Beynəlxalq elmi konfransda Azərbaycan da təmsil olunub
Konfrans böyük
türkmən şairi
Molla Nəfəsin 200
illiyinə həsr edilib
Türkmənistanın Marı
şəhərində "Molla Nəfəs və XIX əsr türkmən həyatı"
adlı beynəlxalq elmi konfrans keçirilib. Böyük türkmən şairi Molla Nəfəsin 200 illiyi ilə bağlı baş tutan tədbirdə 25 ölkədən gəlmiş
tarixçilər, şərqşünaslar
və dilçi alimlər iştirak ediblər. Konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin müəllimi,
filologiya elmləri doktoru Ramiz Əsgər,
AMEA Folklor İnstitutunun
əməkdaşı Əli
Şamilov, AMEA Şərqşünaslıq
İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Elmira Fikrətqızı və Bakıdakı "Min bir mahnı"
nəşriyyatının rəhbəri
Rafiq Babayev təmsil ediblər.
Konfransda milli və
dünya mədəniyyətinin inkişafında Molla
Nəfəsin poetik irsi, şairin əsərlərinin
dünyanın müxtəlif dillərinə
tərcümə edilməsi, onun irsinin tədqiqi və
digər məsələlər ətrafında
müzakirələr aparılıb.
Türkmən
xalqının övladı Molla Nəfəsin Azərbaycanda
iki kitabı nəfis tərtibatla çap edilib. Bu kitabların istər tərtibatı, istərsə də, tərcümənin keyfiyyəti
iştirakçıların diqqətini çəkib.
Ramiz Əsgər Molla Nəfəsin şeirlərini Azərbaycan
dilinə tərcümə
edib.
Konfrans
iştirakçıları Marı vilayətinin
tarix-diyarşünaslıq muzeyinə, "Mərv"
tarixi-mədəni qoruğuna getmiş, Marı
şəhər Sərgilər Mərkəzində
türkmən rəssamlarının əsərlərinə
də baxıblar.
Zümrüd
Səs.- 2010.- 15 aprel.- S. 12.