Əli Əhmədov:
“Münaqişənin ədalətli şəkildə həll
olunması Azərbaycanın işğal olunmuş
torpaqlarının azad olunmasından keçir"
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini,
icra katibi Əli Əhmədovun SİA-ya müsahibəsi
- Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlunun dünəndən Bakıya səfəri
başlayb. Sizcə, bu səfər
münasibətlərdə hansı yeniliklər yarada
bilər?
- Bu, tamamilə yüksək
qiymətləndirməyə layiq olan bir səfərdir. Bildiyiniz kimi, Türkiyənin həm Baş naziri, həm
xarici işlər naziri bu yaxınlarda ABŞ-da
keçirilən Nüvə Təhlükəsizliyi
Sammitində iştirak ediblər. Eyni
zamanda, Amerikanın prezidenti, digər rəsmi
şəxsləri ilə görüşlərdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə
əlaqədar söhbətlər aparılıb. Məmnunluq hissi ilə qeyd etmək lazımdır
ki, həmişə olduğu kimi Türkiyə
hökumətinin baş naziri Dağlıq Qarabağ
münaqişəsinin nizama salınmasında ədalətli
mövqe nümayiş etdirib. Türkiyə
münaqişənin nizama salınması üçün
ATƏT-in
Türkiyənin
münaqişənin nizama salınması prosesinə
qoşulmasını təbii hesab edirik. Bunun bir
səbəbi onunla əlaqədardır ki, Türkiyə Minsk
qrupunun üzvlərindən biridir. Biz hesab
edirik ki,
Digər tərəfdən
Türkiyə Azərbaycanın dost və qardaş
ölkəsi kimi münaqişənin ədalətli
şəkildə, Azərbaycanın pozulmuş
hüquqlarının bərpa edilməsi şərtləri
çərçivəsində həll olunmasında
bilavasitə maraqlı dövlətdir. Bu
səbəbdən də Türkiyənin prosesə
qoşulmasını alqışlayırıq və regionda
böyük nüfuza, söz haqqına malik olan
Türkiyənin bu prosesə qoşulması hesab edirik ki,
münaqişənin nizama salınması işinə
özünün əhəmiyyətli töhfəsini verə
bilər. Biz buna inanırıq, vacib hesab
edirik və bunun tərəfdarıyıq. Son zamanlar Türkiyənin bu istiqamətdə
göstərdiyi həm səylər, həm fəallıq,
həm də onun nəticələri göz
önündədi.
- Bu günlərdə Türkiyə mediasında belə
bir məlumat yayılıb ki, Rəcəb Tayyib Ərdoğan
Azərbaycandan siqnal aldıqlarını bəyan edib. Qeyd
olunur ki, iki rayonun - Füzuli və Ağdamın
qaytarılması Türkiyə-Ermənistan
münasibətlərində, münaqişənin həllində
irəliləyiş ola bilər. Bu fikirlər nə dərəcədə
həqiqətə uyğundur?
- Prinsip etibarı ilə
münaqişənin nizama salınması və həlli
Azərbaycan üçün bir anlama gətirib
çıxarır ki, bu da Azərbaycanın işğal
olunmuş torpaqlarının azad olunmasıdır. Azərbaycan prezidenti cənab İlham Əliyev
dəfələrlə mövqeyini bəyan edib və bu
gün münaqişənin nizama salınması ilə
əlaqədar Azərbaycanın yanaşması yalnız
səsləndirilən bəyanat
çərçivəsindədir. Amma hər bir prosesin
həllinin müxtəlif mərhələləri ola bilər. Bu mənada bütövlükdə
danışıqlar və nizama salınma prosesinə hər
hansı bir dinamika gətirməkdən ötrü
müxtəlif təkliflər ola bilər,
bu təkliflər nəzərdən keçirilə bilər,
mərhələli şəkildə münaqişənin
nizama salınması üçün müxtəlif
addımlar atıla bilər. Bu kondeksdə
səsləndirilən fikri dəyərləndirmək
mümkündür. Bütövlükdə isə qeyd
etdiyim kimi, Azərbaycan üçün
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nəticələrinin aradan
qaldırılmasının bir anlamı var. Bu da qeyd etdiyim
kimi, Azərbaycanın işğal altında olan torpaqlarının
işğaldan azad edilməsi, məcburi
köçkünlərin öz yurd-yuvalarına
qaytarılmasıdır.
