Ekologiya ili" çərçivəsində tədbirlər davam edir

 

Səbail rayonunda iməcilik keçirilib

 

Səbail rayonunda "Ekologiya ili" çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin ölkədə mövcud ekoloji problemlərin aradan qaldırılması, respublikamızın bütün bölgələrində,  eləcə , Bakı Abşeron yarımadasında ekoloji tarazlığın bərpası ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, respublikamızın yaşıllıqlar diyarına çevrilməsi istiqamətində verdiyi tapşırıqlar həyata keçirdiyi işlər, həmçinin, 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə bağlı Səbail rayonunda silsilə tədbirlər keçirilir.

Aprelin ilk şənbə günü yeni ağacların əkilməsi, əvvəl əkilən ağaclara qulluq olunması ərazinin abadlaşdırılması məqsədi ilə Səbail rayonunda növbəti iməcilik keçirilib. Səbail rayon icra hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar siyasi partiyalarla şöbəsinin müdiri İsrafil Kərimovun "Səs" qəzetinə verdiyi məlumata görə, "Ekologiya ili" çərçivəsində rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq yaşıllıq işlərinin aparılması nəzərdə tutulan ərazilər müəyyənləşdirilib, ərazilər idarə, təşkilat təhsil müəssisələri arasında bölünüb. Ötən ilin noyabrından bu günə qədər hər həftə keçirilən iməciliklər zamanı Səbail rayonunda 25 minə yaxın ağac əkilib. Bu aksiya rayonun sürüşməyə meyilli ərazisi olan Bayıl yamacı, Şıx çimərliyi zonasındakı "Dostluq parkı", Bibiheybət Badamdar qəsəbələrinin əsas magistral yol kənarlarını əhatə edib. 600-dən artıq insanın iştirak etdiyi iməcilikdə 1.500 ədəd "Eldar şamı", sərv, zeytun digər növ ağaclar əkilib, əvvəl əkilən 1.000 ağaca qulluq göstərilib. Uzun illərdən bəri neftlə çirklənmiş Bibiheybət buxtasının torpaqlarının təmizlənməsi burada pozulan ekoloji tarazlığın bərpası üçün isə "Bibiheybətneft" NQÇİ-nin ərazisində 216 hektar yer rekultivasiya olunub, payız mövsümündə 15 min, ümumilikdə isə, 60 minə yaxın ağac əkilib. Bayıl yamacı "Dostluq parkı" ilə yanaşı, paytaxtımızdan cənub-qərb istiqamətində əsas çıxışda olan Qurban Abbasov Mikayıl Useynov küçələrindəki ərazidə təmizlik-abadlıq işləri aparılıb.

İ.Kərimov mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq abadlıqla bağlı işlərin davam etdiriləcəyini deyib.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 6 aprel.- S. 10.