Ağasən Bədəlzadə - 70

 

İşıqlı poeziya

 

50 ilə yaxındır ki, şair Ağasən Bədəlzadə yazıb-yaradır.  50 ilə yaxındır ki, öz işıqlı fikirlərini, alovlu poetik düşüncələrini öz sənət rübabı ilə dilləndirməklə məşğuldur. "Od təmizliyi", "Həyat eşqi", "Bu dünya qaranlıq olmur" bir çox bu qəbildən şeirləri ilə şair əmindir ki, yalnız işıq, Günəş, mübarizə çırağı insanı səfərbər edər, ona düzgün yol göstərər. Ürəyin işıqla müqayisəsi Ağasənin poeziyasında xüsusi əhəmiyyət kəsb edir, Danko kimi işıqlı ürəyin işıqlı ömür kimi mənalandırılması şeirinin yeni obraz axtarışlarının bir yekunudur.

İllərin əvəzlənməsi, həyatın irəliləyişi şairin poeziyasına müdriklik gətirir, onun poetik düşüncəsini fəlsəfi ümumiləşdirmələrlə  zənginləşdirir, ömür işığının  daha əbədi, daha  dürüst mətləb kəsb etdiyini  nümayiş etdirir.  "İşıq-qaranlıq" şeirində biz şair yetkinliyinin daha bir məqamı ilə, poetik fəlsəfi qənaətləri ilə tanış oluruq. Şair qəti inanır ki, həyat  dünya təkcə bir həyatın, ömürün doğulmasından qeyb olmasından ibarət deyil. "Sirrini heç kimə verməyən, bir yandan boşalan, bir yandan dolan dünyanın" öz möcüzləri yeniləşməsi ilə maraqlıdır.

 Artıq ömrünün 70-ci baharını qeyd etməyə hazırlaşan  şair Ağasən Bədəlzadə ömrünün bu qırmızı təqvim ilini işıqlı düşüncələri, narahat gərgin poetik axtarışları ilə qarşılayır.

O, təkcə bir şair ömrü deyil, bir alim, bir pedaqoq, bir ədəbiyyatşünas ömrünü yaşayır. Müəllimliyi ilə gəncliyə maarif işığı paylayan qələmindən ayrılmır, vaxtaşırı gözəl şeirlər, məqalələr publisistik yazılar yazır. Həyatın eniş-yoxuşundan, ömrün  gərdişindən yaxşı baş çıxaran müəllifin əzəli həqiqətlərə epitetlər axtarması da onun poetik üslubunun təkrarsızlığından xəbər verir:

 

Ömür məclis deyil, dünya

toy-düyün,

Həyatın yolları düyün-düyündür.

Bəlkə bədbəxtlik hesab etdiyin,

Dünyada ən böyük xoşbəxtliyindir.

 

A.Bədəlzadənin şeirləri ədəbi tənqiddə maraq doğurmuş, xalq şairi Bəxtiyar Vahabzadə onun şeirləri haqqında "Yanmaq ona deyərəm ki" adlı məqalə yazmış, B.Məmmədzadə, Ş.Zaman b. qələm sahibləri onun poetik axtarışlarını təqdir etmişlər. B.Vahabzadə bu istedadlı tələbəsi haqqında yazırdı: "Ağasən Bədəlzadə - bu təvazökar oğlan şeirlərini mənə təqdim edəndə tər tökürdü. Qəlbi dolu bu şairi xalqımıza "Ulduz" jurnalı vasitəsilə tanıtmağı özümə şərəf  bilirəm".

Şairin ilk şeir kitabları   "Azərbaycan", "Ulduz" kimi jurnal qəzetlərdə çap etdirdiyi  şeirlər ədəbi ictimaiyyətlə yanaşı, çoxsaylı oxucuların da diqqətini cəlb etmiş, o, çoxlu  məktublar almışdı. Bu məktublarda Ağasənin  şeirlərindəki təbiilik, səmimilik, obrazlılıq s. məziyyətlər təqdir olunur, mənəvi təmizliyə, həqiqətin müdafiəsinə doğruçuluğa meyilinə, doğma yurd xalqa bağlılığına xüsusi diqqət yetirilirdi.

A.Bədəlzadənin "Qocalıq", "Qarışıq", "İnsan dinc olar", "Görmürəm", "Vicdan ağrısı", "Gecə açılan güllər", "Yavaş-yavaş öyrəşirik" kimi şeirlərində müasirlərimizin həyatı üçün örnək olası fərdi-psixoloji məqamlar, vətəndaşlıq övladlıq duyğuları, insanı düşündürən əxlaqi hisslər tərənnüm olunur.

"Vətən, ay vətən" şeirində də dərd mövzusu ürək mövzusu ilə eyniləşdirilir, maraqlı bir rəmz, dərdin, vətənin və ürəyin birliyindən yeni bir obraz alınır.