- Dünən bəlli oldu ki, Azərbaycan tərəfi
ABŞ-la birgə hərbi təlimlərdən imtina edib. Bunu necə qiymətləndirirsiniz?
- Mən belə hesab
edirəm ki, bütövlükdə bu proseslər bir-biri
ilə bu və ya digər dərəcədə
əlaqəlidir. Regionda
əmin-amanlığın, sabitliyin,
əməkdaşlığın təmin edilməsi
Ermənistanla Azərbaycan arasında yaşanan
münaqişənin nəticələrinin aradan qaldırılması
ilə bilavasitə əlaqədardır. Bundan
kənarda və bundan ayrılıqda Cənubi Qafqazda
sülhün, əmin-amanlığın təmin edilməsi
mümkün deyil. Əgər bütün
proseslər bu konteksdən nəzərdən
keçirilirsə, onda ilkin olaraq münaqişənin nizama
salınması üçün əhəmiyyətli
addımlar atılmalı, bu istiqamətdə ədalətli
tədbirlərin görülməsi
planlaşdırılmalıdır. Bunun
nəticəsi və yekunu olaraq regionda sülhün,
əmin-amanlığın təmin edilməsi
istiqamətində digər əlavə, sonrakı
mərhələlərə aid olan tədbirlər
görülə bilər. Belə hesab edirəm ki, bu
gün üçün Azərbaycan cəmiyyətinin
qəbul edəcəyi bir reallıq var. Bu da ondan ibarətdir
ki, istənilən beynəlxalq, siyasi qurumlarla
Azərbaycanın münasibətlərinin kökündə
dayanan çox vacib məsələlərdən biri də
Azərbaycana qarşı edilmiş haqsızlığa
həmin təşkilatların və qurumların
münasibətlərinin aşıq şəkildə ortaya
qoyulmasıdır. Əgər Azərbaycanın
haqlı mövqeyi bu qurumlar tərəfindən müdafiə
edilmirsə, onda Azərbaycan cəmiyyətinin bu
münasibətlərin Azərbaycanın maraqlarına nə
dərəcədə uyğun gəlməsi ilə
əlaqədar sualları ortaya çıxır. Hesab edirəm ki, bütövlükdə yanaşma
belədir. Amma inanmaq istədiyim ondan
ibarətdir ki, Azərbaycanın ədalətli mövqeyini
getdikcə dünya birliyində daha geniş dairələr
dərk edir və qəbul edir. Bu
əhəmiyyətli irəliləyişdir və bu
istiqamətdə səylərin
genişləndirilməsinə böyük ehtiyac var. Azərbaycanın
xarici siyasətində atılan bütün addmların
kökündə dayanan həqiqət və məntiq bundan
ibarətdir.
- Müsavat partıyasının seçkiqabağı
piket və mitinqlərə start verməsini necə
dəyərləndirirsiniz?
-
Siyasət və müxalifət siyasəti mitinqdən
ibarət deyil. Müxalifətin öz siyasətini yalnız
mitinq, küçə aksiyaları ilə
məhdudlaşdırmasını bütövlükdə
səmərəli və düzgün saymıram. Bu
məsələnin birinci tərəfi. Məsələnin
ikinci tərəfinə gəlincə, təəssüf hissi
ilə qeyd etmək istəyirəm ki, müxalifət partiyaları
bir sıra hallarda özlərinin sosial bazasında
zəifliyini o qədər də müsbət qəbul olunmayan
və səmərəsiz üsullarla ört-basdır
etməyə çalışır. Xatırlayırsınızsa,
2007-2008-ci illərdə müxalifətin kütləvi aksiyalar
keçirməsi üçün müvafiq yerlər ayrılmışdı.
