YAP Səbail rayon təşkilatında Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

 

Dünən YAP Səbail rayon təşkilatında partiyanın yaradıcısı dövlətimizin qurucusu Ümummilli liderimiz  Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar ərazi ilk təşkilatlarının görülmüş  görüləcək tədbirləri barədə partiyanın rayon təşkilatı fəallarının müşavirəsi keçirildi.

Tədbiri giriş sözü ilə YAP-ın Səbail rayon təşkilatın sədri Zahid Qaralov açaraq, Azərbaycan dövlətinin qurucusu banisi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyini qeyd etdi. O bildirdi ki, bütün bu tədbirlərin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin irsinin təbliğ olunması şəxsiyyətinin yad olunmasıdır. Rayon ərazisində fəaliyyət göstərən 123  ərazi ilk təşkilatı öz gücü  daxilində ildönümü ilə əlaqədar müxtəlif səpgidə tədbirlər planı hazırlayıb.

Tədbirdə çıxış edən  İqtisadi İnkişaf Nazirliyinin ərazi ilk partiya təşkilatının sədri Fəridə Əhmədova ulu öndərin ildönümü ilə əlaqədar görüləcək işlərə nəzər salaraq, bildirdi ki, nazirliyin mərkəzi aparatında iqtisadi islahatlar elmi-tədqiqat institutunda Heydər Əliyev guşəsinin (büstünün) təntənəli açılış mərasiminin keçiriləcəyini, nazirliyin aparat strukturuna daxil olan qurumlarının nümayəndələrinin iştirakı ilə "Heydər Əliyevin həyatı əsil nümunə məktəbidir" mövzusunda tədbirin təşkil olunacağını, respublikamızda Heydər Əliyevin 87-ci ildönümü ilə əlaqədar təşkil olunacaq silsilə tədbirlərdə fəal iştirak edəcəklərini bildirdi.

Eyni zamanda, tədbirdə     çıxış edən   Auditorlar Palatası ərazi ilk partiya təşkilatının sədri Vahid Novruzov regionlarda beynəlxalq standartdaların tətbiq edilməsi ilə əlaqədar seminar-müşavirələrin  keçiriləcəyini qeyd etdi.  Seminarların Naxçıvanda, Lənkəranda Gəncə Zaqatalada keçiriləcəyini bildirən V.Novruzov onun maarifçilik xarekteri daşıyacağını, şəffaflığın təmin edilməsinə, korrupsiyaya, rüşvətxorluğa qarşı yönəldiləcəyini vurğuladı. O bildirdi ki, tədbirlər planı normativ hüquqların qorunmasına xidmət edəcək.

Azərbaycan Pedaqoji Universitetinin ilk partiya təşkilatının sədri Himalay Qasımov, İqtisad Universitetinin ilk partiya təşkilatının sədri Zəfər Bayramov,  162 saylı məktəbin ilk partiya təşkilatının sədri Ələkbər Əliyev başqaları çıxış edərək, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyi ilə əlaqədar görüləcək işlərdən danışdılar.

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov  ulu öndər  Heydər Əliyevin 87-ci ildönümü ilə əlaqədar respublikamızda genişmiqyaslı tədbirlərin keçiriləcəyini qeyd edərək, rayon ərazisində rəngarəng tədbirlərin planlaşdırıldığını diqqətə çatdırdı. O cümlədən, mayın 5-də Gül bayramının keçiriləcəyini, Badamdar qəsəbəsində abadlıq-məhəllə işlərinin aparılmasını uşaqların rahat həyat şəraitinin yaxşılaşdırılması onların rifahı naminə bir sıra işlərin görüləcəyini qeyd etdi. Eyni zamanda, Naxçıvanski adına hərbi məktəb daxili qoşunlarla birgə  uşaqları vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədilə tədbirlərin keçirilməsini   Norveçdən, Almaniyadan digər xarici dövlətlərdən qonaqların dəvət olunacağını bildirdi. Onu da qeyd etdi ki, bu tədbirlərin keçirilməsinə hazırlıq prosesi ilə bağlı bir sıra işlər görülüb.

A.Əsgərov Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində yeni məktəbin tikilib istifadəyə veriləcəyini bildirdi. Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsəd vəzifələrin öhdəsindən layiqincə gələcəklərini qeyd edən rayon icra başçısı ölkə həyatında önəmli rol oynayacaq qarşıdın gələn parlament seçkilərinə nəzər salaraq, dövlətimizin inkişafı onun qüdrətlənməsi naminə hər bir rayon sakininin yaxından iştirak edəcəyini bildirdi.

 

 

ZÜMRÜD

 

Səs.- 2010.- 15 aprel.- S. 7.