Avropa və Asiya xalqları qədim mədəniyyətə
malik Azərbaycanı
yaxından tanımaq imkanı əldə ediblər
Fransada həyata
keçən tədbirlər
Azərbaycan Mədəniyyəti
Günləri kimi də qəbul olunur
Bildiyimiz kimi, Parisdə keçirilən
ənənəvi Beynəlxalq
Kitab Sərgisi işini uğurla başa vurmuşdur. Qeyd edək ki, bu sərgi
hər il Parisdə məhz mart ayında təşkil olunur və hər il dünyanın 35 ölkəsindən 1000-ə yaxın
nəşriyyat evi həmin möhtəşəm
tədbirdə iştirak
edir. Bu il sərginin
30 illiyi ilə əlaqədar olaraq təşkilatçılar sərgiyə
ənənəvi "Fəxri
qonaq" qismində dünyanın 90 məşhur
ədəbiyyat simasını,
o cümlədən, Umberto Eko, Doris
Lessinq, Pol Oster kimi dünya
şöhrətli yazıçıları
dəvət etmişdilər.
Beynəlxalq Kitab Sərgisi təkcə nəşr məhsullarının
deyil, eləcə də, dünya xalqlarının, mədəniyyətlərinin,
mətbəx nümunələrinin
nümayiş yeridir. Odur ki, sərgi
müddətində minlərlə
iştirakçı tanıtımdan
böyük təəssüratlarla
ayrılırdılar. Beynəlxalq
tədbirin bir özəlliyi də ondan ibarət idi ki, təşkilat
komitəsi sərgiyə
40 min uşağı
dəvət etməklə
yanaşı, onların
hər birinə 7 avro məbləğində
pul hədiyyəsi ilə mükafatlandırırdılar.
Beləliklə, kiçik
yaşlı iştirakçılar
maraq dairələrində
olan kitabları əldə etmək imkanı qazanırdılar.
Məlum olduğu kimi sərgi-yarmarkaya ilk dəfə Azərbaycan Respublikası
da qatılmışdır.
Mədəniyyət
və Turizm Nazirliyinin icarəyə götürdüyü
stenddə ölkəmizdə işıq üzü
görmüş 200-ə qədər kitab, jurnal, turizmə
aid bələdçi kitablar və s. çap
məhsulları uğurla nümayiş etdirilmişdir. Bununla yanaşı, stendimizdə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramının atributları olan bayram şirniyyatları, həmçinin, milli kulinariya nümunələri
sərgi iştirakçılarının
böyük marağına
səbəb olmuşdur.
Müxtəlif ölkələrdən
gələn insanlar stendimizə yaxınlaşıb,
milli mətbəximizin
ləziz şirniyyatlarından
dadaraq, əsil zövq aldıqlarını
dilə gətirirdilər.
Stendimizdə "Festival de
l'imaginaire" ("Təxəyyül")
festivalına qatılmaq
üçün Parisə
gəlmiş Şirvan
aşıqları və
YUNESKO-nun Baş Qərargahında, eləcə
də, Avropa Şurası qərargahında-
Strasburq şəhərində
Novruz bayramının
təqdimat mərasimində
iştirak etmək üçün Fransanın
paytaxtında olan Qədim Musiqi Alətləri Ansamblının bir qrup üzvü uğurla çıxış
etmişlər. Qeyd edək ki, bu
çıxışlar musiqimizin
sədalarını eşidib,
qeyri-ixtiyari olaraq, stendimizə axışan insanların heyrətinə
və səmimi alqışlarına səbəb
olmuşdur. Sərgidə, həmçinin, Azərbaycanın Fransadakı
səfiri Elçin Əmirbəyov, Fransa rəsmi dairələrinin
nümayəndələri, Mərakeşin mədəniyyət
naziri xanımı ilə və başqa dövlətlərin
yüksək vəzifəli
təmsilçiləri iştirak
etmişdilər. Novruz bayramının
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və 2010-cu ilin YUNESKO tərəfindən
mədəniyyətlərin yaxınlaşması ili elan olunması ilə əlaqədar TÜRKSOY-a üzv dövlətlərin elmi-yaradıcı
nümayəndə heyətlərinin
iştirakı ilə
YUNESKO-nun Baş Qərargahında, Avropa Şurası qərargahında - Strasburq
şəhərində Novruz
bayramının təqdimat
mərasimi də keçirilmişdir. TÜRKSOY təşkilatının
təşəbbüsü ilə gerçəkləşən
tədbirdə Azərbaycanla
yanaşı, Türkiyə,
Qazaxıstan, Qırğızıstan,
Rusiya Federasiyasında
və Moldovada yaşayan türkdilli xalqların incəsənət
ustaları da konsert proqramı ilə çıxış
etmişlər. Mərasimdə TÜRKSOY-un baş direktoru Düsen Kaseinov Novruz bayramının əhəmiyyətindən
söhbət açmışdı.
Tədbirdə Fransanın
rəsmi nümayəndələri,
Azərbaycan səfirliyinin
və diasporunun təmsilçiləri və
tələbələrimiz iştirak
etmişlər. Bundan başqa,
30 mart tarixində Fransanın "Maison des cultures du
monde" ("Dünya
mədəniyyətləri evi") Assosiasiyasının
təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə hər il keçirilən
"Festival de l'imaginaire" ("Təxəyyül")
festivalında YUNESKO-nun
qeyri-maddi mədəni irs
siyahısına daxil edilən aşıq sənətininin nümunələri
AMEA-nın əməkdaşı
Sənubər Bağırovanın
rəhbərliyi altında
Şirvan aşıqları
tərəfindən iki
günlük konsert proqramı ilə təqdim olundu. "Maison des
cultures du monde" Assosiasiyasının
konsert salonunda baş tutan konsertdə aşıqlarımız
Azərbaycan folklor nümunələrini ifa etmiş, böyük rəğbətlə qarşılanmış
və tamaşaçıların
hərarətli alqışları
ilə bir neçə dəfə təkrarən səhnəyə
çağırılmışdılar.
Fransada həyata keçən tədbirləri Azərbaycan
Mədəniyyəti Günləri
kimi də qəbul etmək olar. Çünki bir həftə ərzində fransızlarla
yanaşı, Avropa və Asiya xalqlarının
nümayəndələri qədim
mədəniyyətə malik
olan xalqımızı
daha da yaxından
tanıdı.
Zümrüd
Səs.- 2010.- 15 aprel.- S. 12.