31 Mart Azərbaycanlıların Soyqırımı
Gününə həsr
olunmuş sərgi
Sərgidə erməni daşnaklarının dinc
azərbaycanlı-türk əhalisinə divan tutması
ifadə olunmuşdu
1918-ci ilin mart ayının
31-i Azərbaycan
xalqının tarixinə
növbəti qanlı
hadisələrdən biri kimi daxil olmuşdur. Bu tarix hamımıza
yaxşı məlumdur.
Zaman-zaman xalqımızın
başına gətirilən
bəlalar, şübhəsiz
ki, bizim istedadlı insanlarımızı
da daim təsirləndirir
və onların yaradıcılığında dərin iz buraxır. Bu tarix Azərbaycan rəssamlarının əsərlərində
də yaşanır. Dünən mədəniyyət
və turizm nazirliyinin təşkilatçılığı
ilə Muzey Mərkəzində 31 Mart
Azərbaycanlıların Soyqırımı
Gününə həsr
olunmuş sərgidə
bu öz əksini tapmışdır.
Yaradıcı şəxs
olaraq rəssamlarımızın
əsas mübarizə
vasitəsi sənəti,
qələmi və fırçaları olduğundan
Azərbaycanın soyqırımını
hər kəs öz prizmasından, reallıqlara əsaslanıb
təqdim etmişdir. Həmin ağır günlərdə
erməni daşnak ordusu və bolşeviklərin silahlı
cəza dəstələrinin
Bakıda və ölkənin digər bölgələrində dinc
azərbaycanlı-türk əhalisinə
divan tutmasın, xalqımıza qarşı
əsil soyqırımı
törətməsi rəssamların
yaradıcılığında
dolğun boyalarla ifadə olunmuşdur.
Qeyd edək ki, Azərbaycan
tarixində yaşanılan
tarixi hadisələri
nəzərə alaraq,
bu ilin yanvar
ayında mədəniyyət
və turizm nazirliyi tərəfindən
ilk dəfə xüsusi elan verilmiş, Azərbaycan rəssamlarının 20 Yanvar
faciəsi, Xocalı genosidi və 31 Mart Azərbaycanlıların
Soyqırımı Gününə
həsr olunmuş əsərləri toplanmışdır.
Muzey Mərkəzində təşkil edilmiş ekspozisiyada 90-dan artıq rəssamın 100-dən çox
əsəri cəmlənmişdir.
Həmin
əsərlərin ümumi
ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük
təşkil etsə də xalqımızın
və ölkəmizin
işıqlı sabahına
ümid və inam hissi açıq
ifadə olunur. 31 Mart Azərbaycanlıların
Soyqırımı Gününə
həsr edilmiş sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsi, xalqımızın
başına gətirilən
ümummilli bəlaların
Azərbaycan rəssamlarının
yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən,
günahsız qurbanların
əziz xatirəsinin
anılmasından ibarətdir.
Zümrüd
Səs.- 2010.- 31 mart.- S. 12.