Azərbaycan muğam caz
hərəkatının memarı
Dünya şöhrətli caz ustası Vaqif
Mustafazadənin bu gün doğum günüdür. 16 mart
1940-ci ildə anadan olan sənətkarın 70 yaşı tamam
olur. İfası, novatorçuluğu ilə Azərbaycan caz
musiqisinə yeni, orijinal üslub bəxş edən sənətkar
yaşadığı qısa bir zaman məsafəsində
dünyanı musiqisi ilə heyrətləndirə bildi.
Yaradıcılığa kiçik yaşlarından
başlayan Vaqif Mustafazadənini sənət uğurları
məhz onun sənət səhifələrini bəzədi.
Belə ki, sənətkar musiqisi ilə dünyaya səs
saldı. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi
və yeni caz fikrinin yaradıcısıdır. O, Azərbaycan
musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini
yaratmışdır. Onun yeni devizi caz-muğam adlanır.
Sənətkarı Azərbaycan muğam caz
hərəkatının memarı da adlandırırlar.
Klassik
ənənələri yaşadan və davam etdirən
sənətkarı musiqiçini xatırlamaq hər birimizin
borcudur, onun həyat və yaradıcılığı
isə bizim hər birimiz üçün nümunədir.
Caz-muğam üslubunun banilərindən biri olan Vaqif
Mustafazadə zaman anlayışına sığışmayan
bir insan idi. O, gözəl pianoçu olmaqla yanaşı,
həm də çoxsaylı caz əsərləri
yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlarda
qalmışdır.
Atası Əziz
hərbçi olsa da, musiqiyə son dərəcə
bağlı insan idi, gözəl tar çalmağı
bacarırdı. Anası Zivər xanım isə ilk
azərbaycanlı pianoçu qadınlardan biri olub. Üzeyir
bəy Hacıbəyov məktəbinin yetirməsi olan
Zivər xanım gözəl pianist olmaqla yanaşı,
muğamı bütün incəliyi ilə bilirdi. Belə bir
ailədə böyüyən Vaqifin istedadı, musiqiyə
olan qeyri-adi bağlılığı qətiyyən
təəccüblü deyildi. Onun bu meyilini hamıdan tez
anası Zivər xanım duyur. Bu haqda Zivər xanım
xatirələrində belə yazırdı: "Hələ
Vaqifin beş yaşı olanda bir dəfə ona Səməd
Vurğunun "Vaqif" poemasından bir parça oxudum.
Üstündən bir qədər keçməmiş balaca
Vaqif həmin parçanı olduğu kimi əzbərdən
dedi. O zaman hiss etdim ki,
Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla
çalışması mənim ümidlərimi
doğrultdu".
Uşaq yaşlarından
oğlunu musiqiçi görmək istəyən ananın
ümidlərini doğruldan Vaqif az
keçməmiş onu heyrətləndirir. Özü də
pianoçu olan, saatlarla çalmaqdan yorulmayan Zivər
xanım Vaqifin az qala bütün gün
ərzində pianonun arxasından bir dəfə də
qalxmamasına təəccübünü, heyrətini, eyni
zamanda, sevincini gizlədə bilmir. Həqiqətən
də, Vaqif görünməyən bir inadkarlıqla
işləyirdi. Bəzən barmaqları
keyləşib işləməyənə qədər pianonun
şirmayı dillərindən əl çəkmirdi. Onun bu inadkarlığı, yorulmadan
işləmək əzmi sonralar onun dadına çatır.
Musiqi sahəsində qazandığı
uğurlara görə Vaqif, ilk növbədə, öz
anasına minnətdar idi. Doqquz
yaşında ikən milli melodiyaları yaxşı
mənimsəmiş Vaqifin pianoda hər bir musiqini
özünəməxsus bir tərzdə ifa etməyə
çalışması Zivər xanımı çətin
vəziyyətə salırdı. Zivər
xanımın uzun-uzadı izahlarına və
söhbətlərinə baxmayaraq, improvizə etməsini
hələ özü də anlamayan balaca Vaqif inadından
dönmürdü. Beləliklə, Vaqif musiqi
məktəbinə daxil olur və burada o vaxtadək
yaxşı
On altı
yaşında ikən Vaqifin həyatında ən unudulmaz
və əlamətdar günlərdən biri oldu. Məhz
həmin gün o, Bakı Filarmoniyasının böyük
səhnəsində Mendelsonun fortepiano ilə konsertinin birinci
hissəsini məharətlə ifa edərək
Azərbaycanın görkəmli dirijoru və
bəstəkarı Niyazini valeh etmişdi.
