"Ulu öndər Heydər Əliyevi düşünərkən"
Bu mövzuda akademik
Zərifə Əliyeva
adına orta məktəbdə yazı müsabiqəsi keçirildi
Dünən akademik Zərifə Əliyeva adına orta məktəbdə "Ulu
öndər Heydər
Əliyevi düşünərkən"
adlı yazı müsabiqəsi keçirildi.
Müsabiqənin açılışında iştirak edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu
tədbir son illər, ənənəvi
olaraq, təşkil olunur və hər ilin əvvəlindən
orta məktəblərdə
ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilən inşa yazı müsabiqələri
keçirilir. Nazirin sözlərinə görə,
ilk olaraq, bu müsabiqələr kəndlərdə, qəsəbələrdə
keçirilir və sonra hər rayondan bir qalib
seçilir. Müsabiqə,
həmçinin, peşə
məktəblərində də
keçirilir. O da, qeyd edildi ki,
bu müsabiqədə
əsasən, yuxarı
sinif şagirdləri iştirak edir.
M.Mərdanovun sözlərinə
görə, bu müsabiqə ölkədə
təşkil olunan ən kütləvi tədbirdir və burada təxminən yarım milyona yaxın şagird iştirak edir: "Hazırda həmin müsabiqənin son turu keçirilir və burada 96 şagird iştirak edir. İnşa yazılar bir neçə gün ərzində nazirlik tərəfindən müəyyən
olunmuş ekspertlər
tərəfindən qiymətləndiriləcək.
Sonra şagirdlərin
yazısı kitabça
halında çap olunacaq. Son mərhələnin qalibləri may ayının əvvəlində
elan ediləcək. Ötən il olduğu kimi, yekun mükafatlandırma tədbirinin "Gülüstan"
sarayında təşkili
nəzərdə tutulub
ki, qaliblərə xüsusi mükafatlar,
"tərifnamə"lər
veriləcək".
Yazıların yoxlanma qaydasına gəldikdə
isə nazir qeyd etdi ki,
bu yazılar kodlaşdırılacaq və
əllə yoxlanacaq. Çünki 96 yazını
yoxlamaq üçün
xüsusi proqram tərtib etməyə ehtiyac yoxdur. Bir yazını 3-4 nəfərdən ibarət
ekspert oxuyacaq.
Tədbir zamanı bir sıra məsələlərə
aydınlıq gətirən
təhsil naziri M.Mərdanov məktəblərin
pedaqoji kadr təminatı ilə bağlı mövcud vəziyyətlə əlaqədar
bildirdi ki, bu sahədə növbəti proqram hazırlanıb və hökumət tərəfindən təsdiq edilib: "Ötən 5 il ərzində, demək olar ki, bu məsələni
həll etmişik. Ucqar rayonlarda ciddi müəllim çatışmazlığı olan çox az sayda məktəblər
var. Ona görə də, biz hökumət tərəfindən təsdiq
edilən həmin proqramı təqdim etdik. Yəqin ki, üzümüzə gələn yaydan o proqramın növbəti ildə həyata keçirilməsinə başlayacağıq.
Bu sahədə hazırda dəqiq rəqəm demək çətindir və 6-7 il öncə, bu rəqəm 7 min idi. Bunun
80 faizi yerinə yetirilib və yerlərə göndərilmək
üçün çox
az sayda müəllim qalıb".
Məktəblilər arasında
intihar hallarının
olması ilə bağlı məsələyə
münasibət bildirən
nazir bu halların böyük təəssüf doğurduğunu
bildirdi. Səbəblərin
müxtəlif olduğunu
deyən nazirin sözlərinə görə,
bu, əsasən, sağlamlıq problemi ilə əlaqədardır:
"Biz Səhiyyə
Nazirliyi isə xüsusi ekspertlərin iştirakı ilə gələcəkdə belə
halların qarşısının
alınması üçün
tədbirlər hazırlamışıq
və çalışacağıq
ki, gələcəkdə
bu cür hallar olmasın. Əsasən, bu hallar uğursuz ailələrdən olan xəstə uşaqlarda baş verir".
