"Xeyrati-hesan"
("Gözəllər sərvəti")
əsəri nəşr
edilib
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutu
tərəfindən XIX əsrdə
yaşamış Qacarlar
dövlətinin görkəmli
tarixçi-coğrafiyaşünas alimi Marağalı Məhəmmədhəsən xan
Etimaddüssəltənənin fars dilində yazılmış üçcildlik
"Xeyrati-hesan" ("Gözəllər
sərvəti") əsəri
nəşr edilib.
"Nurlan" nəşriyyatında
işıq üzü
görən kitabda ictimi-siyasi və mədəni həyatda müəyyən mövqe
tutmuş məşhur
Şərq qadınından
bəhs olunur. Müasir oxucuya təqdim olunan kitabda 177 türk-azərbaycanlı
qadını, Şərqin
görkəmli dövlət
xadimi, alim, şair qadınları haqqında məlumat verilir. Həmin sırada azərbaycanlı
xanımlardan Məshəti
Gəncəvi, Ağabəyim
Ağa, Gövhər Ağa və başqaları barədə
də söz açılıb. Kitabda fars dilində yazmış şairə qadınların şeirlərinin
həm transfonoliterasiyası,
həm də Azərbaycan dilindən tərcüməsi verilmişdir.
Kitabı fars dilindən tərcümə
edən, həmçinin,
ön söz və qeydlərin müəllifi tarix elmləri namizədi Tahirə Həsənzadə,
elmi redaktoru isə akademik Nailə Vəlixanlıdır.
Zümrüd
Səs.- 2010.- 17 mart.- S. 12.