Şekspir yaradıcılığı şəxsiyyəti yeni baxışda

 

"Renessans" ("Keçmiş sirlərin gələcək həlli", "Yüksəlsəm, ikiqat yüksələrəm") kitabı çapdan çıxıb

 

Dünya ədəbiyyatının böyük simalarından olan Vilyam Şekspir neçə əsrlərdir ki, özünün sonetləri, poemaları ilə diqqət mərkəzində olaraq, ədəbiyyatşünaslar tərəfindən müxtəlif aspektlərdə təhlil edilib. Onun yaradıcılıq irsinin meyarları araşdırılaraq təqdim olunur. Təbii ki, bu təqdimat bir ədəbiyyatşünasın Şekspir yaradıcılığına üslub, dil, forma məzmun baxımından yanaşmasıdır.

Son illər Şekspir irsinin tədqiqatçısı kimi tanınan onun yaradıcılığına yeni bir ölçüdən yanaşan Seyran Məkan Azərli  klassikin sonetlərinin mahiyyətini elmi şəkildə araşdıraraq təqdim etmişdir. Dünya ədəbiyyatında 154 mükəmməl sonetinin müəllifi kimi tanınan Vilyam Şekspirin yaradıcılığına yeni bir aspektdən yanaşan tədqiqatçı çox gərgin əməyi ədəbiyyatımızda bu gün təsadüf olunmayan bir şəkildə onların bədii dəyərini açıb göstərmişdir. "Yeni Şekspir erası" kimi təqdim olunan yazısında müəllif Şekspirin fəlsəfi mahiyyət kəsb edən bədii əsərlərinin 2 daha çox anlam daşıyıcısı olduğunu göstərərək, mövzu palitrası, bədii təcəssümün təzadını ədəbi dünyasına mövqeyini ifadə edə bilmişdir. Bu günlərdə "Elm təhsil" nəşriyyatında çapdan çıxmış "Renessans" ("Keçmiş sirlərin gələcək həlli", "Yüksəlsəm, ikiqat yüksələrəm") kitabı müəllifin əsasən, Şekspir yaradıcılığının fəlsəfi dünyasını özündə əks etdirən bir nümunədir. Kitaba daxil olan məqalələr müəyyən hadisələr, eləcə , sənədlər əsasındadır. Eyni zamanda, buraya tərcümələr daxil edilmişdir. Kitabda, xüsusilə, Bekon fəlsəfəsi xüsusi olaraq diqqətə çəkilir onun fəlsəfi baxışları Şekspir yaradıcılıq irsinə nur çiləyir, həm kitabın anatasiyasında deyildiyi kimi, ingilis filosofu, alimi Frensis Bekonun elmi yaradıcılığının ana xəttinin mahiyyətini özündə ehtiva edir. Müəllifin kitabda dərc etdiyi "Dünyanın ən güclü kralları..." məqaləsinin təhlili ilə www.anl.az elektron kitabxana, kataloqda - D - dünya bir səhnədir almanaxında da tanış olmaq olar.

1993-cü ildən etibarən Şekspir irsinin tədqiqi ilə məşğul olan Seyran Məkan Azərlinin tədqiqat işi diqqətdən kənarda qalmamış, Azərbaycanın tanınmış elm xadimləri onun fəaliyyəti ilə bağlı fikirlərini söyləmişlər. Kitaba ön söz yazan şair, publisist Rafiq Oday müəllifin tədqiqatına münasibətini bildirərək, qeyd edir ki, onun bu kəşfi - "Yeni Şekspir erası" nəzəriyyəsi dünyada analoqu olmayan 400 ildən sonra ərsəyə gələn yeni intibah mərhələsinin bir incisi, bir tapıntısıdır.

"Yeni Şekspir erası"nda müəllif Şekspirin sonetlərinə yenilik gətirərək, novatorçu, tədqiqatçı olaraq bu şeirlərin hər birini hesablamalar əsasında təqdim edir. Burada o, Şekspir əsərlərinin əsil müəllifini üzə çıxarmaq imkanı əldə etmiş olur. Şifrin köməyi ilə Şekspir kimi tanıdığımız müəllifin, əslində, Bekon olduğunu göstərir. Bu baxımdan ki, belə bir əsərlərin yalnız kamil hüquqi təhsil elminə yiyələnmiş ən nəhayət, saray hadisələrinə şahid olan şəxs yaza bilərdi. "Buna isə Şekspirin elmi səviyyəsi imkan vermirdi" qənaətinə gələn müəllif Bekonun müəllifliyinin uzun illər təsdiq edilməməsinə, onun həmin dövrlərdə yaşamış ədəbi şəxslərin imzasından istifadə etməsi səbəb olduğunu göstərir. Seyran Məkan Bekonun rəqəm şifrlərin köməyi ilə bütün həqiqətləri öyrənəcəyini bildirir. Vilyam Şekspir əsərlərinin əsil müəllifini üzə çıxaran, bu irsi yaradıcılığın Frensis Bekona məxsus olduğu məsuliyyətini üzərinə götürən Seyran Məkan Azərli Şekspirin bizə təqdim olunmuş həyat tərzinin tərcümeyi-halının tarixə təsadüfi düşmüş bir şəxsiyyətin parametrlərini göstərir. Beləliklə, son nəticədə müəllifin gəldiyi qənaət budur ki, o, bir aktyor kimi çalışıb ən uğurlu rolu "Hamlet" Kölgə olub. Lakin bütün bunlara baxmayaraq, o, bir aktyor kimi şöhrət qazana bilməyib. Şekspir əsərlərinin fəlsəfəsində yaranan Seyran Məkanın yaratdığı "Adonis kriptoqrafiyası" Şekspir irsinin bütünlükdə mahiyyətinə aydınlıq gətirən bir nümunədir.

"Şekspir yaradıcılığı qravitasiyası"nda isə müəllif qravitasiyanın təbii çözümünü Şekspir yaradıcılığı ilə üst-üstə düşdüyünü göstərib onun məntiqinin mühüm amilləri kimi qiymətləndirib.

"Renessans" kitabı müəllifin Şekspir dünyasının çox maraqlı məqamlarına olan bir səyahətdir. 1564-cü ilin 23 aprel tarixində dünyaya gələn bu gündə dünyasını dəyişən Vilyam Şekspir irsi müəllifin yaradıcılıq görüşlərində daha mükəmməl maraqlı fəlsəfədir.     

 

 

Zümrüd

 

Səs.- 2010.- 22 aprel.- S. 12.