Nəriman Nərimanov - 140
İctimai-siyasi xadim, publisist...
Yazıçı, publisist, həkim, ictimai-siyasi xadim Nəriman Nərimanovun 140
illik yubileyidir. 1870-ci ilin aprel ayında
dünyaya gəlmiş
ziyalı Azərbaycanın
həyatında əhəmiyyətli
dərəcədə rol
oynayaraq milli ideoloji fəaliyyəti ilə xalqın iradəsini əks etdirmək gücünə
malik şəxsiyyət
kimi tarixə düşüb.
Onun ilk qələm təcrübəsi
də, məhz həmin illərə təsadüf etmişdir.
Ziyalının tərcümeyi-halını göstərən mənbədə
qeyd olunur ki, 1890-cı ildə gimnaziyanı bitirdikdən
sonra
Bir il müddətində
burada müəllim işləyən ziyalı
1891-ci ildə daha qaynar nöqtəni seçir, Bakıya gələrək fəaliyyətini
genişləndirir. Belə
ki, Nəriman Nərimanov Bakıda müsəlman kütlələri
üçün ilk xalq
qiraətxana-kitabxanasını təşkil edir. Bununla yanaşı, ziyalı dövrün ictimai mahiyyət kəsb edən məsələlərinə diqqəti
yönəldərək biri-birinin
ardınca geniş məzmun kəsb edən "Nadanlıq",
"Şamdan bəy",
"Nadir Şah", "Bahadır
və Sona" kimi ədəbi əsərlər yazaraq Azərbaycan ədəbiyyatının
mükəmməl nümunələrini
yaradır. Bununla kifayətlənməyən daramaturq rus ədəbiyyatının görkəmli
nümayəndəsi N.V.Qoqolun
"Müfəttiş" komediyasını Azərbaycan
dilinə tərcümə
edir. Geniş və şaxəli
yaradıcılıq yolu
keçən Nəriman
Nərimanov istedadını
üzə çıxarmaqla
yanaşı, onun şəxsi keyfiyyətlərini,
eləcə də, vətənpərvərlik mövqeyini
ortaya qoyur. Həmin illərdə Azərbaycan
və rus dillərini öyrənənlər
üçün dərsliklər
tərtib edir. Dünyagörüşünü artırmaq, təhsilini
yüksəltmək məqsədi
ilə 1908-ci ildə Nəriman Nərimanov Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Universiteti bitirib Bakıya
gəlir və burada şəhər xəstəxanasında həkim
işləməyə başlayır.
Qeyd edək ki,
1909-cu ilin əvvələrində
Nərimanov partiyanın
tapşırığı ilə Tiflisə getmiş, həmin ilin martında burada inqilabi təbliğat üstündə
həbsə alınmışdır. Yeddi ay Metex qalasında saxlandıqdan sonra iki il müddətinə Həştərxana
sürgün edilir. O,
Həştərxanda da
qızğın surətdə
ictimai-siyasi fəaliyyətlə
məşğul olur.
1913-cü ildə Bakıya qayıdan Nəriman Nərimanov fəhlələr
arasında təbliğatla
məşğul olur. O, 1913-cü ildə
Azərbaycan bolşevikləri
və inqilabi hərəkatın vəziyyəti
haqqında çıxış
etmək üçün
Moskvaya çağırılır.
Leninin təklifi ilə, o, Xarici İşlər Komissarlığının Yaxın
Şərq şöbəsinin
müdiri vəzifəsinə
təyin edilir. Artıq 1917-ci ildə Nəriman Nərimanov
"Hümmət" Təşkilatı
Mərkəzi Komitəsinin
sədri və RSDF(b)P
Bakı Komitəsinin üzvü, "Hümmət"
qəzetinin baş redaktoru təyin edilir. 1913-cü ildə
Bakıya qayıdan Nəriman Nərimanov Qaraşəhər xəstəxanasında
həkimlik edir. O,
ədəbi fəaliyyətini
də davam etdirir, "Pir", "Bir kəndin sərgüzəşti" hekayələrini
yazır.
