2010-2014-cü illərdə
turizmin inkişafına
dair Dövlət Proqramı"...
...ölkədə turizmin
rastlaşdığı problemlərin
həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün
hazırlanıb
Prezident İlham
Əliyev "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib. Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına
dair Dövlət Proqramının həyata
keçirilməsi nəticəsində
turizmin inkişafı
üçün münbit
şərait yaradılıb,
beynəlxalq turizm bazarına inteqrasiyanın
təmin olunmasının
əsası qoyulmuş,
milli turizm kompleksinin rəqabətə
davamlılığı yüksəlib.
Növbəti proqram ölkə
iqtisadiyyatının sürətli
inkişafında turizmin
payının daha da artmasına gətirib çıxaracaq
bu sərəncamın
əhəmiyyətini bu
yazıda təhlil etməyə çalışacağıq.
Hazırda turizm planetar
miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir.
Dünya üzrə ümumi milli məhsulun 10 faizi,
ixracatın 8 faizi beynəlxalq turizmin payına
düşür, göstərilən xidmətlərin təqribən
üçdə biri beynəlxalq turizm vasitəsilə həyata
keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin
8,1 faizi turizm sənayesində və onunla bağlı
iqtisadiyyat sahələrində məşğuldur.
Zəngin mədəni-tarixi
irsə və əlverişli təbii şəraitə malik
olan Azərbaycan turizm sahəsində böyük inkişaf
perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər
növlərinin (kənd, müalicə-sağlamlıq,
ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb
edən və s.) inkişafı üçün geniş
imkanlar mövcuddur.
Azərbaycanda qeyri-neft sektorunun
inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini
təşkil edir. Ölkə iqtisadiyyatının neftdən
asılılığının azaldılması
üçün ekspertlər klaster yanaşmanı məqbul
sayırlar. Kalster yanaşma zamanı Azərbaycanda perspektivi
aydın görünən bir neçə sahənin
inkişaf etdirilməsi əsas götürülür ki,
bunlardan da biri turizm sektorudur. Digər sektorlardan fərqli olaraq
turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial
texnologiya tələb etməyən, faydalı
qazıntıların istaifadəsinə ehtiyac duymayan bir
sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin
əsas gəlirləri məhz bu sektordan əldə olunur.
Azərbaycan təbii
şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya
ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin
təşkili üçün hər cür şəraitə
malikdir. Respublikamızın əlverişli iqlim şəraiti,
ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan
ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı
dağ çayları və şirinsulu gölləri,
insanı heyrətə gətirən şəlalələr,
yüzlərlə mineral və müalicəvi bulaqlar, narın
qumlu dəniz çimərlikləri, palçıq
vulkanları, tarixi-mədəni və dini abidələr və
s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi
üçün geniş imkanlar yaradır. Təbii ki, bu
imkandan səmərəli formada yararlanmaq üçün bir
sıra digər tədbirlərin də həyata keçirilməsi
zəruridir. Son illər Azərbaycanda
yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən,
infrastruktur sahələrin inkişafı istiqamətində
irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata
keçirilməkdədir. Bu layihələr müxtəlif
istehsal və xidmət sahələrini əhatə etməklə
ölkənin sosial-iqtisadi inkişafında mühüm rol
oynamaqdadır. Həyata
keçirilən layihələrin prioritet istiqamətlərindən
biri də infrastruktur sahələrin təkmilləşdirilməsi
və müasir tələbata
uyğunlaşdırılmasıdır. Bu da təbiidir,
çünki köhnə, müasir standartlara cavab verməyən
infrastruktur sahələrlə hər hansı inkişafa nail
olmaq qeyri-mümkündür.
Bu gün infrastruktur
layihələrinə dövlət büdcəsindən
ayırmaların ilbəil yüksək templə artması
dövlətin bu məsələyə necə böyük həssaslıqla
yanaşdığını göstərir. Müşahidə
və təhlillərdən aydın olur ki, ölkəmizdə
son 6 ildə sürətlə inkişaf edən sahələrdən
biri də nəqliyyat sektorudur.
Nəqliyyat xidmətlərinin,
yolların və s. inkişafı isə sahibkarlıq, turizm və
s. sahələrin dirçəlişinə təkan verir. O
cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək
rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb,
Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin
qovşağında yerləşməsi turizm sektorunun da
inkişafına ciddi təsir göstərməkdədir.
Belə ki, həm
ölkə daxilində, həm də beynəlxalq səviyyəli
yolların yenidən qurulması, yeni yolların çəkilişi
ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat
qovşağı kimi əhəmiyyətini daha da yüksəldir.
Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə
ərazisindən tranzit kimi istifadə edən xarici
daşıyıcıların sayı da çoxalır. Bu da
turizmin inkişafında mühüm rol oynayır. Məlumdur ki, turizmin
inkişafında daxili turistlər də xüsusi rol
oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin
inkişafı əsasən daxili turistlərdən
asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ
turizmi, idman turizmi və s. müxtəlif növləri
içərisində kənd turizmi daha geniş
yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin
inkişaf etdirilməsi üçün çox geniş
potensial imkanlar mövcuddur.
