Mart soyqırımı erməni vəhşiliyinin ən dəhşətlisidir

 

Qaradağ rayon sakinləri keçirilən tədbirdə bu fikri dönə-dönə vurğuladılar

 

Dünən Qaradağ rayon icra hakimiyyəti YAP Qaradağ rayon təşkilatının birgə keçirdiyi tədbirdə 1918-ci ilin martında Bakıda Azərbaycanın qəzalarında xalqımıza qarşı törədilmiş amansız qırğınlar bu vəhşilikləri törədənlərə havadarlıq edən qüvvələrin əsil simasının bir daha geniş ictimaiyyətə çatıdırılması ilə bağlı fikirlər söylənildi. Tədbir iştirakçıları, ilk öncə, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri Aydın Hüseynov 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı erməni qaniçənləri tərəfindən törədilən soyqırımı aktında həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirdi. Qeyd etdi ki, 200 il öncə əzəli əbədi Azərbaycan torpaqlarına köçürülmüş mənfur ermənilər hər cür iyrənc əməllərə əl atıblar.

A.Hüseynov əsrin əvvələrindən başlayaraq erməni daşnakları tərəfindən Azərbaycan türklərinə qarşı amansız siyasət yürüdərək, öz iddialarını gerçəkləşdirmək niyyətində olduqlarını bildirdi. Vurğuladı ki, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmış ermənilər sonradan özlərinə "böyük Ermənistan" yaratmaq istəyi ilə xalqımıza qarşı xüsusi amansızlıqlar etmişlər. "Lakin sonradan Azərbaycan milli hökumətinin yaradılması bundan sonra baş verən proseslərdə 1918-ci ilin mart hadisələri bir qədər başqa cür təsəvvür edilmişdir. Eyni zamanda, onu da qeyd edim ki, məhz mart hadisələri zamanı Bakıda ölkəmizin ayrı-ayrı qəzalarında törədilmiş qırğınlar daşnaklar onlara havadarlıq edən qüvvələr tərəfindən etnik toqquşma kimi qələmə verilmişdir. Onlar iddia edirdilər ki, guya həmin vaxt Bakıda bölgələrdə başlanan etnik toqquşmada az sayda insan xəsarət alıb. Əslində isə, bu, xalqımıza qarşı növbəti saxtakarlığın, tariximizin dəyişdirilməsi məhv edilməsi idi. Çox şükürlər olsun ki, sonradan ulu öndər Heydər Əliyev azərbaycanlıların mart soyqırımı barəsində 26 mart  1998-ci ildə verdiyi sərəncamla bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmışdır. Çünki tarixi faktlar dəlillər sübut edir ki, həmin vaxt xalqımız azğınlaşmış erməni daşnaklarının qurbanı olmuşdur. Bu yaxınlarda Qubada aşkar olunmuş kütləvi məzarlıq burada insanların hansı vəhşiliklə öldürüldüyünü sübut edən ən tutarlı faktdır"-deyən A.Hüseynov bildirdi ki, ölkə başçısı İlham Əliyev tərəfindən  xalqımızın tarixi həqiqətlərinə və başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin xalqımızın bütövlüyü daima etibarlı əllərdədir.

YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Əlizamin Məmmədov 1918-ci il hadisələrini bu tarixdən öncə xalqımızın başına gətirilən müsibətlərin gənclər tərəfindən həmişə nifrətlə qarşılandığını bildirdi: "Bu tarixi faktlar həmişə araşdırılmalı unudulmamalıdır. Belə ki, 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə analoji olaraq davamlı şəkildə Qafqazda azərbaycanlılara qarşı erməni daşnkaları onların havadarları tərəfindən amansız divanlar tutulmuşdur".

