEWOO"
markalı 245, "MA3" markalı 20, "MAN" markalı
49) və bu işlər davam etdirilir.
Yeni müasir tipli
avtobusların təqdimat mərasimlərində Prezident
İlham Əliyev və nazir Ziya Məmmədov iştirak
etmişlər.
Cari il ərzində 297
sayda marşrutda avtobusların təsdiq olunmuş hərəkət
sxeminə riayət etmələrinin təhlili
aparılmışdır və bu işlər davam edir.
Şəhərin
küçə və meydanlarında yaranan nəqliyyat
tıxaclarının səbəbi daim
araşdırılır, onların qarşısını
almaq məqsədilə avtobus dayanacaqlarının yol
ayrıcılarından, nəqliyyat qovşaqlarından
uzaqlaşdırılması işləri davam etdirilir. Bununla əlaqədar,
bu günə kimi avtobus marşrutları üzrə müəyyənləşdirilmiş
457 dayanacaq yerlərində Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən yeni, günün tələblərinə
cavab verən dayanacaqlar quraşdırılmışdır.
Eyni zamanda, paytaxtın nəqliyyat
sistemində aparılan təkmilləşdirmə işlərilə
əlaqədar kiçik tutumlu avtobusların şəhərin
mərkəzi hissəsinə daxil olmasının
qarşısı alınmış və həmin
avtobusların marşrutlar üzrə hərəkət istiqamətlərində
dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq
şəhərin mərkəzi hissəsində səmişinlərin
tələbatını ödəmək məqsədilə
iri tutumlu avtobusların istismarı üçün təkliflər
hazırlanmışdır.
Bakı şəhərində
şəhərdaxili marşrutların və taksi avtomobillərinin
işini tənzimləmək məqsədilə,
İntellektual İdarəetmə Sisteminin yaradılması ilə
əlaqədar aidiyyəti məsələlərin müzakirəsi
isiqamətində cəmiyyətin mütəxəssisləri
Nəqliyyat Nazirliyinin işçi qrupunun tərkibində
müvafiq sənədlərin hazırlanmasında və digər
tədbirlərdə fəal iştirak etmişdir. Bu sistemin tətbiqi
ilə əlaqədar avtobus marşurutlarının optimallaşdırılmış
sxemləri hazırlanmış, marşurtlar üzrə
dayanacaq yerləri müəyyənləşdirilmişdir.
2008-ci il mayın 19-da Nəqliyyat Nazirliyi və Koreya
Respublikasının SKS&Co. Ltd şirkəti arasında
"Bakı şəhərində nəqliyyat əməliyyatlarının
intellektual idarə edilməsi sisteminin yaradılması üzrə
işlərin, malların və xidmətlərin satın
alınmasına dair Müqavilə"
imzalanmışdır. Hazırda yuxarıda adı çəkilən
müqavilənin müddəalarının yerinə yetirilməsi
istiqamətində işçi qrup tərəfindən
işlər davam etdirilir.
Eyni zamanda, Dünya
Bankının dəstəyi ilə maliyyələşən
"Bakı Şəhər Sərnişin Nəqliyyatı
İslahatı" Layihəsinin əsas podratçı ROM
Transportation Engineerinq şirkətinə layihə ilə əlaqədar
müvafiq məlumatlar təqdim edilmiş və onlarla sıx əlaqələr
yaradılaraq müvafiq işlər aparılır.
"2008-2009-cu illərin
payız-qış mövsümünə hazırlıq barədə"
"Avtonəqliyyatservis" Departamentinin 25 noyabr 2008-ci il
tarixli əmrinin icrası ilə əlaqədar olaraq, Bakı
şəhərində sərnişin nəqliyyatının
fasiləsiz və təhlükəsiz hərəkəti təmin
edilir.
Şəhər ərazisində
taksi minik avtomobillərinin işini tənzimləmək məqsədilə,
32 taksi dayanacağı yaradılmışdır və həmin
dayanacaqların normal fəaliyyət göstərməsi
üçün dayanacaqlar sxemlərə uyğun olaraq
müvafiq nişanla təmin edilmiş, bəzi yerlərdə
asfalt üzərinə standarta uyğun xətlər çəkilmişdir.
Eyni zamanda, bu dayanacaqlara taksi avtomobillərinin cəlb edilməsi
üzrə müvafiq işlər davam etdirilir.
İl ərzində təhlükəsizlik
şöbəsinin əməkdaşları tərəfindən
marşurtlarda 1400 təhlükəsizlik və sərnişindaşıma
qaydaları pozuntusu müəyyən edilmişdir. Aşkar
edilmiş ciddi yol hərəkəti təhlükəsizliyi
qaydaları pozuntularına görə sərnişindaşıma
fəaliyyəti ilə məşğul olan 35 hüquqi və
fiziki şəxsə təqdimatlar göndərilmişdir.
Bakı şəhər
DYP-dən sərnişindaşıma marşurtlarında il ərzində
baş vermiş yol-nəqliyyət hadisələri haqqında
daxil olmuş məlumatlar mütəmadi təhlil edilir.
Fövqəladə
Hallar Nazirliyinin-Dövlət Material Ehtiyatlar Agentliyi ilə Binəqədi
Rayon Fövqəladə Hallar və Mülki Müdafiə
Şöbəsilə sıx, İşgüzar əlaqə
saxlamaqla bir sıra tədbirlər həyata
keçirilmışdir.
DMEA-yə, MMC-nin tabeli
müəssisələrində qorunub saxlanılan USO (universal
texnoloji), TSO (texnoloji sanitar) avadanlıqlarının
miqdarı, keyfiyyət və kəmiyyəti haqqında məlumat
verilmişdır. MMC üzrə 2007-ci və 2008-ci illərin
Mülki Müdafiə tədbirlər planının icrası
ilə əlaqədar tərtib edilmiş hesabatlar müvafiq
qurumlara təqdim edilmişdir.
2008-ci il ərzində Nəqliyyat
Nazirliyinin rəhbərliyi ilə "Bakı Sərnişin Nəqliyyatı"
MMC tərəfindən həyata keçirilən bütün
bu İşlər ilk növbədə şəhər əhalisinə
və qonaqlarına göstərilən sərnişin nəqliyyatı
xidmətlərinin yaxşılaşdırılmasına, sərnişinlərin
daşımalar zamanı rahatlığı və təhlükəsizliyinin
təmin edilməsinə yönəldilmişdir.
"Bəkı Sərnişin
Nəqliyyatı" MMC tərəfindən görülən
işlər və 2009-cu ildə qarşıda duran vəzifələr
barədə cəmiyyətdə bütün şöbə,
xidmət və müəssisələrinin iştirakı ilə,
ötən ilin dekabrın 30-da müşavirə
keçirilmiş və qərara alınmışdır ki,
mövcud nöqsan və çatışmazlıqlar qısa
müddətdə aradan qaldırılaraq cari ildə daha
uğurlu nəticələr əldə edilsin.
Ramiz YUSİFLİ,
Respublika.- 2009.- 25 yanvar.- S. 2.