Vaqif Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil
olduqdan bir il sonra 1958-ci ildə Azərbaycan Dövlət Radio
Verilişləri Komitəsində solist kimi əmək
fəaliyyətinə başlayır. 1964-cü ildə o,
Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasına daxil olur və 1965-ci ildə
Tbilisiyə köçür. Onu "Orero"
ansamblına musiqi rəhbəri vəzifəsinə
dəvət etmişdilər. Tbilisidə
V.Mustafazadə peşəkar musiqinin qiymətini bilən
istedadlı musiqiçi Tomaz Kuraşvili ilə
dostlaşır və onunla əməkdaşlıq edir. Onlar birlikdə yeni layihələr yaradır, caz
festivallarında və konsertlərdə
müvəffəqiyyətlə çıxış
edirlər. Belə festivallardan biri də
Tallində keçirilən Ümümdünya Caz Musiqisi
Festivalı oldu. Bu festivalda V.Mustafazadə
bir neçə kompozisiyanı böyük
məharətlə ifa edərək
tamaşaçıların və festival
iştirakçılarının hərarətli
alqışları ilə qarşılanır.
1968-ci ildə
Azərbaycanın musiqi aləmində yüksək nüfuza
malik olan məşhur bəstəkar, Azərbaycanın
mədəniyyət naziri Rauf Hacıyevin təkidi ilə Vaqif
Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı,
İçərişəhərin dar küçələri,
burada keçirdiyi uşaqlıq illərinin unudulmaz
xatirələri,
1971-ci ildən
1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna
başçılıq edir. 1977-ci ildən 1979-cu
ilə kimi "Muğam" instrumental qrupuna
başçılıq edir. Ansamblın
belə adlanması heç də təsadüfi deyildi. Vaqif caz və muğamın incə sintezini ilk
baxışda bir-birinə tam əks olan Şərq və
Qərb aləmlərini birləşdirən musiqini
çoxsaylı sənətsevərlərin yaddaşında
əbədi həkk etdi. Kollektivdə
işləyən peşəkar musiqiçilər ondan
çox şey öyrənmişdilər. Bu,
sözün həqiqi mənasında, yüksək musiqi
məktəbi və öz üzərində daimi iş
illəri idi. V.Mustafazadənin ifasını
başqa musiqiçilərdən fərqləndirən
yalnız ona məxsus olan fenomenal yaddaş, parlaq ifa tərzi,
zərif və incə ifa üslubu idi. O, vaxtını
və gücünü əsirgəmədən
işləyir, mübaliğəsiz demək olar ki, bu
işə ürəyini və canını sərf edirdi.
1978-ci ildə
Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında
"Əzizəni gözləyirəm" musiqisinə
görə birinci mükafatı almışdır. 1979-cu ildə
Azərbaycanın əməkdar incəsənət xadimi adına, 1982-ci ildə isə
ölümündən sonra Azərbaycan Dövlət Mükafatına
layiq görülmüşdür. O, fortepiano konsertlərinin,
"Muğam" simfoniyası və başqa fortepiano
şedevrlərinin müəllifidir.
