Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur

 

Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malik bir dövlət kimi, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir

 

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisi xalqımızın rifahını yüksəldir. Ümumilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən, genişmiqyaslı proqram layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticəsini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verən fond bu ənənə çərçivəsində fəaliyyətini davam etdirir.

Bildiyimiz kimi, qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə incəsənətə malik bir dövlət olaraq, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətin incəsənətin inkişafı ilə bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərir. Ölkənin zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif etnik, dini mədəni köklərə malik xalqların hüquq azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına öz təsirini göstərir.

Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir ölkədə əsrlər boyu yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın memarlığın, habelə, ölkənin maddi mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır. Qeyd olunan mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun əsasını təşkil edir Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır. Belə bir mədəniyyəti özündə ehtiva edən Azərbaycanın tarixin dönəmlərində yaşamış simaların əsrlərində xalqımızın adət ənələri, onun bəşəri mahiyyət daşıyan dəyərləri öz əksini tapmışdır. Belə ədəbi nümunələr Azərbaycan klassik sənətində kifayət qədərdir ki, bunlar yenidən nəşr edilərək xalqa, eləcə , dünya ədəbiyyatına təqdim edilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlərin əhəmiyyəti müstəsnadır. Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" kitabını latın qrafikası ilə yenidən nəşr etdirməsi Azərbaycan mədəniyyətinə öz töhfəsini vermiş oldu. Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsərlərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Mütəfəkkir alimin anadan olmasının 800 illik yubileyi ərəfəsində ümummilli lider 13 iyun 2000-ci il tarixli fərmanı ilə yubileyin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlərdən biri kimi qeyd etmişdi. Əsrlər boyu Orta Yaxın Şərqdə mənəviyyat əxlaq qaynağı hesab olunan "Əxlaqi-Nasiri" kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanmışdır. Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Kitabın fars dilindən tərcümə edilərək təqdim edilməsi Heydər Əliyev Fondunu milli-mənəvi dəyərlərimizə olan münasibətin təzahürüdür.

Mədəniyyətimizə olan diqqətin təzahürünün davamı olaraq bu günlərdə Heydər Əliyev Fondu Şərq ölkələrində sevilən məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir. Tərbiyə etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış "Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir savadlı mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynamış, nəsildən-nəsilə ötürülən mənəviyyat qaynağı əxlaq dərsliyi kimi qiymətləndirilmişdir.

Belə bir dəyərlərin məcmusunun qeyri-xalqların ədəbiyyatına daxil edilməsi Azərbaycanın qədim mədəniyyəti, tarixi ilə onları tanış etmək xalqımıza məxsus xüsusiyyətlərin təbliğinə təsirini göstərməkdədir. Rus oxucusuna təqdim olunan "Qabusnamə" Şərq onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya nəfis tərtibatlı kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.

"Qabusnamə" Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini bir daha zənginləşdirmişdir. Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsil mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitablar buranın qonağı olan xarici dövlət nümayəndələrinə Azərbaycan haqqında təsəvvür yaratmaq məqsədi daşıyır. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir.

Belə əsrlərdən soraq gətirən nümunələr Azərbaycan tarixin saxtalaşdırmaq, ona müxtəlif donlar geyindirməyə çalışanların qarşısında bir çəpərdir. Tarixi sənədlər qədər geniş şəkildə təbliğ olunarsa, Azərbaycan tarixi dünyaya bir o qədər faktlar, sənədlər əsasında təqdim olunar.

Fondun təkrar nəşr tərcümə etdirdiyi hər iki əsər bədii gücü ilə yanaşı, Azərbaycan fikrini, elmini, mədəniyyətini, tarixini, adət ənənələrini geniş ictimaiyyətə təqdim edən vəsait kimi əhəmiyyətlidir.

 

 

NƏZAKƏT

 

Səs.- 2010.- 23 aprel.- S. 3.