"Gəncliyin
fəlsəfəsi"
Kitabda gəncliyə
xas olan keyfiyyətlərin fəlsəfi
təhlili verilir
Gəncliyin fəlsəfəsi həyatın
inkişafına təkan
verən amildir. Bu məfhum nə qədər şərh olunub, onun keyfiyyətləri
aşkar olunsa da, gəncliyin əsasında duran potensialın daha dərindən öyrənilməsinə
hər zaman zəruriyyət yaranır.
Bu yaxınlarda çapdan çıxan Könül
Bünyadzadənin "Gəncliyin
fəlsəfəsi" də
məhz bu məfhumun açılmasına
xidmət göstərən
bir vəsaitdir. "Gənc" sözü fars dilindən tərcümədə "xəzinə,
özündən sonra
zəngin irs qoymaq" deməkdir.
İki hissədən ibarət olan "Gəncliyin fəlsəfəsi" kitabının
birinci hissəsində
gəncliyə xas olan keyfiyyətlərin fəlsəfi təhlili verilir. Kitabın ikinci
hissəsi isə ictimai həyatın və onun ayrı-ayrı
hadisələrini əhatə
edən elmi məqalələr, fəlsəfi
esse və hekayələr vasitəsi
ilə özünəməxsus
təhlildən ibarətdir.
Gəncliyin fəlsəfəsinə aydınlıq gətirən
müəllif "İstedad,
missiya və cəmiyyət" başlıqlı
yazıda gənclik və onun üzərinə
düşən vəzifələri,
açıb göstərməyə
çalışır. İnsanın özünü dərk
etməsi və varlıq olaraq "mən"ini təsdiqləməsi
gənc yaşlarından
başlayır. Müəllif göstərir ki, şəxsiyyət "mən"i
cəmiyyətin tələblərinə
müvafiq olan təzahürüdür və
bu "mən"in müxtəlif şərait
və zamandakı təzahürləri bir-birindən
kəskin şəkildə
fərqlənə bilər.
Bunlardan hər biri vahid substansiyanı - "mən"i
müəyyən dərəcədə
ifadə edir.
Kitabda müəllif filosof, şair və yazıçıların fikirlərindən
sitat gətirməklə
gəncliyin fəlsəfi
məqamlarına münasibətini
bildirir. "Qorxu,
üsyan və cəngavərlik" yazısında
Könül Bünyadzadə
bu hisslərin insanın varlığında
təcəssümü və
cəmiyyətdə hansı
hallarda baş verməsini açıb göstərir. Mürəkkəb
bir hiss olan qorxunun tənhalıqdan doğduğu qənaətinə
gələn müəllif
onun yaranma səbəblərini aydınlaşdırır.
"Gəncliyin fəlsəfəsi"ndə
göstərilir ki, insan ömrünü fəlsəfə tarixinə
bənzətsək, gəncliyi
onun orta əsrləri hesab etmək olar. Müəllif
gəncliklə bağlı
fəlsəfəyə yenilik
gətirməklə, qeyd
edir ki, bu mövzuda yenilik onun özünə məxsus qanunauyğunluqlara
malik olmasını göstərməyə çalışmaqdır.
Gəncliyin, hikmətin harmoniyasını,
öz qanunlarının
düşüncəsi, elmi
əsaslar vasitəsi ilə işıqlandıran
müəllif kitabı
Azərbaycanın qəhrəman
övladı Ülvi Bünyadzadəni düşünərək
yazmışdır. Özünün
etiraf etdiyi kimi, "Gəncliyin fəlsəfəsi"ni onu düşünərək
başladım və ancaq tək Ülvidən yox. Amma Ülvi bütün
yazının fonunda, kökündə, budağında,
çiçəyindədir. Ülvinin sevdiyi şairlərə, filosoflara,
mövzulara məhz
müraciət edir.
Müəllifin əsərdə üzərində
dayandığı məsələlərdən
biri də gəncin ruhunun ilahi aləmlə bilavasitə əlaqəli
olmasının vacibliyidir. Bu gəncin həm mənəvi aləminin təmizliyi həm düşüncəsi ilə
ruhunun bir-birini tamamlaması, həm də ruhunun nəbati, heyvani mərtəbəsindən insanı
mərtəbəyə yüksəlməsi
üçün ən
birinci şərtdir.
Kitabın ikinci hissəsinə daxil olan məqalələr, esselər, hekayələr
sırasına "Natamamlıq
sindromu və ruhumuzu dinləməyi bacarırıqmı?", "Bəşər tarixində
soyqırımı hadisəsi",
"Mən" və
cəmiyyət" "Qəlbin
dərrakəsi ilə
danışan filosof..."
və s. daxildir. Bu yazıların hər birində Könül Bünyadzadə
gəncliyin fəlsəfəsini
araşdırır və
gəncliyin ruhunu bilavasitə cəmiyyətlə
əlaqədar qələmə
alır.
Zümrüd
Səs.- 2010.- 3 aprel.- S. 12.