31 Mart Azərbaycanlıların
Soyqırımından 92 il ötür
"Səs" qəzeti bu mövzuda dəyirmi masa
keçirib
(Əvvəli ötən sayımızda)
"Səs"
qəzetinin ənənəvi olaraq cəmiyyətdə maraq
doğuran mövzular ətrafında keçirdiyi dəyirmi
masalar geniş oxucu kütləsi arasında maraqla izlənilməkdədir. Qəzetin
keçirdiyi budəfəki dəyirmi masa ermənilərin
tarixən azərbaycanlılara qarşı törətdiyi
soyqırımı siyasətinə həsr olunmuşdur.
Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi
Şurasının üzvü, millət vəkili Aydın
Mirzəzadə, Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı,
Vəhdət Partiyasının sədri Tahir Kərimli,
politoloq Qabil Hüseynli, Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutunun elmi işçisi Vaqif
Abışov, YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti Elman Nəsirov, politoloq
Cümşüd Nuriyev, YAP Siyasi Şurasının
üzvü, partiyanın Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov, Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa,
tarixçi alim Firudin Cümşüdlü, 12 saylı Kəlbəcər
orta məktəbinin direktoru Kamil Əsədov, 22 saylı Kəlbəcər
orta məktəbinin direktoru Əkbər Sarıyev, Kəlbəcər
rayon icra hakimiyyətinin nümayəndəsi Sabir Heydərov,
tarixçi Firudin Cəlilov iştirak edirdilər.
Dəyirmi
masanı giriş sözü ilə açan "Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev 31 mart azərbaycanlıların
soyqırımının bəşəriyyətə,
insanlığa qarşı törədilən erməni
vandalizmi aktı olduğunu söylədi. Bildirdi ki, bu qanlı ləkə-faciə
düşmənin üzündəki maskaların
düşdüyü və canilərin bütün
çılpaqlığı ilə ortaya
çıxdığı gündə baş verib: "Ermənilər
azərbaycanlılara qarşı müxtəlif
soyqırımı siyasəti həyata keçiriblər. Bu
cür vəhşilik aktlarından biri də 1918-ci il martın 18-də törədilib. Azərbaycanda
hər il 31 mart tarixi Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir. Bu
genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə
yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə
azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla
qətlə yetirilib. Ermənilərin Azərbaycana
qarşı uzun illər boyu apardığı ardıcıl
etnik təmizləmə, soyqırımı və təcavüzü
nəticəsində minlərlə insan elindən-obasından
didərgin düşüb. Soyqırımı
siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər
ərzində öz dövlətlərinə malik olmayan ermənilər
"böyük Ermənistan" dövlətini yaratmaq
üçün Rusiyanın imperiya siyasətindən alət
kimi istifadə ediblər. Bunun nəticəsi
olaraq Azərbaycanın XIX- XX əsrlərdə baş verən
bütün faciələri torpaqlarının zəbti ilə
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil
edib".
Baş redaktor
qeyd etdi ki, 1918-ci ilin mart-aprel aylarında qanlı hadisələr
zirvə nöqtəsinə çatıb. Həmin aylarda ermənilər
tərəfindən törədilən cinayətlər Azərbaycan
xalqının yaddaşında silinməz iz qoyub: "Təkcə
milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlı
məhv edilib. Ermənilər evləri
yandırıb, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarlıq abidələri,
məktəblər, xəstəxanalar, məscidlər və
digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı
xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba,
Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və
Azərbaycanın digər ərazilərində həyata
keçirilib. Bu torpaqlarda kütləvi
qaydada dinc əhali qırılıb, kəndlər
yandırılıb, milli mədəniyyət abidələri
məhv edilib. Ermənilərin
azərbaycanlılara qarşı törətdiyi bu
soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində
Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30
mindən çox soydaşımız qətlə yetirilib, 10
minlərlə insan öz torpaqlarından qovulub. Təkcə
Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla
öldürülüb, Şamaxıda 58 kənd
dağıdılıb, 7 min nəfər (1653 qadın, 965
uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın
dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan
quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə
yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl
qoymadan qətliam həyata keçirilib".
