“Regionların sosial-iqtisadi
inkişafı: uğurlar və perspektivlər"
"Səs" qəzeti Şabran və Siyəzən
rayonlarında bu mövzuda növbəti dəyirmi masa
keçirdi
(Əvvəli ötən sayımızda)
“Səs” qəzeti tərəfindən
ənənəvi olaraq respublikamızın bütün rayon və
şəhərlərində "Regionların sosial-iqtisadi
inkişafı: uğurlar və perspektivlər"
mövzusunda keçirilən dəyirmi masalar ölkə
ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə
izlənilməkdədir. Dəyirmi
masanın budəfəki ünvanı Şabran və Siyəzən
rayonlarını əhatə etmiş oldu.
"Səs"
qəzetinin keçirdiyi bu dəyirmi masalar da bölgələrdə
görülən işləri geniş oxucu auditoriyasına
çatdırmaq məqsədi daşıyır. Qəzetin Şabran rayonunda
keçirdiyi dəyirmi masada Yeni Azərbaycan
Partiyasının (YAP) Şabran rayon təşkilatının
sədri, rayon icra hakimiyyətinin (RİH) birinci müavini
Mehdi Balabəyov, Şabran RİH-in ictimai təşkilatlar və
siyasi partiyalarla iş şöbəsinin müdiri Fikrət
Nüşiyev, Siyəzən Neft-Qaz Çıxartma İdarəsinin
şöbə rəisi Fərid Məmmədov, Siyəzən
RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş
şöbəsinin məsləhətçisi Gündüz Səmədli,
YAP Siyəzən rayon təşkilatının sədri,
RİH başçısının müavini Etibar Heydərov,
"Siyəzənneft" NQÇİ-nin baş
mühasibinin müavini Cavid Abbasov, Siyəzən RİH-in təhsil,
səhiyyə və mədəniyyət şöbəsinin məsləhətçisi
Samir Baxşıyev, Şabran RİH-in
başçısının müavini Ramiz Vahabov, YAP
Şabran rayon təşkilatı qadınlar
şurasının sədri Minə Quliyeva, Siyəzən rayon
Gənclər və İdman idarəsinin rəisi Elçin
Hacızadə, Şabran rayon Maliyyə idarəsinin rəisi Bəhlul
Abbasov, Şabran rayon Təhsil şöbəsinin müdiri
Sabir Ağarzayev, Şabran rayon Mədəniyyət və
Turizm şöbəsinin müdiri Əhməd Səmədov,
YAP Siyəzən rayon təşkilatının aparat rəhbəri
İxtiyar İsayev, Siyəzən QE-nin mühəndisi Əmirxan
Hüseynli, Şabran rayon bələdiyyəsinin sədr
müavini İkram Sultanov, Şabran şəhər bələdiyyəsinin
hüquq işləri üzrə məsləhətçisi
Hüseyn Sultanov, Şabran şəhər 7 illik musiqi məktəbinin
direktoru Mütəllim Yolçuyev, Şabran Meşə
Mühafizəsi və Bərpası idarəsinin direktoru Bəybala
Allahyarov, Şabran şəhər bələdiyyəsinin sədri
Qəhrəman Quliyev, Siyəzən rayon ƏSMM-in baş məsləhətçisi
İlham Əliyev, Şabran rayon Dövlət Sosial Müdafiə
Fondunun sədri Tofiq Əmrahov, Şabran rayon Gənclər
İdman idarəsinin baş məsləhətçisi Xalidə
Əliyeva iştirak edirdilər.
Dəyirmi masa iştirakçıları çıxışlarında yaşadıqları bölgədə və gündəlik həyatlarında baş verən müsbət dəyişiklikləri regionun sosial-iqtisadi inkişafının təzahürləri ilə əlaqələndirdilər.
PREZİDENT CƏNAB İLHAM ƏLİYEVİN
İŞTİRAKI İLƏ 524 METR UZUNLUĞUNDA ŞABRAN ŞƏHƏR
DƏMİR KÖRPÜ İSTİFADƏYƏ VERİLƏCƏK
Mehdi Balabəyov:
- Hər bir siyasi təşkilatın
məqsədi siyasi kampaniyalarda fəal iştirak etmək və
qələbə qazanmaqdır. YAP-ın yerli təşkilatı
olaraq partiyanın mərkəzi aparatının və İcra
Katibliyinin tədbirlər planına, qarşıya qoyduğu vəzifələrə
və tövsiyələrə uyğun hərəkət
etdirik. Rayon təşkilatının 3300-dən
çox üzvü 62 ərazi ilk partiya təşkilatında
toplaşıb. YAP-ın Şabran rayon təşkilatı
respublikada və bölgədə gedən proseslərdə
yaxından iştirak edir. Bildiyimiz kimi,
qarşıdan əhəmiyyətli siyasi kampaniya olan, parlament
seçkiləri gəlir. YAP-ın bu proseslərdə
kifayət qədər təcrübəsi var. Ümid edirik ki,
partiyamız budəfəki seçkilərdə də fəal
iştirak edəcək və qələbə qazanacaq. Çünki Şabran rayon ictimaiyyəti YAP-ın
yürütdüyü siyasətə dəstək verir və
Onun dövlətimizin perspektivi üçün uğurlu
olduğuna inanır. Hətta rayonun müxalifət
partiya təşkilatlarında təmsil olunanlar da sonradan YAP-a üzv olurlar. Siyasi iradədən
zəif olan bu şəxslərin öz tutduqları səhv
yoldan çəkinmələri, təbii ki, sevindiricidir.