1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər
təsərrüfatı üzrə
xalq komissarı təyin olunur. Həmin ilin
iyun ayında ağır xəstəliklə
əlaqədar olaraq Həştərxan şəhərinə
müalicəyə göndərilir.
Sağlamlığı bərpa olunduqdan
sonra şəhərdə
bir sıra partiya orqanlarında fəaliyyətini davam etdirir. Azərbaycanda sovet hakimiyyətinin
qələbəsindən sonra
Nərimanov Azərbaycan
İnqilab Komitəsinin
sədri, sonra isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində işləyir.
O, 1919-cu ildə
Moskvaya çağırılaraq
RSFSR Xalq Xarici İşlər Komissarlığında
Şərq məsələləri
üzrə xalq komissarının müavini
vəzifəsinə təyin
edilir. 1920 il
aprelin 27-də, Azərbaycanda
sovet hakimiyyətinin qələbəsindən sonra
Nərimanov Azərbaycan
SSR XKS-nin sədri seçilir. Nərimanov Azərbaycanda XKS-nin sədri kimi özünün bütün qüvvəsini
fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmlətməyə
sərf edirdi. Nərimanov
SSRİ-nin 1-ci Sovetlər
Qurultayında (1922, dekabr)
yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən
SSRİ MİK sədri seçilir.
Nərimanov ən mühüm
dekret, qərar və müraciətnamələrin
hazırlanmasında, xarici
siyasət tədbirlərində,
onların həyata keçirilməsində fəal
çalışır.
1922-ci ildə SSRİ yarandıqdan
sonra, Lenin və partiya qarşısında
xidmətləri nəzərə
alınaraq, SSRİ Mərkəzi
İcraiyyə Komitəsinin
həmsədrlərindən biri seçilir. Zaqafqaziya
Federasiyası təşkil
ediləndən sonra Nərimanov Zaqafqaziya İttifaq Sovetinin Sədri, sonra isə Sovet Sosialist Respublikaları İttifaqı Mərkəzi
İcraiyyə Komitəsinin
sədrlərindən biri
vəzifəsinə seçilir
və 1925-ci ildə həmin vəzifə başında vəfat edir.
Nərimanov 1925-ci ildə müəmmalı
şəkildə həyatının
dəyişmiş və
Kremlin divarları önündə
dəfn edilib.
Azərbaycanda Nərimanovun fəaliyyəti
tədqiq olunur, onunla bağlı film istehsal olunaraq, nümayiş etdirilir. Nəriman
Nərimanovun fəaliyyətini
əks etdirən tarixi-bioqrafik filmdə xalqımızın görkəmli
oğlu, Azərbaycan Xalq Komissarları Sovetinin sədri, dövlət xadimi, gözəl həkim, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və yaradıcılığı
öz əksini tapır. Filmin kompozisiyası iki
paralel xətt üzərində qurulub.
Birinci xətt, dramaturq, yazıçı, jurnalist
və həkimin keçdiyi həyat yoludur. Buraya Nərimanovun Tiflisdə keçən uşaqlıq
illəri, gənclik dövrü, ilk yaradıcılıq
işləri, Bakıda
müəllimlik etməsi,
"Bahadır və Sona" povestinin və "Pir" hekayəsinin yazılması,
Azərbaycan teatrının
yaradılması və
inkişafı üçün
yorulmadan çalışması,
"Nadir Şah" əsərini
yazması, "Hümmət"
qəzetindəki fəaliyyəti
daxil edilmişdir.
İkinci xətt ziyalının inqilabi fəaliyyətidir. Filmdə
qəhrəmanın Azərbaycan
xalqının taleyi ilə bağlı olması açıq şəkildə göstərilir.
Zümrüd
Səs.- 2010.- 6 aprel.- S. 12.