Lakin
bütün bunlar Vaqifin öz övladlarından - iki
qızından ötrü həqiqi sənət
adamının nümunəsi və etalonu olmasına, onlara
gözəl tərbiyə və əla musiqi savadı
verməsinə mane olmadı. Gürcüstanda
keçirilən "
Təəssüf
ki, Vaqif dünya caz səhnəsində çıxış
edib öz məharətini göstərə bilmədi. Dövrün
sərt qanunları çoxlu maneçilik və
çətinliklər törədirdi. Yalnız bir
dəfə, 1979-cu ildə Vaqifin Monakoda keçirilən
Ümumdünya Caz Musiqi Müsabiqəsinə göndərdiyi
"Əzizəni gözləyərkən" adlı
kompozisiya, müəllifinin bütün dünya
musiqiçiləri ilə rəqabət apara biləcəyini
sübut etdi. Vaqif kompozisiyasının müsabiqədə
birinci yer tutması, özünün isə dünya
miqyaslı musiqiçilər arasında ən yaxşı
ifaçı adına layiq
görülməsi xəbərini alanda, bəlkə də
ömrünün ən həyəcanlı və
xoşbəxt anlarını yaşadı. Müsabiqədə
qalib gəldiyinə görə ona hədiyyə kimi, sülh
və həyat eşqinin rəmzi, sırf musiqi rəmzi olan
"Ağ royal" verilmişdi. Vaqif
Mustafazadənin musiqisi bax, belə musiqi idi.
Azərbaycanda sosializm
siyasətinin və sərt qaydaların hökm
sürdüyü, heç də asan olmayan o illərə bu
günümüzün prizmasından baxanda başa
düşürük ki, Vaqif Mustafazadə kimi qeyri-adi,
heç kəsə bənzəməyən pianoçu və
bəstəkar üçün o dövrdə yaşamaq
və işləmək heç də asan deyilmiş. Vaqif şəxsiyyətinin ətrafında həmişə
çoxlu mübahisə və polemikalar olub, onun
sağlığında da, ölümündən sonra da.
O, cəmiyyətin yaratdığı stereotiplərə tabe
olmurdu. Onun əsər və improvizasiyaları
bu gün həm peşəkar caz musiqiçiləri, həm
də onun işini davam etdirməyə cəhd
göstərən gənclər tərəfindən
diqqətlə təhlil və müzakirə edilir. Vaqif Mustafazadə öz zəmanəsinin
inqilabçısı və görkəmli
şəxsiyyət idi. Gerçəkliyi
qəbul etmək istəməyənlər daha
canfəşanlıqla onun əleyhinə təbliğat
aparsalar da, o, sənətdə bir etalon oldu. Vaqifin yaradıcılığını milli
musiqimizə, muğama xəyanət kimi
qiymətləndirənlər bununla da
kifayətlənmirlər. Vaqifin televiziyada
solo-konsert vermək cəhdi dəfələrlə boşa
çıxır. Vaqif bu
ədalətsizliyin, haqsızlığın
fövqündə dayansa da, gündən-günə
gərilən əsəblər özünü büruzə
verir.
1979-cu il
dekabrın 15-də Vaqif "Muğam" qrupu ilə
birlikdə Daşkənd şəhərində növbəti
qastrollarda idi. Konsertin birinci hissəsi zamanı hiss etdi ki,
barmaqları sözünə baxmır, nəfəsi
təngiyir. Həkimlər konsertin davam
etdirilməsini məsləhət görmədilər, lakin
Vaqif öz fikrindən dönmədi və ikinci hissədə
çox gözəl ifa edib, çıxışını
sona çatdırdı. Bu, Vaqif
Mustafazadənin həyat eşqi və enerjisi ilə dolu
insanın, Azərbaycan caz musiqisinin əfsanəsi olan
musiqiçinin son konserti oldu. Vaqifin
ölümü onun bütün yaxın adamları
üçün, onu sevənlərin hər biri
üçün çox gözlənilməz idi. Çünki hələ lap cavan olan, otuz doqquz
yaşlı Vaqifi irəlidə bütöv bir həyat və
saysız-hesabsız əsərlər gözləyirdi. Lakin müdriklər demişkən, "ölüm
ən yaxşıları seçir" və taleyin
qismətindən qaçmaq mümkün olmadığı
kimi, bizə yaxın, lakin bizi tərk edib getmiş insanı
qaytarmaq da mümkün deyil.
ZÜMRÜD
Səs.- 2010.- 16 mart.- S. 12.