Ailə cəmiyyətin bünövrəsini təşkil edir

 

Hadi Rəcəbli: "Sosial müdafiənin baş xətlərindən biri ailə məsələsidir"

 

"Sosial müdafiənin baş xətlərindən biri ailə məsələsidir. Pensiyalar, əməkhaqları bu kimi sahələrin hansından danışırıqsa, yenə gəlib ailəyə çıxırıq. Niyə? Çünki ailə cəmiyyətin bünövrəsini təşkil edir. Ailədə problem varsa, cəmiyyətdə problem qaçılmazdır.

Ailənin problemlərini rifahını cəmiyyət hökmən əks etdirəcək, bu məqam qaçılmazdır. Ona görə  , diqqət etsək, görərirk ki, ölkə Prezidenti İlham Əliyev dövlət quruculuğunda ailəni sosial siyasətin prioriteti hesab edir". Bu fikirləri qəzetimizə açıqlamasında parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Komitə sədri daha sonra bu fikirləri ifadə etmişdir: "Azərbaycanda Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandı. Digər tərəfdən, 2009-cu il Azərbaycanda "Uşaq ili" elan edildi. Həmçinin, 2010-cu il "Ekologiya ili" elan olundu. Ekologiyanı sadəcə, ağac əkməklə təsəvvür etmək düzgün deyil. Ekologiyanın qorunması sağlam ailə, ailədə sağlam uşağın böyüməsi deməkdir. Ekologiyanın qorunması gələcək nəsil sağlamlığını qorumaqdır. Ekoloji sosial siyasətin kökündə təbiətlə cəmiyyətin vəhdəti durur. Sosial ekologiya deyilən elmi istiqamət var. Sosiumla təbiətin vəhdəti sağlam cəmiyyət deməkdir. Bizim komitənin iclasında Ailə Məcəlləsi müzakirə olunur. "Ailə həkimi haqqında", "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri, gənc ailələrin sosial müdafiəsinin qorunması məsələləri müzakirə olunacaq. Müzakirələr sırasında ipoteka kreditində gənc ailələrə dəstək, dağ rayonlarına işləməyə gedən gənc ailələrə dəstək birdəfəlik yardım məsələləri dayanır. Görürsünüz, nəyə toxunuruqsa, gəlib ailəyə çıxır. Bu baxımdan təkrar edirəm ki, Azərbaycan dövlət quruculuğunda sosial siyasətin prioritetlərindən biri ailədir. Ailə nədir? O, həm cəmiyyətin əsasıdır, həm sosial maraqların aqreqasiyasıdır. Ailə məsələsinə toxunanda qadın uşaq problemləri həll olunur. Ailə mövzusu çərçivəsinə cəmiyyəti əhatə edən əksər mövzular daxildir. Ona görə , bizdə bu mövzu aktualdır diqqət mərkəzindədir".

- Hadi müəllim, hazırda sözügedən komitə tərəfindən hansı qanunlar üzərində təkmilləşmə işləri aparılır?

