Regionların sosial-iqştisadi inkişafı: uğurlar perspektivlər"

 

"Səs" qəzeti Şabran və Siyəzən rayonlarında bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Səsqəzeti tərəfindən ənənəvi olaraq respublikamızın bütün rayon şəhərlərində "Regionların sosial-iqtisadi inkişafı: uğurlar perspektivlər" mövzusunda keçirilən dəyirmi masalar ölkə ictimaiyyəti tərəfindən böyük maraq diqqətlə izlənilməkdədir. Dəyirmi masanın budəfəki ünvanı Şabran Siyəzən rayonlarını əhatə etmiş oldu.

"Səs" qəzetinin keçirdiyi bu dəyirmi masalar da bölgələrdə görülən işləri geniş oxucu auditoriyasına çatdırmaq məqsədi daşıyır. Qəzetin Şabran rayonunda keçirdiyi dəyirmi masada Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının sədri, rayon icra hakimiyyətinin (RİH) birinci müavini Mehdi Balabəyov, Şabran RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Fikrət Nüşiyev, Siyəzən Neft Qaz Çıxartma İdarəsinin şöbə rəisi Fərid Məmmədov, Siyəzən RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin məsləhətçisi Gündüz Səmədli, YAP Siyəzən rayon təşkilatının sədri, RİH başçısının müavini Etibar Heydərov, "Siyəzənneft" NQÇİ-nin baş mühasibinin müavini Cavid Abbasov, Siyəzən RİH-in təhsil, səhiyyə və mədəniyyət şöbəsinin məsləhətçisi Samir Baxşıyev, Şabran RİH-in başçısının müavini Ramiz Vahabov, YAP Şabran rayon təşkilatı qadınlar şurasının sədri Minə Quliyeva, Siyəzən rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hacızadə, Şabran rayon Maliyyə idarəsinin rəisi Bəhlul Abbasov, Şabran rayon Təhsil şöbəsinin müdiri Sabir Ağarzayev, Şabran rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Səmədov, YAP Siyəzən rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev, Siyəzən QE-nin mühəndisi Əmirxan Hüseynli, Şabran rayon bələdiyyəsinin sədr müavini İkram Sultanov, Şabran şəhər bələdiyyəsinin hüquq işləri üzrə məsləhətçisi Hüseyn Sultanov, Şabran şəhər 7 illik musiqi məktəbinin direktoru Mütəllim Yolçuyev, Şabran Meşə Mühafizəsi və Bərpası idarəsinin direktoru Bəybala Allahyarov, Şabran şəhər bələdiyyəsinin sədri Qəhrəman Quliyev, Siyəzən rayon ƏSMM-in baş məsləhətçisi İlham Əliyev, Şabran rayon Dövlət Sosial Müdafiə Fondunun sədri Tofiq Əmrahov, Şabran rayon Gənclər İdman idarəsinin baş məsləhətçisi Xalidə Əliyeva iştirak edirdilər.

Dəyirmi masa iştirakçıları çıxışlarında yaşadıqları bölgədə və gündəlik həyatlarında baş verən müsbət dəyişiklikləri regionun sosial-iqtisadi inkişafının təzahürləri ilə əlaqələndirdilər.

 

Xalidə Əliyeva:

- Ötən il ərzində ölkəmizin gənclər siyasətinin icrası ilə bağlı bir-birindən maraqlı tədbir və yarışlar keçirilib. Torpaqlarımızın 20 faizinin hələ də erməni qəsbkarları tərəfindən işğal altında olduğu bir vaxtda gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması məsələləri ilə bağlı ilboyu mühüm tədbirlər həyata keçirilib.

 

"Səs" qəzetinin əməkdaşı:

- Xalidə xanım, Şabran rayon idmançılarının respublika və beynəlxalq əhəmiyyətli idman yarışlarında göstərdiyi nəticələr hansı səviyyədədir?

