Azərbaycan yüksələn inkişaf yolundadır

 

Tahir Rzayev: "Nazirlər Kabinetinin 2009-cu il fəaliyyəti uğurlu olub"

 

Dünən Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il fəaliyyəti ilə bağlı hesabatı keçirildi. Deputatlar hökumətin fəaliyyətini yüksək qiymətləndirdilər. Millət vəkili Tahir Rzayev "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, əvvəlki illərdə olduğu kimi, hökumətin builki hesabatını da uğurlu hesab etmək olar:

"Bildiyiniz kimi, hər il hökumət Milli Məclis qarşısında hesabat verir. Hər il uğurlu nəticələr bu hesabatda özünü göstərir. Qeyd edim ki, 2009-cu ilin hesabatı da millət vəkilləri tərəfindən yüksək qiymətləndirildi. Sözsüz ki, bu uğurlar ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirməsinin nəticəsində əldə olunur. Əlbəttə ki, hesabatda çox böyük nəticələr öz əksini tapıbdır. İlk növbədə, dünyanı bürüyən iqtisadi böhranın Azərbaycandan yan keçməsidir. Ölkə Prezidenti İlham Əliyev bu günlərdə keçirilən konfransda da bildirdi ki, ölkəmizin gücləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların Azərbaycanda tətbiqi, Azərbaycanın bütün sahələrində müasirləş meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, bütün infrastruktur, sənaye sosial infrastruktur layihələrinin icra edilməsindən ibarətdir. Son illər əldə edilən iqtisadi nailiyyətlər onu göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət düzgündür. Bunu beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Həmin qurumlar bu uğurları Azərbaycanda aparılan islahatlarda görür qiymətləndirir. Belə ki, 2008-ci ildə Azərbaycan "Doing Business" Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Həmçinin, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdə dayanır. Azərbaycan bütün MDB məkanında birincidir. "T.Rzayev onu da qeyd etdi ki, uğurlu iqtisadi siyasətin nəticəsidir ki, həyatımızın bütün sahələrində - istər sosial rifah durumunda, istərsə insanların məişətindəki problemlərin həll edilməsi istiqamətində irəliləyişlər əldə olunmaqdadır. Bu gün Azərbaycan yüksək inkişaf yolundadır. Bunu hesabatdakı rəqəmlər təsdiqləyir. Əgər hesabata diqqət yetirsək, dediklərimizin şahidi olarıq. Xüsusilə, hesabatda da qeyd olundu ki, dünya miqyasında Azərbaycan informasiya-texnologiyaları sahəsində çox yüksək nailiyyətlərə nail olub. Bu isə, bizim intellekt səviyyəmizin inkişaf etdirilməsi deməkdir.

Həmçinin, hesabatda qaçqın köçkünlərimizə, müharibə veteranlarına, əlillərə göstərilən diqqətin şahidi olduq. Ümumiyyətlə, bu hesabatda əldə olunan yüksək nailiyyətlər təsdiqlənir. Ancaq onu da vurğulamaq istərdim ki, ölkədə yaranan ictimai-siyasi sabitlik hökumətin urlu fəaliyyətinin əsas faktorudur. Çünki bütün uğurlar, nailiyyətlər ictimai-siyasi sabitlikdən asılıdır. Bu gün Azərbaycanda bu mühit var, vətənədaş həmrəyliyi bərqərar olunub. Ən vacib məsələ isə, işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Çünki hökumətin fəaliyyəti bu problemin aradan qaldırılmasının yaxın vaxtlarda reallaşacağına əsas verir.   

Milli Məclisin iclaslarında irəli sürəcəyi təklifin ilk öncə "Səs" qəzetinə açıqlamaq istədiyini bildirdi: "Bu gün 120 mindən çox əhalisi olan 30 min nəfərdən çox köçkün məcburi söydaşlarımızın məskunlaşdığı Ağcabədi rayonunda müasir tipli xəstəxananın olmasını istərdim. Həmçinin, yaxşı olardı ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq üzümçülük sahələrinin genişləndirilməsinə daha çox diqqət yetirilsin. Eyni zamanda, kəndarası yolların çəkilməsi, regionlarda işıq, su, qaz problemlərinin həlli istiqamətində işlərin görülməsi daha da sürətləndirilsin. Bildirmək istərdim ki, yuxarıda vurğuladığım faktlar hökumətin növbəti hesabatında öz əksin tapsın. Ümumilikdə isə, hökumətin 2009-cu ildəki fəaliyyətini yüksək dəyərləndirirəm".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 17 mart.- S. 8.