Ümumiyyətlə, kənd
turizmi Avropa ölkələrində XX əsrin 70-ci illərindən
başlayaraq inkişaf edən ekoturizmlə bağlı olub. Kənd
turizmi insanların ətraf mühitlə
bağlılığına aid olduğuna görə
müasir dövrdə ekoturizmin tərkib hissəsi kımi
çıxış edir. Hər
bir ölkədə, xüsusilə də, əhalisinin təqribən
yarısı kənd yerlərində yaşayan Azərbaycan
kimi ölkələrdə kənd turizminin inkişafı
çox vacibdir. Çünki kənd turizmi şəhər
mühitinin kənd mühiti ilə əvəz olunması ilə
yanaşı, kənd yerlərində kiçik
sahibkarlığın inkişafının, kənd təsərrüfatı
məhsullarının istehlakçılara birbaşa
çatdırılmasının təmin edilməsində,
bölgələrin mövcud potensialından səmərəli
istifadə olunmasında xüsusi əhəmiyyətə
malikdir.
Araşdırmalardan
aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və
təbiət ərazilərindən istifadəyə,
insanların istirahət tələbatında ətraf
mühitlə bağlılığa, mədəni və milli
irs nümunələrindən, eləcə də, tarixi
memarlıq abidələrindən istifadəyə, yüksək
keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq
sularına daimi tələbatın olmasına əsaslanır
.
Azərbaycanda kənd
turizminin sürətli inkişafı XX əsrin 80-ci illərinə
təsadüf edir. Belə ki, tədricən iqlim dəyişmələrinin
kəskinləşdiyi, ölkə ərazisində isti
günlərin sayının və temperaturun yüksəlməsi
Bakı və aran rayonlarında yaşayan insanların yay
aylarında təbiət qoynunda olmağa, kənd yerlərində
müvəqqəti yaşayış yerləri kirayələyərək,
orada istirahət etməyə məcbur edirdi.
Təbii ki, kütləvi
axında əsas hissəni əhalinin orta və aztəminatlı
təbəqəsi təşkil edirdi. Son illər ölkədə
siyasi və iqtisadi sabitliyin təmin olunması, əldə
edilmiş iqtisadi uğurlar nəticəsində əhalinin həyat
səviyyəsinin yüksəlməsi və yaşayış
şəraitinin yaxşılaşması insanların asudə
vaxtlarının daha səmərəli istifadə etməsinə,
eləcə də, istirahət maraqlarının artmasına səbəb
olub. Bütün bunlar isə, təbii ki, son nəticədə
turizmin inkişafına təkan verir. Son illər ölkədə həyata
keçirilən genişmiqyaslı islahatlar, əksər
regionlara və sahələrə dair dövlət
proqramlarının qəbulu, onların uğurla icra edilməsi
və s. nəticəsində bir çox problemlər tədricən
öz həllini tapıb, ölkədə kənd turizminin
inkişafı üçün münbit şərait
formalaşdırılıb. Bu sahədə isə nəqliyyat
əlaqələrinin genişlənməsi, ən ucqar
yaşayış məntəqələrinədək abad
yolların çəkilməsi, nəqliyyat xidmətlərinin
keyfiyyətinin yüksəlməsi və s. xüsusilə əhəmiyyətli
olub. Avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi,
nəinki kənd turizminin, ümumilikdə, ölkə
turizminin inkişafında mühüm rol oynayır. Bütün bunlarla yanaşı,
son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran və
s.) beynəlxalq standartlara cavab verən hava limanlarının
tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax,
Xınalıq-İspik yollarının yenidən qurulması,
Tovuz, Gədəbəy, Yardımlı, Daşkəsən,
Quba və s. rayonlarda yeni yol çəkilişləri regional
inkişafa verilən ən gözəl töhfədir. Təbii
ki, regionların abadlaşdırılması, yeni yolların
çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin
də inkişafına güclü təkan verəcəkdir.
Burada ölkə
başçısı cənab İlham Əliyevin bir fikrini
xatırlatmaq yerinə düşərdi: "Harada ki,
müasir yol var, o bölgədə mütləq və
mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o
bölgə inkişaf edə bilməz. Orada istənilən təbii
sərvətlər, istənilən infrastruktur, gözəl
binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad
durumdadırsa, oraya heç kim gəlməyəcəkdir".
Görülən
kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn
turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət
göstərən turizm şirkətləri şəbəkəsi
genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi
lisenziya əsasında fəaliyyət göstərir və
2002-ci ilə nisbətən onların sayı 3 dəfədən
çox artıb.
Elçin Bayramlı
Səs.- 2010.- 10 aprel.- S. 5