Yeni Azərbaycan Partiyası "Ekologiya ili" çərçivəsində
ağac əkilmək
kampaniyasında iştirak
edib
YAP fəalları tərəfindən
Binə hava limanı yaxınlığında
üç hektar ərazidə 3 mindən artıq ağac əkildi
Aprelin
3-də Yeni Azərbaycan
Partiyasının rəhbərliyinin,
millət vəkillərinin,
YAP-ın rayon təşkilatlarının fəalları
"Ekologiya ili" çərçivəsində yaşıllaşdırma kampaniyasına
uyğun olaraq Binə hava limanı yaxınlığında
üç hektar ərazidə 3 mindən artıq müxtəlif növ ağac əkdilər. Ölkənin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası tərəfindən
davamlı şəkildə
yaşıllaşdırma kampaniyalarının
həyata keçirilməsi
ətraf mühitin, təbii ehtiyatların qorunmasında mühüm
amil kimi qiymətləndirilir. Artıq
ənənə halını
almış bu məsələdə YAP rəhbərliyi,
partiyanın bütün
rayon təşkilatlarının
fəalları, millət
vəkilləri də
böyük fəallıq
nümayiş etdirirlər.
"Ekologiya ili"
çərçivəsində YAP tərəfindən həyata
keçirilən bu kampaniyanın həyata keçirilməsi də ölkədə yaşıllıq
sahələrinin genişləndrilməsində
və qorunmasında mühüm töhfədir.
Ölkəmizin ümumi
inkişaf konsepsiyasında
ətraf mühitin mühafizəsi, insanların
sağlam təbii mühitdə yaşaması
və təbii sərvətlərdən düzgün
istifadəsi mühüm
yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü
ilə cari ilin ölkədə "Ekologiya ili" elan edilməsində məqsəd məhz bu məsələlərin
uğurlu həllini təmin etməkdir. Bu il fevralın
18-də ölkə başçısının
yanında ekoloji problemlərə həsr olunmuş müşavirənin
keçirilməsi də
ən yüksək səviyyədə bu sahəyə qayğının
təzahürüdür. Bütün bunların
məntiqi davamı kimi, YAP rəhbərliyi tərəfindən bü
cür yaşıllıqların
salınması istiqamətində
ardıcıl olaraq işlərin davam etdirilməsi də ölkənin aparıcı
siyasi təşkilatının,
hər bir sahədə olduğu kimi, ekoloji tarazlığın
qorunmasında da mövqeyinin birmənalı olduğunu
bir daha təsdiqləyir. Artıq
bir neçə ildir ki, bir
ənənəyə çevrilən
YAP-ın ağacəkmə
kampaniyası "Ekologiya
ili" çərçivəsində
də böyük əzmlə davam etdirilir. Binə hava limanı
yaxınlığında üç
hektar ərazidə 3 mindən artıq müxtəlif növ ağacların əkilməsi
YAP-ın insanların
sağlamlığına daima
diqqət və qayğı ilə yanaşmasının bariz
nümunəsi kimi qiymətləndirilir. Ölkəmizin
hər bir sahəsində mövcud inkişafın təmin
edilməsi ətraf mühitin və yaşıllıqların qorunmasını
və onların daha da genişləndrilməsini
zəruri edir. Bu baxımdan da, YAP tərəfindən,
mütəmadi olaraq, bu cür kampaniyaların
həyata keçirilməsi
vətəndaşlar tərəfindən
də böyük maraqla qarşılanır.
Tapdıq Qurbanlı
Səs.- 2010.- 6 aprel.- S. 3.