Əsas odur ki, doğru yolu tanıyıb, ona
doğru hərəkət edəsən. Bu
da, onu göstərir ki, partiyaya olan inam və etibar getdikcə
artır.
"Səs" qəzetinin əməkdaşı:
- Şabran rayonunda Dövlət
Proqramının icrası məqsədilə hansı tədbirlər
həyat keçirilir?
Mehdi Balabəyov:
- "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nın
icrasına gəldikdə isə, proqramın birinci mərhələsi
(2003-2008-ci illər) uğurla başa
çatdırılıb. Hazırda Dövlət
Proqramının 2009-2013-cü illəri əhatə edən
ikinci mərhələsi uğurla icra olunmaqdadır. Dövlət Proqramının həyata keçirilməsi
inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatı
üçün güclü təkanvericidir. Dünyada
mövcud olan maliyyə böhranına baxmayaraq, ölkəmizdə
ümumi daxili məhsul (ÜDM) 9,3,
adambaşına düşən gəlirlərin həcmi isə,
7,3 faiz artıb. Uğurlu ölkə
iqtisadiyyatının müsbət nəticələri
bütün regionlara öz təsirini göstərib. Bu
göstəricilər dünyanın çox az
ölkəsində ola bilər. Məsələn,
Lerikə və Yardımlıya qazın çəkilməsi
sovet dövründə mümkün olmayan bir hadisə idi.
Lakin bu gün dövlət
başçısı İlham Əliyevin uğurlu iqtisadi
islahatları sayəsində bu, baş verib. Hətta Xınalığa yolun çəkilməsi
də uğurlu işlərin nəticəsidir. Bu cür rifahı dəyərləndirə bilməyən
müxalifət partiyaları, deməli, kordurlar. Əvvəllər Bakı-Rusiya yolunun çəkilməsi
müşkül məsələyə çevrilmişdi.
İndi isə bu yolun çəkilməsi
artıq reallaşıb. Belə ki, bu
günlərdə Prezident cənab İlham Əliyevin
iştirakı ilə ən uzun körpü 524 metr
uzunluğunda Şabran şəhər dəmir körpsü
istifadəyə veriləcək. Bununla
yanaşı, Şabran rayonunda 262 milyon kubmetr su tutumu olan
Taxtakörpü su anbarının, eyni zamanda, onun üzərində
su-elektrik stansiyasının tikintisi nəzərdə tutulur.
Burada qaz təsərrüfatı, demək olar
ki, yenidən qurulub. Ancaq 17 il bundan
öncə, biz rayon mərkəzində odundan, kömürdən
yanacaq kimi istifadə edirdik. Əhalinin içməli
su ilə tam təmin edilməsi üçün də yerli
komissiya öz işini davam etdirir. Bir
sözlə, rayonda böyük tikinti, quruculuq-abadlıq və
yenidənqurma-bərpa işləri həyata keçirilir.
Budur əsil inkişaf və tərəqqi.
17-18 il bundan öncə, Şabran rayonunda
insanlar çörək ala bilmirdilər. İnsanlar
burada "kambinat" deyilən əraziyə gedərək,
çörəyi çuvalla gətirirdilər. Və yaxud da camaat səhər sübh tezdən
çörək növbəsinə dayanardı. Çörəklərin tərkibi də insanlara məlum
deyildi. Bunun acı nəticəsi olaraq,
rayonun bir nəfər müəllimi çörək növbəsinə
gedərkən, qatarın altında qalaraq, iki
ayağını itirib. Bu cür faktlar
kifayət qədərdir.
Bunlardan əlavə, Şabran
rayonu 105 nəfər şəhid verib və 62 nəfər
Qarabağ əlili var. Bu da müxalifət rəhbərlərinin
vaxtilə hakimiyyətdə olarkən, yürütdüyü
səriştəsiz siyasət nəticəsində olub. O vaxt
onların ordu təşkil edə bilməmələri, dinc əhalinin
məhv olmasına gətirib çıxarıb. İndi isə hərbi çağırış əsil
toy-bayram kimi qeyd olunur. Gənclərimiz milli ordumuzda xidmət
etməyə can atırlar. Bu, ulu öndərimiz
Heydər Əliyevin əsasını qoyduğu və Prezident
cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirilən uğurlu siyasətin nəticəsidir.
"Səs" qəzetinin əməkdaşı:
- Bəs Şabran rayonunda təhsilin səviyyəsinin
yüksəldilməsi ilə bağlı hansı tədbirlər
görülür?
HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ
İLƏ ŞABRANDA YENİ MƏKTƏB BİNALARI
İSTİFADƏYƏ VERİLİB
Mehdi Balabəyov:
- Əvvəllər,
Şabran rayonunda yerləşən orta məktəblərin -
vəziyyəti, şagirdlərin normal təhsil almaları
üçün yetərli şəraitin olmaması bizdə
təəssüf hissi doğururdu. Bu gün isə,
respublikanın hər yerində olduğu kimi, Şabran
rayonunda da geniş təhsil islahatları həyata keçirilir.
Belə ki, rayonda olan orta təhsil müəssisələrinin
əksəriyyətinin səviyyəsinə müasir dünya
standartlarına tam cavab verir. Heydər Əliyev
Fondunun təşəbbüsü və rəhbərliyi ilə
yeni məktəb binaları tikilərək istifadəyə
verilir və ya təmir-bərpa olunur. Bu işdə
investisiyaların rolu da az deyil. Həmin məktəblər tamamilə kompüterləşib
və şagirdlərin ondan hər cür istifadə etməsi
üçün əsaslı şərait yaradılıb.
Rayon yeniyetmələri və gəncləri təhsildə
uğurlar əldə etməklə dövlət
başçısı İlham Əliyevin və fondun
Prezidenti Mehriban xanım Əliyevanın onlara olan
etimadını doğrultmalıdır. Çünki
Onlar Azərbaycanda təhsilin ən yüksək səviyyədə
tədris olunması istiqamətində əməli addımlar
atıb və hazırda da atmaqdadırlar.
"Səs" qəzetinin əməkdaşı:
- "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın hədəflərindən biri də
turizmin inkişaf etdirilməsidir. Hətta bunun
üçün dövlət başçısı cənab
İlham Əliyev müvafiq sərəncam imzalayıb. Maraqlıdır
ki, bu bölgədə turizmin inkişaf etdirilməsi
üçün hansı hansı işlər
görülür?
ŞABRANDA DƏNİZ VƏ DAĞ TURİZMİNİN
İNKİŞAFI ÜÇÜN ƏSASLI ŞƏRAİT
YARADILIR
Əhməd Səmədov:
- "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nda turizmin inkişaf
üçün genişmiqyaslı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə
Şabran rayonunda xeyli işlər görülüb. Əvvəla, onu qeyd edim ki, rayon ərazisi tarixi abidələrlə
olduqca zəngindir. Bu gün Şabranda 150-ə
yaxın tarixi abidə qeydiyyata alınıb. Bununla yanaşı, rayon ərazisində dəniz
turizminin və dağ turizminin inkişafı ilə
bağlı ayrı-ayrılıqda 6 min hektar torpaq sahəsi
ayrılıb. Onların xəritələri
dəqiqləşdirilərək, Nazirlər Kabinetinə təqdim
olunub. Dəniz turizminin inkişafı ilə
bağlı rayonun dənizkənarı ərazisində torpaqların
invertaziyası aparılıb. Burada yerləşən
Ağzıbirçala gölünün ətrafındakı ərazilərin
bölgədə turizmin inkişafı ilə bağlı xəritələşdirilməsi
işi artıq başa çatdırılıb. Dağ turizminin inkişafı ilə bağlı isə,
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının
iştirakı ilə rayonun Nohurlar sahəsi və Yeddigöl
adlanan ərazisində inventarlaşma aparılıb. Burada da xəritələşmə işləri,
demək olar ki, başa çatıb. Şabran
rayonunda Çıraqqala tarixi-memarlıq abidəsi və
Şabran tarixi mədəniyyət abidələri ulu öndərimiz
Heydər Əliyevin ölkəyə rəhbərliyi
dövründə qoruq elan edilib. Həmin
abidələrdə, eyni zamanda, bu abidələrin ətrafında
turizmin inkişafı və turistlərin buraya cəlb edilməsi
ilə bağlı xeyli işlər görülüb. Çıraqqala
tarixi abidəsində hər il ulu öndərimiz
Heydər Əliyevin doğum günü qeyd olunur. Bu abidələrin turizm sahəsindəki əhəmiyyətini
nəzərə alaraq, kənardan turist axınını
buraya cəlb etmək üçün bir sıra işlərin
görülməsi ilə yanaşı, müəyyən zəruri
addımlar da atılır. Həmçinin,
qeyd edim ki, həmin abidələrlə tanışlıq məqsədilə
onların yaxınlığında məlumatlandırıcı
lövhələr quraşdırılıb. Həqiqətən, rayon turizmin inkişafı
üçün olduqca əlverişli tarixi şəraitə
malikdir. Çalışacığıq
ki, Dövlət Proqramında turizmin inkişafı
üçün nəzərdə tutulan bütün tədbirlərin
həyata keçirilməsi üçün var qüvvəmizi
bundan sonra da davam etdirəcəyik.
(Ardı var)
KÜBRA ƏLİYARLI, TAPDIQ QURBANLI
Səs.- 2010.- 22 aprel.- S. 8-9.