XX əsr tarixinin ən faciəli
və dəhşətli səhifəsi
31 mart
Azərbaycanlılarırın Soyqırım
Günüdür
1998-ci
ildən 31 mart Azərbaycan Respublikasında dövlət
səviyyəsində Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırımı
Azərbaycan xalqı və dövlətçiliyinin
tarixində baş verən faciəli hadisələrə
münasibətdə milli yaddaşın
təzahürüdür. Azərbaycanlıların
kütləvi surətdə qırğını, repressiyalara
məruz qalması, doğma yurdlarından sürgün
edilməsi və didərgin salınması XX əsr tarixinin
ən faciəli və dəhşətli
səhifələrindəndir.
Son iki əsrdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə
həyata keçirilən etnik təmizləmə və
soyqırımı siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə və
məşəqqətlərə məruz qaldı.
Mərhələ-mərhələ gücləndirilən
belə qeyri-insani siyasət
nəticəsində azərbaycanlılar indi Ermənistan
adlandırılan ərazidən min illər boyu
yaşadıqları tarixi etnik torpaqlarından didərgin
salınaraq kütləvi qətl və qırğınlara
məruz qaldı, xalqımıza məxsus minlərlə
tarixi mədəni abidə və yaşayış məskəni
dağıdılıb viran edildi.
XX əsrin əvvəllərində ermənilər
təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı
quberniyasının Bakı, Şamaxı Quba
şəhəri, Göyçay qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda da
vaxtaşırı xalqımıza qarşı
qırğınlar, talanlar, yanğınlar, terror və
digər zorakılıq aktları həyata
keçirdilər. Erməni faşistləri bu
ərazilərdə on minlərlə dinc azərbaycanlı
əhalini - qadını, uşağı, qocanı yalnız
milli mənsubiyyətlərinə görə
vəhşicəsinə qətlə yetirərək, yaşayış
yerlərini talan etdi, yandırıb viran qoydu. Eyni zamanda,
xalqımızın milli mədəniyyət abidələri,
məscidləri ermənilər tərəfindən
dağıdılaraq məhv edildi.
Tarixin
hələ tam açılmamış
səhifələrindən biri olan 31 mart soyqırımı
hadisəsi xalqımıza qarşı törədilmiş
növbəti kütləvi qətl kimi
qiymətləndirilməlidir. Tarixi faktlar
təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə
həyata keçirilən bu soyqırımı siyasəti
nəticəsində soydaşlarımız qədim
Azərbaycan torpağı olan, indi Ermənistan
adlandırılan öz doğma torpaqlarından didərgin
salınıblar.
1918-ci ildə Bakıda və Azərbaycanın
digər bölgələrində ermənilərin
törətdikləri qırğınlardan 92 il
ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın
qan yaddaşında əbədi iz buraxıbdır.
Ötən əsrin əvvəllərindən başlayaraq
ermənilərin azərbaycanlılara qarşı
həyata keçirdikləri aramsız soyqırımı
və deportasiya siyasəti 1918-1920-ci illərdə
xüsusən genişləndirilərək, Azərbaycan
xalqının yer üzündən tam silmək kimi iyrənc
niyyətlərinin bütün çılpaqlığı
ilə üzə çıxarmasına yönəldilibdir.
Həmin illərdə ermənilərin
Azərbaycanda törətdikləri milli qırğın
haqqında bizə çatan tarixi sənədlərdəki
faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur
qəzasında, Qarabağda, İrəvan quberniyasında
və ölkənin digər ərazilərində azərbaycanlıların
amansızlıqla qətlə yetirildiyini,
şəhər və kəndləri talan edilərək
dağıdıldığını sübut edir.