 

 

DÖVLƏT PROQRAMI ÇƏRÇİVƏSİNDƏ ŞABRANDA YENİ GƏNCLƏR EVİ VƏ OLİMPİYA KOMPLEKSİ TİKİLƏCƏK

 

Xalidə Əliyeva:

- Qeyd edə bilərəm ki, 2009-cu il Şabran idmançıları üçün uğurlu il olub. Belə ki, ilin əvvəlində Bakıda yeniyetmələr gənclər arasında sambo idman növü üzrə keçirilən yarışda 7 nəfərdən ibarət komandanın üç idmançısı birinci yeri, bir idmançısı isə ikinci yeri tutub. Sevindirici hal ondan ibarətdir ki, həmin idmançıların sırasında olan Yusif Cəlilov 2009-cu ilin aprelində Yunanıstanda keçirilən dünya çempionatında 52 kq çəki dərəcəsində ölkəmizi layiqincə təmsil edib. Ölkəmizin cəmi dörd rayon şəhərində aparılan akrobatika idman növü Şabran rayonunda da tədris olunmaqdadır. Ötən ilin iyul ayında akrobatika gimnastikası üzrə keçirilən Azərbaycan birinciliyində Şabran rayon idmançıları fəxri kürsünün ən yüksək zirvəsinə qədər çıxmağı bacarıblar. Bundan əlavə, olimpiya idman növləri olan futbol, boks, cüdo stolüstü tennis üzrə keçirilən yarışlarda rayon idmançıları mükafatlara layiq görülüblər. 2009-cu ildə rayon respublika səviyyəli idman yarışlarında Şabran rayonundan 3118 idmançı bu yarışlara qatılıb. Ölkə səviyyəli yarışlarda idmançılar tərəfindən Şabran rayonuna 24 qızıl, 18 gümüş, 13 bürünc medal gətirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin aprel ayının 14-də imzalamış olduğu "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramı"nın (2009-2013-cü illər) icrası ilə bağlı Şabran rayonunun tədbirlər planında nəzərdə tutulan bütün işlər görülməkdədir. Bu qəbildən Şabran rayonunda yeni gənclər evinin, olimpiya kompleksinin, iki yeni süni ot örtüklü mini-futbol meydançasının bir yeni idman zalının tikintisi, eləcə , Şabran şəhər stadionunun əsaslı təmiri yenidən qurulması nəzərdə tutulur.  Dövlət Proqramının icrasının yerinə yetirilməsi işinə Şabran rayon gəncləri öz töhfəsini verir. Belə ki, dövlətimizin onlara olan diqqət qayğısına öz əməli işləri ilə cavab verirlər.

 

"Səs" qəzetinin əməkdaşı:

- Siyəzən rayonunda gənclər siyasətinin hansı prinsip üzərində qurulması və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı hansı işlərin görülməsi barəsində nə deyə bilərsiniz?

 

 

İDMANÇILARIMIZ DÜNYA VƏ AVROPA ÇEMPİONATLARINDA UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDİRLƏR

 

Elvin Hacızadə:

- Azərbaycan gənclərinə dövlət qayğısı xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dönəmlərdə mövcud olub. Həmçinin, Onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi işlər bu diqqət və qayğının bu gün də davam etdiyini göstərir. Gənclər onlara göstərilən bu böyük diqqəti və etimadı daima öz əməli işləri ilə doğrultmağa çalışırlar. Hazırda bütün dünya ictimaiyyəti görür ki, Azərbaycanda gənclər və idman siyasəti sayəsində böyük qlobal tədbirlər görülür, neçə-neçə idman kompleksləri tikilib istifadəyə verilir. Bizim zonada da bu komplekslərin fəaliyyəti gənclərin daima idmanla məşğul olmasına və onların layiqli idmançılar kimi yetişməsinə öz təsirini göstərir. 2005-2009-cu illəri əhatə edən dövlət gənclər siyasəti proqramında gənclərin bir sıra sahələrdə inkişafı nəzərdə tutulur. Proqramla nəzərdə tutulan tədbirlərin 90 faizi Siyəzəndə artıq həyata keçirilib. Vurğulamaq istəyirəm ki, Şabranda olduğu kimi, Siyəzən rayonunda da idman sahəsində çoxsaylı uğurlar əldə olunub. Ayrı-ayrı yaş qruplarından ibarət boks üzrə milli komandamızın tərkibində Siyəzən idmançıları da təmsil olunur. Bununla yanaşı, rayon idmançıları dünya və Avropa çempionatlarında da uğurlu nəticələr əldə edirlər. Siyəzən gəncləri Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət ətrafında sıx birləşiblər. Onlar atdıqları bütün addımlarda dövlət başçısının adına layiq olmağa çalışırlar.

