Azərbaycan-Baltik əlaqələri...

 

Ədəbiyyat, mədəniyyət xalqları birləşdirən ən çevik dəyərlər sistemidir. Xalqlar arasında körpüyə çevrilən sənət müxtəlif dillərdə danışan insanları birləşdirir, qarşılıqlı mədəni-ədəbi əlaqələr ümumən ədəbiyyatın, mədəniyyətin inkişafını şərtləndirməklə bərabər həm bu xalqları müxtəlif sahələrdə bir-birinə daha da yaxınlaşdırır, multikultural dəyərlərə öz töhfəsini verir. Bu baxımdan, sənət adamları, yazıçılar, şairlər həmişə həmin prosesin ön cərgəsində olublar. Onlar mədəni plüralizmin effektiv tənzimlənməsində xalqlararası münasibətlərin təməllərinin formalaşmasında əsas rol oynayan personalardır.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas, publisist tərcüməçi Mahir Həmzəyev uzun illərdir ki, (qırx ildən çox) Vilnüs şəhərində yaşayır. Azərbaycan-Litva ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmətləri var. Bu illər ərzində tədqiqata cəlb etdiyi mövzulara nəzər salmaq kifayət edir ki, Mahir Həmzəyevin ictimai, elmi, ədəbi fəaliyyətinin miqyasını təsəvvür edəsən: - Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycan ədəbi, mədəni tarixi əlaqələri, ədəbi paralellər bədii tərcümə məsələləri, kulturoloji komparativistik araşdırmalar; "Kitabi-Dədə Qorqud" dastanı Baltik xalqlarının dillərində; Baltik xalqları mühacirləri diaspora təşkilatlarının XIX–XX əsrlərdə Qafqazda elmi, mədəni ictimai-siyasi fəaliyyəti; Böyük Litva Knyazlığının karaim, tatar, polyak yəhudi varislərinin Azərbaycan Türkiyə ilə elmi, ədəbi, mədəni ictimai-siyasi əlaqələri; 1918-1922-ci illərdə Litva - Cənubi Qafqaz dövlətlərarası münasibətləri Litvanın Bakıdakı Konsulluğunun fəaliyyəti; Litva ədəbiyyatının klassiki, müstəqil Litva dövlətinin Bakıda ilk konsulu Vintsas Krevenin 1909-1920-ci illərdə Azərbaycandakı pedaqoji, elmi, mədəni, ictimai-siyasi diplomatik fəaliyyəti; Azərbaycan Xalq Cümhuriyyəti siyasi mühacirlərinin XX əsrin 20-30-cu illərində Litva-Polşa karay tatar türkləri ilə ictimai-siyasi əlaqələri; 1944-1953-cü illərdə Litva müstəqilliyi uğrunda SSRİ dövlətinə qarşı müqavimət hərəkatı partizan müharibəsində iştirak etmiş azərbaycanlımeşə qardaşları“nın həyat döyüş yolları. 1980-2019-cu illərdə bu mövzulara həsr edilmiş 400-dən artıq tədqiqat işi, ədəbi-tarixi elmi-publisistik məqalələri Litvada Azərbaycanda dərc olunubdur.

Mahir müəllim 2002, 2008, 2011 2012-ci illərdə Ümumdünya Litva Ensiklopediyasının Vilnüsdə çıxmış II, XIV, XX XXI cildlərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu xoreoqrafiyası haqqında, eləcə Azərbaycan yazıçı şairləri - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı Anarın yaradıcılığı barədə 22 adda ensiklopedik məqalə hazırlayıb çap etdirib. Mahir Həmzəyev diaspora sahəsində ölkələrimiz arasındakı insan resurslarının faydalılığı baxımından böyük işlər görüb. Bir alim qələm adamı olaraq zəkasını, intellektini müxtəlif ipostaslarda realizə etmək vaxt baxımından mümkünsüz görünür. Amma daxilindən gələn Vətənə xidmət duyğusu, ziyalılıq vətəndaşlıq qeyrəti onu bu işləri görməyə sövq edir. Necə deyərlər, görmək, xidmət etmək üçün vaxt məhdudiyyəti yoxdur.

