"Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan"

 

YAP Xızı rayon təşkilatının keçirdiyi tədbir ulu öndər Heydər Əliyevin doğum günün 87-ci ildönümünə həsr edildi

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə respublikamızın bütün regionlarında geniş tədbirlər keçirilir. YAP Xızı rayon təşkilatının qərargahında "Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan" mövzusunda keçirilən tədbir bu silsilədəndir.

YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev gündəlikdə duran məsələlər barədə məlumat verdi: "10 may tarixi hər bir Azərbaycan vətəndaşının qəlbində bayram kimi qeyd olunur. Bu günlər, ümumiyyətlə, müstəqil Azərbaycan tarixinin ən şanlı günlərindən biridir. Ulu öndər Heydər Əliyev görkəmli dövlət xadimi, ümummilli lider kimi bütün millət tərəfindən tərəddüdsüz qəbul edilən, hələ sağlığında əfsanələşən, ürəklərdə özünə əbədi heykəl ucaldan bir şəxsiyyətdir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, o cümlədən, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni digər sahələrdə qazanılan böyük uğurların memarı olduğunu görmək çətin deyil".

Yeni Azərbaycan Partiyasının memarı olan Heydər Əliyevin yaratdığı partiyanın ətrafında yüz minlərlə insanların birləşdiyini qeyd edən rayon təşkilatının sədri F.Haqverdiyev onu da bildirdi ki, bu gün xalq fəxr edir ki, Azərbaycana İlham Əliyev kimi böyük siyasətçi lider rəhbərlik edir: "Xalq şəxsiyyətlər ətrafında birləşir ona inanır. Ölkəmiz ağır şəraitdə olarkən Azərbəycanın böyük şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Çünki Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən ancaq ancaq Heydər Əliyev siyasəti qurtara bilərdi. Xalqımızın taleyində həlledici rol oynayan ulu öndər Heydər Əliyev, bütün ömrünü doğma vətənin xoşbəxtliyinə həsr etməklə, Azərbaycana sonsuz məhəbbət bəsləyirdi. İllər, qərinələr keçsə , ümummilli liderimiz Heydər Əliyevə xalqımızın  sevgisi sonsuz olacaq. qədər müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin adı, ideyaları, siyasəti yaşayacaqdır. Çünki Heydər Əliyev şəxsiyyəti hələ zaman-zaman öyrənilməmiş bir dünyadır. Bu dahi insanın həyatının, siyasi fəaliyyətinin, vətəni xalqı qarşısındakı misilsiz xidmətlərinin daha dərindən öyrənilməsinə ciddi ehtiyac vardır zaman keçdikcə bu barədə cild-cild kitablar yazılacaqdır."

YAP Xızı rayon təşkilatının sədri cari ilin payızında keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işlərinin aparıldığını söylədi. Qeyd edərək vurğuladı ki, qarşıdakı parlament seçkilərində ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP-ın reallaşdırmaq istədiyi bütün ideyalar vətəndaş mövqeyinə tam demokratik prinsiplərə uyğun gələcəkdir. Partiyanın İcra Katibliyinin tapşırıq tövsiyələrinə uyğun olaraq Xızı rayon təşkilatında da müvafiq işlər görülməkdədir. İnanırıq ki, qarşıdakı parlament seçkilərini geridə buraxdığımız digər seçki prosesləri kimi, yüksək seçki fəallığı demokratik dəyərlərə yeni bir töhfə kimi yekunlaşacaq.

Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının şura üzvləri Oqtay Abdullayev, Abbas Allahyarov başqaları çıxış edərək, bildirdilər ki, bu gün rayonun bütün kəndlərində, idarə müəssisələrində, ulu öndər Heydər Əliyevin anadan olmasının 87 illiyi qeyd olunur. Çıxış edənlər ulu öndər Heydər Əliyevin vətən, xalq qarşısındakı misilsiz uzaqgörən siyasətindən danışdılar. Qeyd etdilər ki, ulu öndərin özündən sonra Azərbaycana, eləcə , artıq böyük qüvvəyə çevrilən öz ətrafında 500 min həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyasına ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etməsindən iftixar duyurlar. Görüşün sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunan bir qrup gəncə partiyaya üzvlük vəsiqələri təqdim olundu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 23 aprel.- S. 5.