 

"Səs" qəzetinin əməkdaşı:

- YAP-ın fəaliyyəti Şabran və Siyəzən rayonlarında necə həyata keçirilir? Qarşıdan ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü gəlir. Bu münasibətlə hər iki rayonda hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?

 

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİYƏZƏNDƏ ZİRVƏ KONFRANSI KEÇİRİLƏCƏK

 

Etibar Heydərov:

- YAP Siyəzən rayonunda da ölkənin ən aparıcı siyasi təşkilatı kimi fəaliyyət göstərir. Partiyanın rayon təşkilatının 2750 nəfərdən artıq üzvü 39 ərazi ilk partiya təşkilatında birləşib. Təşkilat ötən bələdiyyə seçkilərində fəal iştirak edib, bütün ölkə ərazisində olduğu kimi, burada da namizədlərin müəyyənləşdirilməsində gənclərə və qadınlara üstünlük verilib. YAP-çı gənclər və qadınlar da partiyanın onlara olan etimadını doğruldaraq, seçkilərin qalibi olmuşlar. Qeyd olunduğu kimi, qarşıdan ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü gəlir. YAP-ın rayon təşkilatı bununla əlaqədar tədbirlər planı hazırlayıb və artıq aprel ayının 15-dən etibarən onun icrasına başlayıb. Bu münasibətlə təşkilatın gənclər və qadınlar birlikləri tərəfindən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bütün tədbirlərin nəticəsi olaraq, may ayının 10-da zirvə konfransı reallaşacaq. Bu konfrans geniş rayon ictimaiyyətini iştirakı ilə keçiriləcək. Rayon təşkilatı bu ilin noyabr ayında keçirilməsi planlaşdırılan növbəti parlament seçkilərinə qeyri-rəsmi də olsa start verib. Bu istiqamətdə bir sıra işlər görülür. Rayon ərazisində 54 saylı Şabran-Siyəzən dairə seçki komissiyası yerləşir ki, burada da 23 seçki məntəqəsi fəaliyyət göstərir. İndi məntəqələrin formalaşdırılması, seçici siyahılarının hazırlanması prosesini aparırıq. YAP-ın İcra Katibliyi tərəfindən qarşıya qoyulan bütün tədbirlər və tövsiyələr icra olunur.

YAP Siyəzən rayon təşkilatının sədri olaraq, son zamanlar ABŞ-ın ölkəmizə münasibəti barədə fikrimi bildirmək istəyirəm. Düşünürəm ki, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə Azərbaycanın dəvət olunmaması təzyiq formasıdır. Ölkənin anormal müxalifəti isə bunu şadyanalıqla qeyd edir. Beləliklə, onların hansı ölkələrin xarici təşkilatlarına işlədikləri aydın oldu. Müxalifət rəhbərləri birbaşa ermənilərlə əlaqədə olan insanlardır. Belə vəziyyətdə dövlətçilik maraqlarının təmin edilməsi üçün iqtidarla birlik nümayiş etdirməli olduqları halda, əks-reaksiya verirlər. İnanmıram ki, hansısa ölkədə bu cür anormal müxalifət olsun. Müxalifətin böyük əksəriyyəti, xüsusilə, radikal müxalifət dövlətin və xalqın milli mənafeyinə ziddi olan addımları ilə seçilir. YAP-ın Siyəzən rayon təşkilatı olaraq, müxalifətin bu istiqamətə yönələn fəaliyyətini pisləyir və buna son qoymağa çağırırıq. Onlarla hər kəs öz səlahiyyəti çərçivəsində mübarizə aparmalıdır. Çünki bir dövlətin və millətin ümumdövlət maraqlarına qarşı hər hansı addımın atılması yolverilməzdir. Bu gün Azərbaycan xalqı çox yaxşı başa düşür ki, müxalifət hansı yoldadır və kimlərə xidmət edir. Ona görə də, müxalifətçilər ölkədə keçirilən bütün seçki proseslərində pozuculuğa əl atırlar. Bu baxımdan, hər bir ölkə vətəndaşı ayıq-sayıq olmalı və proseslərə dərhal reaksiya verməlidir.

 

 

(Ardı var)

 

Tapdıq QURBANLI,

 

Kübra ƏLİYARLI

 

Səs .- 2010 .- 21 aprel.- S. 8-9.