Bu günlərdə isə məhsuldar ədəbiyyatşünas alimin səkkiz fəsildən ibarətAzərbaycan-Baltik mədəni əlaqələri. XIX-XXI əsrlərkitabı işıq üzü görüb. Kitabın mövzu dairəsi o qədər genişdir ki, bu informasiya zənginliyi tematik ardıcıllıq oxucuda məmnunluq hissi doğurur. Müəllif Azərbaycan-Baltik mədəni əlaqələrinin tarixinə nəzər salır, bu əlaqələri şərtləndirən amilləri konseptual yöndən təhlilə cəlb edir. Bu kitab həm ona görə əhəmiyyətlidir ki, alim arxiv materiallarına əsaslanaraq bir sıra nadir tarixi faktları üzə çıxarmış, Baltik xalqlarını Azərbaycanla bağlayan ictimai, siyasi, mədəni, ədəbi tellərin yaranmasında xidmətləri olmuş görkəmli şəxsiyyətlərin ölçüyəgəlməz xidmətlərini kitab səhifələrində əbədiləşdirmişdir.

AlimXəzər sahillərində Baltik ab-havasıadlı müəllif sözündə yazır:

Kitabın əsas məramı Azərbaycan Baltik xalqları arasındakı tarixi icti-mai-mədəni əlaqələrin köklərini axtarıb üzə çıxarmaq bu əlaqələr zəminində ölkələrimiz arasında yeni məzmunlu mədəni körpülər salmaq, müasir dövrdə münasibətlərimizi genişləndirmək, xalqlarımızı mənəvi cəhətdən bir-birinə yaxınlaşdırmaq, Baltik ölkələrində bizə dost münasibət bəsləyənlərin sıralarını artırmaq ölkəmizin Baltik ölkələrindəki imicini gücləndirməkdən ibarətdir.

Bununla yanaşı, topluda qədim mədəni əlaqələrimizdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, həmçinin SSRİ dönəmindəki AzərbaycanBaltik mədəni əlaqələrini müstəqil dövlət maraqları çərçivəsində qiymətləndirmək milli maraqlara uyğun şəkildə dəyişdirmək, Azərbaycanla Baltik regionu arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yer tutmasını təmin etmək kimi məsələlər işıqlandırılıb.

Kitab həm Azərbaycanla Baltik ölkələri arasında mədəni əməkdaşlıq dialoq strategiyasını daha məzmunlu dinamik tərzdə həyata keçirməyə stimul vermək məqsədini güdür”.

Bir neçə il bundan öncə Litva ədəbiyyatının görkəmli ədəbi simalarından olan Vintsas KreveninAzəristan ölkəsikitabını Mahir Həmzəyevin tərcüməsində oxumuşdum. Yeri gəlmişkən, deyim ki, dəyərli şair dostum, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun rəhbəri olduğu “ATV Kitablayihəsinin ən maraqlı, böyük marağa səbəb olan kitablarından biri V. KreveninAzəristan ölkəsikitabı olmuşdu. Şəxsən mən bu kitabı böyük maraq heyrət hissiylə oxumuş, Krevenin Azərbaycandakı pedaqoji fəaliyyətiylə bağlı bilmədiyim çox şeyləri öyrənmişdim. Mahir Həmzəyevin kitabındakı ilk yazı da məhz böyük pedaqoq, qəlbən Azərbaycana bağlı olmuş Litva yazıçısı Vintsas Krevenin həyatı yaradıcılığı haqqındadır. Krevenin həyatının əhəmiyyətli bir hissəsi Azərbaycanla bağlı olmuşdur. Yazıda bu barədə müfəssəl məlumat verilir.