B.Quliyev onu da
bildirdi ki, 26 mart 1998-ci ildə "Azərbaycanlıların
soyqırımı haqqında" ulu öndərimiz Heydər
Əliyevin "31 Mart Azərbaycanlıların
Soyqırımı Günü" kimi qeyd olunması
üçün xüsusi fərmanı olmuşdur. 28 mart
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
"31 Mart Azərbaycanlıların Soyqırımı
Günü" münasibətilə Azərbaycan xalqına
müraciəti olmuşdur.
XARİCİ ÖLKƏLƏRİN ARXİVLƏRİNDƏ
AZƏRBAYCAN TARİXİNƏ AİD BÜTÜN ƏSƏRLƏR
ÖLKƏMİZƏ GƏTİRİLMƏLİDİR
Vaqif Abışov:
- 1919-cu ildə Yusif Vəzir
Çəmənzəminli yazırdı ki, həmin ildə
ermənilər qondarma soyqırımını tanıtmaq məqsədilə
900 əsər yazıblar. Gəlin görək,
buna qarşı bizim ortaya qoyacağımız neçə
tutarlı əsərimiz var. Dünya arxivlərində Azərbaycanla
bağlı bütün tarixi sənədlərin buraya gətirilməsi
üçün tədbirlər görülür.
Ötən il bununla bağlı 25 gün
işlədik və nəticədə ölkəmizə 20-ci
əsrin ilkin illərinə aid 8200 səhifədən
çox vəsait gətirdik. Bu baxımdan,
xarici ölkələrin arxivlərində olan tarixi sənədlərimiz
buraya gətirilməli və yenidən yazılmalıdır.
Həmin bu vəsaitlər hesabına sanballı
əsərlər yazmaq olar. Tarixən əsərlərimiz
ermənilər və ruslar tərəfindən
oğurlanıb, onların diktəsi ilə yazılıb.
AMEA-nın Tarix İnstitutunun Elmi
Şurasında məsələ qaldırıldı ki, Azərbaycan
tarixindən yazılan kitablara dövlət səviyyəsində
senzura qoyulsun. Elmi Şuranın qərarı
olmadan tariximizlə bağlı bir dənə belə olsun
kitab satılmasın. Bu təcrübə
bir çox xarici dövlətlərdə mövcuddur. Çünki tarixi kitabların yazılması
üçün rəyin olması mütləqdir. Hələ də gec deyil.
Firudin Cümşüdlü:
- Ermənilər
Şamaxıda, Qubada, Xaçmazda, Kürdəmirdə,
Neftçalada və Azərbaycanın digər bölgələrində
50 minə yaxın azərbaycanlını qətlə yetirdilər.
Hətta qulağı kəsilmiş Andranik
Naxçıvanda olarkən, Şərurda insanları
lüt-üryan vəziyyətdə bellərinə qaynar
somovar bağlayaraq qaçırdırdı. Əlbəttə, bu hadisələr xalqımıza
qarşı ağır cinayətdir. Azərbaycan
xalqı dəfələrlə erməni vəhşiliyinin
şahidi olub. 31 mart soyqırımı da
bu vəhşiliklərin pik nöqtəsi idi. Tariximizi gəncələrə olduğu kimi
çatdırmaq hər birimizin borcudur. Bu
istiqamətdə əl-ələ verib, əməli tədbirlər
həyata keçirməliyik.
DÜNYA BAŞA DÜŞMƏLİDİR Kİ, ERMƏNİLƏR
ƏN AZI 2,5 MİLYON ZƏRBAYCANLINI
QIRIBLAR
Qabil Hüseynli:
- Erməni ədəbiyyatında
azərbaycanlılara qarşı soyqırımı hadisəsinin
necə törədildiyi barəsində yazılanlara diqqət
yönəltmək istəyirəm. Ermənilər
iddia edirlər ki, onlar azərbaycanlılara qarşı
heç bir zaman soyqırımı siyasəti həyata
keçirməyiblər. Yalnız bu və
ya digər regional xarakterli qətliamlar baş verib. Bütün bunlar da iki səbəbdən irəli gəlib.