- Qeyd edim ki, qanun yaradıcılığı prosesi doqmatik proses deyil, praqmatik prosesdir. Hər hansı qanun qəbul olanandan on il sonra reallıqların dəyişməsi kontekstində hökmən dəyişikliklərə məruz qalacaq. Bu, öz əksini sosial qanunlarda daha qabarıq tapır. Niyə? Ona görə ki, bu qanunlar bilavasitə büdcəyə bağlı olur. Sosial sahə büdcəni daha çox xərcləyən sahədir. Bir vaxtlar səhiyyədə pullu xidmətlər var idi, sonra bunlar yığışdırıldı, qanunlarda dəyişikliklər olundu. Əlillərin müavinəti ilə bağlı da həmin proses baş verdi. Müavinətlər artırıldıqdan sonra qanunlarda dəyişiklik etmək labüdləşdi. Məcburi köçkün qaçqın ailələri ilə bağlı da həmin proseslər yaşandı. Onların həyat şəraitinin yaxşılaşdırılması qanunlara yenidən nəzər salmaq zərurətini yaratdı. Belə misallar çoxdu. Yəni qəbul edilmiş qanunlar zamanın reallaqlarına məruz qalır. Ailə münasibətlərinə gəlincə, biz sovet dönəmində yaşamışdıq, sosial müdafiədə bir qədər loru desəm, daha çox ələbaxımlıq, bərabərləşdirmə hökm sürürdü. İndi parlamentdə qaldırdığımız məsələlərin adını o zaman çəkə bilməzdik. Amma zaman dəyişdi qanunların dəyişməsi zərurətə çevrildi. Bu baxımdan, qanunların yaranma prosesini dörd mərhələyə bölmək olar. Birinci, yeni qanunların hazırlanması, ikinci, qanunlara əlavə dəyişikliklərin edilməsi, üçüncü, beynəlxalq konvensiyalara qoşulma nəhayət, dünyada gedən qanun yaradıcılığı proseslərinin, təcrübəsinin öyrənilməsidir. Artıq bizdə elə bir mərhələyə başlayıb ki, yeni qanunların qəbulu yox, qəbul olunmuş qanunların üzərində işləmək, daha çox onları təkmilləşdirmək işinə başlamışıq.

- Məlum olduğu kimi, əvvəllər bəzi qanunların tətbiqi ilə bağlı monitorinqlər həyata keçirilirdi. Bu proses, görəsən, yenə davam edirmi?

- Əlbəttə. Ailə əmək məcəllələri monitorinq edilib. Bu proses yenə davam edir. Monitorinq nəticəsində Ailə Məcəlləsinə 101 dəyişikliyin olmasını müəyyənləşdirmişik. Amma niyə bu dəyişikliklərin hamısını birdəfəlik edə bilmirik? Qızların nikah yaşı, nikaha girənlərin əmlak müqaviləsi ilə bağlı polemikalar davam edir, ortaq rəy hələ əldə olunmayıb. Çalışırıq ki, cəmiyyətdə bu müzakirələri daha açıq aparaq. Çünki qanun mütləq sosial sifarişə cavab verməlidir. Belə olmasa, o qanunun işlək mexanizmi yaranmayacaq. Amma bununla belə hər il Ailə Məcəlləsinə bir neçə dəyişikliklər edilir. Əmək Məcəlləsinin monitorinqini vaxtaşırı aparırıq. Sosial ekologiya ilə bağlı olaraq, ekoloji yönümlü bütün qanunların monitorinqini aparırıq. Ümumiyyətlə, boşluqları müəyyənləşdirmək, qanunların üzərində əlavə dəyişikliklərin aparılması üçün bu addımlar çox vacibdir. Məsələn, biz ayrı-ayrı qanunlarda gənc ailənin sosial müdafiəsi ilə bağlı müddəaları müzakirə edib, bu haqda xüsusi qanun qəbul etməyi planlaşdırırıq. Aldığımız təkliflər içərisində çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında qanunun qəbulu ilə bağlı fikirlər var. Bu da müzakirə ediləsi bir məsələdir. Ən ciddi məsələlərdən biri əhalinin say artımı ilə bağlıdır. Başlı-başına buraxsaq, bu məsələ, əslində, Çində olduğu kimi çox böyük ekoloji fəlakətə gətirib çıxara bilər. Dünya təcrübəsi sübut edir ki, əhalinin təbii artımı da tənzimlənməlidir. Bu gün aldığımız təkliflər içərisində belə bir fikir var ki, çoxuşaqlı ailələrin artması üçün müəyyən güzəştlər edək, belə ailələri bu yolla həvəsləndirək. Bu gün lazımdırmı Azərbaycanda hər iki ailədən biri 12 uşağa sahib olsun? Ondansa, başqa bir məsələyə nəzər salaq. Bu gün ailələrin 12 faizi reproduktiv sağlamlığa malik deyil, dünyaya uşaq gətirə bilmirlər. Gəlin, bu məsələnin üzərində düşünək.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 17 aprel.- S. 8.