Amma bir neçə kütləvi aksiya keçirmək
cəhdləri müxalifətin arxasında ictimai
dayağın olmadığını ortaya qoydu. Ukrayna
meydanında bir neçə dəfə müxalifət
tərəfindən uğursuz kütləvi aksiyalar
keçirməsi cəhdlərini xatırlamağı
təklif edirəm. Bu onu göstərdi ki, müxalifət
mitinqlərini keçirməkdən ötrü kifayət
qədər ictimai dəstəyə malik
olmadığından, təşkil etdikləri kütləvi
aksiyalarda iştirak edən insanların sayı
həddindən artıq az olur. Belə olan halda
müxalifət partiyaları öz taktikalarında
dəyişiklik edirlər və özlərinin sosial
bazasının zəifliyinin, təşkil etdikləri
kütləvi aksiyalara insanların gəlmək
istəmədiyini guya "Azərbaycanda müxalifətin
kütləvi aksiyalar keçirməsinə hökumət
və müvafiq hakimiyyət qurumları
tərəfindən qadağalar qoyulur" tezisləri ilə
ört-basdır etməyə çalışırlar. Ona görə də şəhərin elə
yerlərində mitinqlərin keçirilməsi iddiasına
düşürlər ki, hər bir Azərbaycan
vətəndaşı üçün aydındır ki,
həmin yerlərdə mitinq və kütləvi aksiyaların
keçirilməsi mümkün deyil.
Təhlükəsizlik, şəhərdəki normal ictimai
gediş-gəlişin pozulması və digər nöqteyi
nəzərdən. Təbii ki, onlar özləri də
əvvəlcədən bilirlər ki, həmin yerlərdə
kütləvi aksiyaların keçirilməsi çox ciddi
səbəblərlə əlaqədar
məqsədəuyğun sayılmayacaq. Beləliklə
də, onlar özlərinin o qədər də düzgün,
ədalətli olmayan niyyətlərini ortaya qoymuş olurlar.
Məqsəd kifayət qədər natəmizdir. O
məqsədə çatmaq üçün seçilmiş
yollar səmərəli deyil. Bütün bunlara
rəğmən Azərbaycanda istənilən siyasi
partiyanın kütləvi aksiyalar keçirməsi
üçün imkan yaradılıb, yerlər ayrılıb.
Amma bu aksiyanı keçirmək istəyən
adamların həmin yerlərdə kütləvi aksiya
keçirməkdən imtina etmələri bir daha onların
bir yandan kütləvi aksiyalarda iştirak edən insaların
kifayət qədər az olmasından və beləliklə
də aksiyanın baş tutmayacağını
əvvəlcədən bilmələrindən xəbər
verir. İkinci tərəfdən də bir sıra
beynəlxalq təşkilatlar qarşısında Azərbaycan
haqqında xoşagəlməyən rəy
formalaşdırmaq istəyindən xəbər verir. Amma
həqiqət tamamilə başqa yerdə dayanıb ki, bu
barədə də fikirlərimi səsləndirdim.
Azərbaycanda kütləvi aksiyaların, mitinqlərin
keçirilmısi üçün imkan, şərait, qanuni
təminatlar da var. Sadəcə olaraq
müxalifət, qeyd etdiyim kimi, öz kütləvi
aksiyalarını keçirmək üçün lazımi
insanları toplaya bilmədiyindən müxtəlif,
xoşagəlməyən bəhanələrlə
"Azərbaycanda kütləvi aksiyaların
keçirilməsinə qadağalar qoyulub" kimi ab-hava,
təəssürat yaratmaqdan ötrü müxtəlif
xoşagəlməz oyunlardan çıxırlar.
- Yeni Azərbaycan
Partiyasının parlament seçkilərini
hazırlığı hansı səviyyədədir?
-
Partıyanın cari ilin noyabr ayında keçiriləcək
parlament seçkilərinə hazırlıq səviyyəsi
çox yüksək səviyyədə gedir və
narahatçılığa heç bir əsas yoxdur.
Səs.- 2010.- 21 aprel.- S. 6.