"Qan yaddaşımız"

 

Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə YAP Qaradağ rayon təşkilatının gənclər birliyi soyqırımla bağlı buklet hazırlayıb

 

31 Mart  Azərbaycanlıların Soyqırımı Günü YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin fəallarının hazırladığı Azərbaycanlıların  tarixən məruz qaldığı   erməni vəhşiliyini özündə əks etdirən  "Qan yaddaşımız" adlı 500 dən artıq buklet çap olunub. Bu bukletlər Qaradağ rayon icra hakimiyyətinin Sahil qəsəbəsində təşkil etdiyi ictimaiyyətin bütün təbəqələrinin iştirak etdiyi  31 mart  azərbaycanlıların soyqırımı qurbanlarının anma mərasimində digər insanların sıx olduğu yerlərdə paylanılıb.

YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Əlizamin Məmmədov keçirilən tədbirlə bağlı "Səs" qəzetinə açıqladı: "1918-ci ildə ermənilər Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzası, Qarabağ, Zəngəzur, İrəvan Naxçıvanda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror digər zorakılıq aktları həyata keçiriblər. Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, ermənilər Bakıda da kütləvi qırğınlar törədiblər. 1918-ci il martın 28-də ermənilərin başladığı soyqırımı aktı üç gün davam edib. Bu üç gün ərzində təkcə Bakıda otuz mindən çox dinc əhali ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Daşnaklar həmin vaxt Bakıda azərbaycanlı əhalinin 400 milyon manatlıq daş-qaş əmlakına sahib çıxıb, bir çox ziyarətgahları tarixi abidələri dağıdıb, yerlə-yeksan ediblər. 1918-ci ilin yazında Bakı şəhərində Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər soyqırımı kimi qiymətləndirilir.

Ümummilli liderimiz Heydər Əliyevin 27 mart 1998-ci ildə imzaladığı "31 mart Azərbaycanlıların Soyqırımı haqqında" fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilir.

Bu soyqırımla bağlı biz gənclər belə bir bukletləri hazırlamaqda məqsədimiz xalqımızın başına gətirilən müsibətlərin gənclər tərəfindən daima nifrətlə qarşılandığını bildirməklə yanaşı, tarixi düşmənimiz olan ermənilərin törətdikləri bu çirkin əməllərini ictimaiyyətin nəzərinə çatdırmaq gələcək nəsillərə ötürməkdir. Həmçinin, hər  sahədə olduğu kimi, gənclərin bu sahədə ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı siyasəti dəstəklədiyimizi bir daha  nümayiş etdirməkdir".

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2010.- 1 aprel.- S. 6.