A.Bədəlzadənin lirik şeirləri ilə yanaşı, satirik şeirləri Sabiranə tərzdə yazdığı nümunələr vardır. "Qəribə dünya", "Həqiqət", "Yavaş-yavaş öyrəşirik", "Həyat eşqi" s. şeirlərdə biz bunun əyani təzahürünü görürük. Onun yaradıcılığında təbiətin yeri, rolu var. Ağasən Bədəlzadənin poetik üslubu xalq şeir ənənəsindən qidalanan, adi bir məqamı hadisəni, fakt   detalı mənalandırmağa  üstünlük verən mövzu axtarışları, mənəvi-əxlaqi həqiqətlərə düzgün yanaşma, təzə-tər ovqat həyat sevgisi ilə səciyyələnir. Onun poetik çağırışlarında da insan zaman, həyat ölüm, ömür yol haqqında dəyərli  fikir mülahizələr vardır. Şairin dünya haqqında poetik təsəvvürü geniş olub işıqlı nikbin bir ovqata əsaslanır. Bu məqamda xalq şairi B.Vahabzadənin fikri ilə tam şərikik ki, "A.Bədəlzadənin bütün şeirlərinin ruhunda, mahiyyətində  sevən bir insanın narahatlığı duyulur".

A.Bədəlzadənin poeziyası işıqlı poeziyadır. O, işıqlı fikirlərini oxuculara aşılayır, onlarda dərin təsirli təəssürat yaradır, onların hisslərini duyğularını oyandırır, müəllifin fikir düşüncələrini oxucusuna şeirsevərlərə doğmalaşdırır. Aforistik mətləblərin təsdiqi onun şeirinin özəlliyidir.

 A.Bədəlzadə rus dünya ədəbiyyatının ən yaxşı bilicilərindəndir. Hazırda o, dünya Azərbaycan ədəbiyyatını tələbələrinə sevdirir. Onun qələmə aldığı yazı məqalələr, dərslik kitablar da diqqətəlayiqdir. Elmi elmi-pedaqoji axtarışları ona dünya ədəbiyyatı prosesini düzgün  anlamağa, elə bu kontekstdə maraqlı fikir mülahizələr irəli sürmək imkanı verir.

 O, elmi yaradıcılığa Azərbaycan poeziyasının tədqiqi ilə başlayıb. 1960-1970-ci illərdə Azərbaycan poeziyasının inkişaf meyillərini, məzmun   forma özəlliklərini, poema janrının xüsusiyyətlərini araşdırmaq baxımından onun namizədlik dissertasiyası mühüm əhəmiyyətə malikdir.

 Ağasənin dövri mətbuatda çap olunmuş yazıları iki kitabında toplanmış məqalələri müasir  Azərbaycan ədəbi prosesini işıqlandıran aktual dəyərli  cəhətləri ilə fərqlənir. O, Nizami Şirvanşah Axsitanın əlaqələrinə, Ömər Xəyyamın yaradıcılıq irsinə, Avropa klassiklərinə həsr olunmuş yazı məqalələrin müəllifidir. A.Bədəlzadə orta əsrlər dünya ədəbiyyatına dair bir sıra tədqiqatların rəyçisi redaktoru olmuş, proqram dərsliklər barəsində  nüfuzlu rəyini bildirmişdir. Şairin bədii tərcümələri, o cümlədən, tacik poeziyasından poetik tərcümələri nəzər-diqqəti cəlb etməkdədir.

Alimin  elmi axtarışlarında görkəmli yazıçı pedaqoq Ağarəhim Rəhimovun yaradıcılığı haqqında "Zamanın üzü, yazıçının sözü", "Qələmin ucu, qılıncın gücü" adlı monoqrafiyaları mühüm  yer  tutur. O, ilk növbədə, yazıçının "Qüdrətdən doğan nur" əsərini geniş təhlilə cəlb edir göstərir ki, "A.Rəhimovun əsərində güclü publisistika ilə  kövrək  lirika bitib-tükənmək bilməyən düşüncələr axarı ilə konkret, sistemli fəlsəfi ümumiləşdirmələr sintez şəklini alır...".

A.Bədəlzadənin poeziya elm arasında sıx əlaqə yaratmağa qadir olan məqalə monoqrafiyaları çağdaş ədəbi prosesi öyrənməkdə oxuculara mütəxəssislərə layiqli kömək göstərir. Onun elmi axtarışları poeziyasına konkretlik müasir ritm gətirir. Eyni zamanda, poeziyası da elmi axtarışlarını tamamlayır, onlara ciddi bir təkan verir. Buna görə nəsr dramaturgiyanın  təhlilini verərkən, bu əsərlərdə poetiklik lirika axtarması da təbii görünür.

Sənətkar şeir yazılarında güclü qaynaqlardan, böyük şəxsiyyətlərdən qüvvət alır. Xalqımızın belə qiymətli şəxsiyyətləri, yaradıcı, sənətkar alim simaları çox olmuşdur. Ağasən dünya mütəfəkkirlərini öyrənən, bilən işıqlı ziyalılarımızdan biridir.

 

 

 

 

Zümrüd

 

Səs.- 2010.- 11 mart.- S. 12.