“Ekologiya
ili"ndə hər kəs öz töhfəsini verməlidir"
Gədəbəydə kütləvi
ağacəkmə kampaniyasına
başlandı
Ölkə Prezidentinin
2010-cu ili "Ekologiya ili" elan etməsinə cavab olaraq,
respublikamızın bütün bölgələrində
olduğu kimi, Gədəbəy rayon icra hakimiyyəti ilə
YAP Gədəbəy rayon təşkilatının birgə təşəbbüsü
ilə ağacəkmə kampaniyasına start verilib.
"Ekologiya ili"ndə
hər kəs öz töhfəsini verməlidir"
şüarı altında keçirilən ilk tədbirdə
rayonun bütün kəndlərində fəaliyyət
göstərən idarə, müəssisə və təşkilatların
aktivləri iştirak ediblər. YAP Gədəbəy rayon təşkilatının
sədri Ramazan Muradov bildirib ki, Azərbaycanda ekologiya ili,
yaşıl dünya üçündür:
"Çünki görüləcək tədbirlərin əksəriyyəti
Azərbaycanda ekoloji durumun saflaşdırılması ilə
bağlıdır. Ümumiyyətlə, dünyada gedən
narahatçılıq prosesinə Azərbaycanın
böyük töhfə verməsini nəzərdə
tutur".
R.Muradov onu da söylədi
ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi
ilə yanaşı, təbii ehtiyatlardan səmərəli
istifadə və ekoloji tarazlığın qorunması
dövlətin daim diqqət mərkəzindədir. Ölkə
Prezidenti İlham Əliyevin təşəbbüsü və
göstərişləri ilə son illər bu istiqamətdə
bir sıra dövlət proqramları hazırlanıb, təbiətin
mühafizəsi, onun sağlamlaşdırılması
üçün əməli işlər
görülübdür. Rayonun bütün kəndlərində
olduğu kimi, həmin gün Dəyəqarabulaq kəndində
də canlanma var. Belə ki, yüzlərlə insanın
iştirak etdiyi bu tədbirdə kəndarası yolların kənarlarına
və yeni tikilmiş məktəb binasının ətrafına
minlərlə ağac əkilibdir. Ağacəkmə
kampaniyası hal-hazırda davam edir, Rayon üzrə 50 minə
qədər ağac əkilməsi
planlaşdırılıbdır. Çünki rayon əhalisi
yaxşı başa düşür ki, əkilən hər
bir ağacın ekoloji baxımdan böyük əhəmiyyəti
vardır. Odur ki, hər bir rayon sakini ekoloji vəziyyətin
daha da yaxşılaşdırılmasına öz töhfəsini
verməyə çalışır".
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2010.- 6 aprel.- S. 10.