Azərbaycanın ayrı-ayrı
bölgələrində olduğu kimi, Bakıda da həmin
illərdə azərbaycanlıların soyqırımı
həyata keçirilmiş və şəhər erməni
silahlı dəstələri tərəfindən
dağıdılmışdır. 1918-ci ilin mart ayının
son üç günündə təkcə Bakıda
otuz mindən çox əhalini erməni vəhşiləri
xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart
qırğınları haqqında müstəqil tədqiqatçı
Kulqe yazır: "Ermənilər
müsəlman əhalisini işgəncələrlə
öldürür, şəmşirlərlə
parçalayır, süngü ilə dəlik-deşik edir,
körpə uşaqları süngüyə keçirir,
cəsədlərin burun, qulaq və başlarını
kəsir, evlərə od vurub, sakinlər qarışıq
yandırır, qadınları soyundurur və
saçlarını bir-birinə bağlayaraq tüfəngin
qundağı ilə ölüncəyə qədər
döyürdülər". Kulqe ermənilər
tərəfindən üzü divara çevrilərək
itlərə gəmirdilən azərbaycanlıların
şəkillərini də çəkmişdir. Bu faktlar
erməni daşnak qaniçənlərinin
azərbaycanlılara qarşı törətdikləri
vəhşiliklərin kiçik bir hissəsidir və ancaq
1918-ci ilin mart ayının son üç günündə
törədilən Bakı qırğınını əks
etdirir.
1918-ci ildə erməni bandaları insanlara
qarşı vəhşi amansızlıq etdikləri kimi,
mədəniyyət abidələrini və tarixi
abidələri də vəhşicəsinə dağıdır,
məscidləri yandırır, memarlıq incisi sayılan
binaları yerlə-yeksan edirdilər. Mart
qırğını haqqında olan mənbələrdə
göstərilir ki, ermənilər bir çox qədim
binaları, o cümlədən, Cümə məscidini,
İsmailiyyə binasını top atəşinə tutaraq
dağıtmışlar. Həmin dövrü əhatə
edən, 1918-ci ildə Bakının
dağıdılmasını əks etdirən tarixi
fotoşəkillər də tarixçilərin
yazdıqlarını əyani şəkildə
təsdiqləyir.
Ötən əsrdə dörd dəfə -
1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə
ermənilərin azərbaycanlılara qarşı
törətdikləri soyqırımı və deportasiya
siyasəti bu gün özünü Dağlıq Qarabağla
bağlı məlum hadisələrdə büruzə verir,
həm də onu göstərir ki, ermənilərin
xalqımıza olan tarixi münasibəti dəyişməyib.
Ancaq Azərbaycanın beynəlxalq aləmdə
möhkəmlənən mövqeyi və real beynəlxalq
vəziyyət ötən əsrdən tamamilə fərqli
olduğuna görə, yəqin ki, Ermənistan-Azərbaycan
münaqişəsinin ədalətli həlli, erməni
işğalçılarının torpaqlarımızdan
çıxrılması, daşnak ideyalarının
davamçılarının yerində oturulması
mümkün olacaqdır.
1918-ci ilin
mart soyqırımı zamanı Bakı
şəhərində 11 min nəfərədək
türk-müsəlman öldürülmüşdür.
Onların çoxunun meyitləri tapılmamışdır.
Çünki şahidlərin dediklərinə görə,
ermənilər meyitləri od-alova bürünmüş
evlərə, dənizə və quyulara atırdılar ki,
cinayətin izini itirsinlər.
Bakının
şəhər camaatından 400 milyon manatlıq
daş-qaş və əmlak müsadirə olunmuşdu.
Xalqın bir çox ziyarətgahları və tarixi
abidələri dağıdılıb yerlə-yeksan
edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi
zədələnmişdi. Daşnaklar Bakıda dünya
memarlığının incilərindən sayılan
"İsmailiyyə" binasına od vurub
yandırmışdılar. Bakıda baş vermiş
faciəli hadisələr şəhərə olduqca
böyük ziyan vurmuşdu.
Qədim Azərbaycan şəhəri Şamaxı
da dəhşətli talan və vəhşiliklərə
məruz qalmışdı. Şamaxı şəhəri
və Şamaxı qəzası üzrə ermənilərin
törətdikləri vəhşiliklər haqqında 7 cild,
925 vərəqdən ibarət materiallar toplanıb.
Şamaxının müsəlmanlar yaşayan
hissəsinin hamısına od vurulmuşdu, 13
məhəllə məscidi və məşhur
müqəddəs ocaq Cümə məscidi
yandırılmışdı. Erməni quldurları minlərlə
dinc adamı qətlə yetirmişdir. Şamaxı
qəzasının 53 kəndində ermənilər 8077
azərbaycanlını qətlə yetirmişdilər.
Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın
və 1277 nəfəri uşaqlar olmuşdur. Bu
kəndlərə dəyən ümumi maddi zərər o
dövrün qiymətləri ilə 339,8 milyon manat
olmuşdur.