Ə.Məmmədov 31 Mart Soyqırımının dünyada miqyası bərabəri olmadığını qeyd etdi. O, söylədi ki, 1918-ci il mart hadisələri vaxtı nəinki təkcə Bakıda, Qubada, Hacıqabulda, Şamaxıda, Neftçalada, hətta ölkəmizin ayrı-ayrı bölgələrində azərbaycanlılara qarşı törədilən qətliamlarda 50 minə qədər dinc soydaşımızın müxtəlif işgəncələrə məruz qalaraq öldürüldüyünü bildirdi. Qeyd etdi ki, tarixin bütün mərhələlərində bədnam qonşularımız öz çirkin niyyətlərinə nail olmaq üçün Azərbaycan türklərinin ata-baba yurdlarından qovulmasına yaxud onların bir xalq kimi məhvinə çalışmışlar. Cənubi Qafqazda bir qarış torpaqları olmayan, sonradan buraya köçürülməsi xalqımıza qarşı soyqırımı deportasiya siyasətinin əsasının qoyulduğunu bildirən Ə.Məmmədov erməni qaniçənləri tərəfindən 1918-ci illərdə azərbaycanlılara qarşı göstərilmiş müsibətlərin analoqu olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Qaradağ rayon icra hakimiyyətinin birinci müavini Zemfira Şıxaliyeva dəyirmi masada çıxış edərək, iki əsr ərzində dünyanın ən sülhsevər xalqına qarşı ermənilər tərəfindən sayı məlum olmayan deportasiyalar nəticəsində xalqımızın 2,5 mln nəfər itki verdiyini söylədi: "Tarixin müxtəlif dövrlərində bədnam qonşularımız olan erməni daşnakları xalqımıza qarşı amansız soyqırımı siyasəti həyata keçirmişlər. XIX  əsrin əvvələrindən başlayaraq, azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirən qaniçən ermənilər, 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1947-1953-cü illərdə, nəhayət, 1988-ci ildən başlanan məlum Dağlıq Qarabağ münaqişəsi 1992-ci il fevralın 26-da tarixdə misli görünməmiş bir tarixi cinayət olan Xocalı soyqırımının törədilməsi bir daha sübut etdi ki, xalqımız həmişə soyqırım siyasətinin qurbanı olub. 1918-ci ilin mart ayının 31-də erməni-daşnak birliyinin azərbaycanlıların müstəqillik arzusunu qırmaq bir millət olaraq məhv etmək üçün xalqımıza qarşı növbəti tarixi cinayət törətdilər. Amma sonradan milli hökumətin qurulması bunun davamı kimi Rusiya imperiyasının Azərbaycanı işğal etməsi bu cür məsələlərin bir qədər kənara atılmasını zəruri saydı. Nəhayət, 70 il əsarətdən sonra öz milli müstəqil dövlətini yenidən bərqərar edən xalqımız tarixin bir sıra acı məqamlarına yenidən nəzər salmalı olub".

Z.Şıxaliyeva onu da bildirdi ki, ümumilikdə, mart hadisələrindən sonradan Qubada, Göyçayda digər bölgələrdə ermənilərin apardığı soyqırımları da, ümumilikdə, hesablasaq, 50 minə qədər Azərbaycan türkü ermənilər tərəfindən 1918-ci ildə qətlə yetirilib: "Bu gün 31 mart soyqırımı ilə bağlı biz dünya ictimaiyyətinə geniş informasiyalar verməliyik. Bu soyqırımı törətmiş erməniləri sonradan Xocalı soyqırımlarını törətdiklərini bu soyqırımların bir-biri ilə üzvü şəkildə əlaqəsi olduğunu dörd mərhələdən ibarət olan XX əsrdə ermənilərin törətdikləri bu soyqırımları dünya ictimaiyyətinə çatdırmalıyıq. Çünki soyqırımı təkcə insanların fiziki cəhətdən qətlə yetirilməsi ilə bağlı olan bir anlayış deyil. Soyqırımı həm insanların öz siyasi baxışlarına, milli mənsubiyyətinə görə qətlə yetirilməsidir".

Tədbirdə şəhid anası Pakizə Abbasova, Qaradağ rayonunda məskunlaşmış Xocalı sakini Fəridə Cabbarova, Laçın sakini İbrahim Məmmədov başqaları 1918-ci ildə xalqımızın başına gətirilən müsibətlərlə bağlı fikirlərini bildirdilər. Qeyd etdilər ki, ermənilər azərbaycanlılara qarşı həmişə soyqırımı siyasəti yürüdüblər. 31 mart soyqırımı da xalqımıza qarşı erməni vəhşiliyinin bariz nümunəsidir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 31 mart.- S. 7.