Texnikumların fəaliyyətinə
gəldikdə isə,
nazir qeyd etdi ki, qarşıdan
gələn 5 il müddəti üçün
Dövlət Proqramı
hazırlanıb və
təsdiq edilib:"Artıq
onlar kollec adlanır və biz həmin kolleclərin inkişaf proqramını həyata keçirəcəyik. Bu proqramda çox məsələlərin nəzərdə
tutulduğunu deyən nazir
qeyd etdi ki, buraya maddi-texniki
bazanın möhkəmləndirilməsi,
kadr təminatı, bütövlükdə, kollecdə
təhsilin keyfiyyətinin
artırılması nəzərdə
tutulub ki, bu da uzun
sürən bir prosesdir və nazirlik tərəfindən
bunun həyata keçirilməsinə başlanacaq".
Orta məktəblərdə
mərkəzləşmiş imtahanların keçirilməsi
ilə əlaqədar
məsələyə münasibət
bildirən nazir bildirdi ki, vaxt
bəllidir və bu iyun ayının
əvvəlllərinə təsadüf
edir: "Dörd
dəfə keçiriləcək
imtahanların dəqiq
vaxtı mətbuatda öz əksini tapacaq. İlk olaraq sınaq yoxlama imtahanlarının nəticələrini biz müzakirə edirik, hansı məktəbdə,
rayonlarda vəziyyətin
necə olduğu, hansı səhvlərin, nöqsanların buraxıldığı
araşdırılır. Düşünürəm ki,
yekun buraxılış
imtahanları daha yüksək səviyyədə
keçiriləcək".
İmtahanların nəticələrinə
gəldikdə isə,
nazirin sözlərinə
görə, nəticələr
o baxımdan qane edir ki,
ötən illə müqayisədə bu il mənimsəmə 10 faiz yüksək olub. Həmçinin, bu gün valideyinlər,
imtahan verənlər bu işi daha
yüksək dəyərləndirirlər
və daha məsuliyyətlə yanaşırlar.Bu il gəlməyənlərin
sayı ötənilkinə
nisbətən azdır.
Ancaq mövcud problemlər də var ki, onların
üzərində iş
gedir.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov Heydər Əliyevin doğum günü ilə bağlı yazı müsabiqəsinin keçirilməsinin
ənənə halını
aldığını deyərək,
bildirdi ki, bu, ölkəmizdə keçirilən ulu öndərin anılması
ilə əlaqədar
ən kütləvi
tədbirlərdən biridir:
"Hesab edirəm
ki, bu müsabiqənin
keçirilməsinin böyük
mənası var. Çünki orta məktəb şagirdləri,
yeniyetmələr Heydər
Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi
qarşısında misilsiz
xidmətləri ilə
bağlı öz düşüncələrini yazırlar.
Heydər Əliyevi dərk etmək istiqamətində cəhdlər
edir, ulu öndərin kəlamlarını
öyrənirlər. Beləliklə
də, bu, həm Heydər Əliyevin zəngin irsini öyrənməklə
yanaşı, həm də gənc nəsildə dövlətçilik
təfəkkürünün formalaşmasına həlledici
təsir göstərir.
Bu müsabiqədə
iştirak etməklə
dövlət haqqında,
dövlətçilik təfəkkürünün
formalaşması ilə
əlaqədar böyük
bir məktəb keçmiş olurlar. YAP bu müsabiqələrin
keçirilməsində yaxından
iştirak edir və biz qərara
almışıq ki, bu müsabiqənin qalibləri ali məktəblərə daxil
olduqda partiya tərəfindən oxuduqları
müddət ərzində ayda 50 manat məbləğində
təqaüd alırlar.
Artıq bu müsabiqənin qaliblərindən
11 nəfər ali məktəbə daxil olub və onlar
YAP-ın təqaüdlərini
alırlar ki, bu da bir
stimuldur".
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 21 aprel.- S. 4.