Kitabda ən çox diqqətimi çəkən güman edirəm ki, qoca tarix üçün olduqca böyük önəm daşıyanQarabağ düyünü Litva diskursundabölümü oldu. Yazıçı Qarabağ həqiqətlərinin Baltik ölkələrində yaşayan insanlara da çatması üçün intellektini, zəkasını səfərbər edib hadisələrin mahiyyətinə dərindən nüfuz edərək əsl ziyalı mövqeyi nümayiş etdirib. Litva Azərbaycanlıları Cəmiyyəti daim bu istiqamətdə ardıcıl fəaliyyət göstərib. Müəllif yazır:

Vurğulamaq istərdik ki, müstəqilliyin bərpa olunmasından sonrakı dövr Litva Azərbaycan mediasında xeyli sayda Qarabağ mövzulu müxtəlif publikasiyalar işıq üzü görüb. Ən fərqli janrlarda yazılmış bu publikasiyaların müəllifləri arasında Vitautas Landsbergis, İmantas Melyanas, Tomas Çivas, Gintaras Visotskas, Riçardas Lapaytis, Vitaliyus Karakorskis, Donatas Valançyauskas, Arvidas Banyulis, Aydanas Praleyka, Vidmantas Valyuşaytis, Aras Lukşas, Laurinas Kasçyunas, Antanas Tila, Kestutis Oginskas, Rita Milyute, Paulyus Vaytekunas, Ramunas Trimakas, Tomas Srebalyus, Yuras Pojela, Egidiyus Vareykis, Arunas Valinskas, Andryus Burba, Antanas Raşimas, Algimantas Liekis, Lyaonas Yurşa kimi litvalı qələm sahibləri vardır.

Bu gün arqumentlərə söykənən tam bir əminliklə konstatasiya edə bilərik ki, müasir LitvaAzərbaycan ictimai-siyasi, kulturoloji publisistik əlaqələrinin başlıca qolunu Qarabağ münaqişəsi mövzulu müxtəlif janrlı əsərlər tərcümələr təşkil edir. Düşünürük ki, yaxın gələcəkdə yuxarıda göstərilən litvalı müəlliflərin bu mövzulu əsərlərindən götürülmüş seçmələrdən ibarət ayrıca bir tərcümə kitabının nəşr edilib Azərbaycan ictimaiyyətinə təqdim olunması diqqətəlayiq hadisə olardı”.

Mahir Həmzəyev Qarabağ mövzulu həmin əsərlərin bir qismini, habelə onların bəziləri haqqında yazılmış annotasiya, resenziya icmalları Litva, polyak rus dillərindən Azərbaycan dilinə tərcümə edərək, səciyyəvi misallar qismində kitabın bu fəslində xronoloji ardıcıllıqla oxuculara təqdim edir. 20 yanvar faciəsi, Xocalı qətliamı xalqımızın başına gətirilmiş digər müsibətlər Litva yazıçılarının gözüylə təhlil edilir bu yazıları Azərbaycan oxucusuna çatdıran məhz Mahir Həmzəyevdir. Mahir müəllim, eyni zamanda Azərbaycan yazıçılarının da Baltik ölkələrində tanınmasında, təbliğində böyük işlər görür, Azərbaycan ədəbiyyatının klassikləri, müasir qələm adamlarımız haqqında esselər, məqalələr yazır. Bu kitabda həmin yazıların böyük əksəriyyəti toplanıb.

Mahir Həmzəyev Litvada Azərbaycanın səsidir. Litvalılar Azərbaycanla bağlı həqiqətləri onun yazılarından öyrənirlər. Biz bu kitabdan çox şeyləri öyrəndik. Düşünürəm ki, Mahir Həmzəyevin uzun illərin zəhməti sayəsində ərsəyə gətirdiyi bu qiymətli kitab hər iki ölkə üçün son dərəcə faydalı əhəmiyyətlidir.

 

Kənan Hacı

 

Reytinq.az (internet qəzeti).- 2022.- 13 sentyabr.