Əvvəlcədən
qurulmuş plana görə daşnak-bolşevik qoşunu
Şamaxını işğal etdikdən sonra Quba
qəzasına daxil olmalı idi. S.Şaumyan Cənubi Qafqazda
böyük Ermənistan dövləti yaratmaq
üçün bütün imkanlardan istifadə edirdi ki,
təki Azərbaycan deyilən dövlət yaranmasın.
Ermənilər
bolşeviklərin köməyi ilə Quba qəzasında
üç dəfə qırğın
törətmişlər. Qubaya hücum edənlər
içərisində özünü bolşevik kimi
qələmə verən və 2 min əsgərə
başçılıq edən David Kelovandilidən başqa,
bolşevik Stiqua da olmuşdu. Onun dəstəsində min
əsgər olub.
Ermənilərin
vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5
ayı ərzində üst-üstə 16 mindən çox
insan məhv edilmişdir. Ayrı-ayrı
mənbələrə və şahidlərin
dediklərinə əsasən, qırğın zamanı 12
minədək ləzgi, 4 mindən çox azəri
türkü öldürülmüşdü. 1918-ci ilin
qırğınları zamanı daşnak-bolşevik
birləşmələri Quba qəzasında 162 kəndi
dağıtmışdılar ki, bunlardan 35-i hazırda
mövcud deyildir.
Daşnak-bolşevik
birləşmələri, nəinki Quba qəzasında,
hətta Cənubi Dağıstanda, Bakıdan
Dərbəndə kimi böyük bir ərazidə
müsəlmanların soyqırımını həyata
keçirmək niyyətində idilər.
Azərbaycanın
tarixindən məlumdur ki,1918-ci ilin yazından başlayaraq,
Ermənistanda (Qərbi Azərbaycan) yaşayan
azərbaycanlılar da erməni bolşevik dəstələri
tərəfindən soyqırıma məruz qaldılar. Erməni
cəlladları "böyük Ermənistan" yaratmaq
üçün, ilk növbədə, Qərbi
Azərbaycandakı müsəlman əhalisini buradan
çıxarmağa və bu məkrli planın
reallaşmasına çalışırdılar.
Təkcə aprelin sonunda bu ərazidə
dağıdılmış müsəlman kəndlərinin
sayı 199-a çatırdı.
1918-ci ilin yazında Bakı şəhərində
və Azərbaycan qəzalarında daşnak-bolşevik
birləşmələrinin türk müsəlman
əhalisinə qarşı törətdikləri
vəhşiliklər istər hüquqi baxımdan,
istərsə də siyası cəhətdən
soyqırımı kimi qiymətləndirilməlidir.Azərbaycan
xalqına qarşı törədilmiş
bütün soyqırımı faciələrini qeyd etmək
məqsədilə mərhum prezident Heydər Əliyevin 27 mart
1998-ci il "31 mart Azərbaycanlıların
Soyqırımı haqqında" fərmanı ilə 31 mart
Azərbaycanlıların Soyqırım Günü elan edildi.
Fərmanda deyilir: "Azərbaycan xalqına qarşı
törədilmiş bütün soyqırımı
faciələrini qeyd etmək məqsədilə qərara
alıram: 1. 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilsin.
2.
Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə olunsun ki, azərbaycanlıların
soyqırımı ilə bağlı hadisələrə
həsr olunmuş xüsusi sessiyanın keçirilməsi
məsələsinə baxılsın."
"Xalqımıza
qarşı 1918-ci ildə törədilən mart
soyqırımı kimi faciəli bir tariximizin sovet
tarixşünaslığında
saxtalaşdırılması və ört-basdır
edilməsini təkcə tarixi bir anın unudulması kimi
qəbul etmək olmaz. Mart hadisələrinin
saxtalaşdırılması xalqımıza qarşı
tarixən düşmən münasibət bəsləyən
erməni xislətinin gizlədilməsi oldu. Bu isə
özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı
səhifələrin açılmasına gətirib çıxarmışdır.
1998-ci
ildən bəri respublikamızda 31 mart hər il
Azərbaycanlıların Soyqırımı Günü kimi
dövlət səviyyəsində qeyd edilir. Bu
hadisələri, onların ibrət dərslərini
unutmağa haqqımız yoxdur."
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 30 mart.- S. 10.