Birincisi, 1915-ci il guya osmanlıların ermənilərə
qarşı törətdiyi genosid siyasətinə cavab olaraq
bu hərəkətləri həyata keçiriblər. İkincisi, onlar milli dövlət yaratmaq səbəbindən
bu əməllərə əl atıblar. Yəni,
etnik təmizləmə siyasəti həyata keçiriblər,
tabe olmayanlara qarşı cəza tətbiq ediblər. Əslində, isə, hadisələr heç də
bu cür cərəyan etməyib. Ermənilərin
ilk dəfə silahlandırılması Şərqi Anadoluda
baş verib. Guya onlar bununla sosial-demokrat
ideyalarını yaymaq məqsədilə səfərə
çıxırlar. Amma sonradan Rusiya
imperatorunun xüsusi çağırışı ilə ermənilər
ayağa qalxır. Beləliklə, 1905-1907-ci illərdən
başlayaraq Şərqi Anadoluya, Qərbi və Cənubi Azərbaycana,
eləcə də, Şimali Azərbaycana qədər
böyük coğrafi məkanda ermənilər geniş
soyqırımı siyasəti həyata keçirmişlər.
Ermənilər tarixi həqiqətləri nə
qədər baltalamağa çalışsalar da, bu barədə
kifayət qədər faktlar var. Onlar özlərinin olmayan
tarixini yenidən yazaraq, dünyaya çatdıra biliblər.
Adicə köç əhvalatını
böyük soyqırımı hadisəsinə çevirərək,
dünyaya təqdim ediblər. Bununla
bağlı təxminən 8 min adda kitab yazıblar və
onları 80 dilə tərcümə ediblər. Həmin materiallar 4 milyon tirajla çap olunub. Belə çıxır ki, dünyanın
inkişaf etmiş xalqlarının hamısı qondarma
soyqırımı haqqında yazılmış kitabları
oxuyublar. Üstəlik, xristian təəssübkeşliyi
ilə erməni vəhşilikləri dünya alimləri tərəfindən
qəbul olunur. Bax, qondarma
soyqırımının bəzi xarici ölkə parlamentlərində
tanınması istiqamətində müzakirələrin
aparılması da bu məqsədə xidmət edir.
Dünya başa düşməlidir ki, ermənilər ən
azı 2,5 milyon azərbaycanlını
qırıblar. Faktiki olaraq, əsil
soyqırımı ermənilər tərəfindən azərbaycanlılara
qarşı tətbiq edilib.
Firudin Cəlilov:
- Tarixini bilməyən xalq
palçığa bir dəfə giribsə, on dəfə də
girəcək. Bir nəfər Rusiyanın tayqa
meşələrində şalban daşıyarkən
palçığa düşür və oradan çıxa
bilmir. Bir çukça gəlib ona deyir
ki, 10 rubl ver, mən sənin buradan necə
çıxmağın üçün məsləhət
verim. O, bunun üçün çukçaya 10 rubl pul
verir. Çukça deyir ki, ey rus, buradan
traktorla çıx. İndi bizə milli
ideologiya lazımdır. Düzdür, Azərbaycançılıq
ideologiyası var, amma bu, işlənməyib. Bununla yanaşı, azərbaycanlıların milli
ideologiyası da olmalıdır.
UŞAQLARIMIZI DÜŞMƏNƏ NİFRƏT ŞƏRAİTİNDƏ
BÖYÜTMƏLİYİK
Əkbər Sarıyev:
- Kəlbəcər rayonunun
işğalı soyqırımı siyasətinin tərkib
hissəsi idi. Kəlbəcər rayonu sərhəddə
yerləşirdi və orada Sümüklü dərə deyilən
bir yer var idi. Böyük
soyqırımını orada törədiblər və
başımıza müsibətlər gətiriblər.
Tələbələrimizi həmişə oraya aparıb,
onları vəziyyətlə yaxından
Kamil Əsədov:
- Kəlbəcərin
işğalı bizim üçün çox ağır bir
gündür. Mən 1950-ci ildən 1993-cü ilə
qədər orada yaşamışam. İşğal
zamanı hər şeyimi orada qoyub gəlmişəm. Bizim özümüzün təbliğatımız
düzgün aparılmayıb. Bir faktı
xatırlatmaq istəyirəm, mənim bir qoca nənəm var
idi. Bizə lay-lay çalanda və
yatmayanda, bizi qorxutmaq üçün deyirdi ki, xuxan gələcək.
Ancaq ermənilər öz uşaqlarına deyir
ki, yat, yoxsa türk gələcək. Biz də
uşaqlarımızı düşmənə nifrət şəraitində
böyütməliyik. Ermənilərin əlində
hər zaman təbliğat vasitələri olub. Azərbaycan tərəfi isə bu istiqamətdə
fəaliyyətini bir qədər zəif qurur.
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 3 aprel.- S. 8-9.