ADPU-nun pedaqoji fakültəsinin yaranmasının
50 illiyinə həsr olunmuş tədbir keçirildi
Misir Mərdanov:
"Azərbaycanın bugünkü
həyatına görə
müəllimə borcluyuq."
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin yaranmasının
50 illiyinə həsr olunmuş tədbir keçirildi. Yubiley tədbirindən öncə
ADPU-nun kollektivi türkiyəli qonaqlarla birgə Fəxri Xiyabanda ulu öndər
Heydər Əliyevin məzarını ziyarət
edərək, Onun məzarı önünə
əklil qoydu.
Universitetin akt zalında keçirilən yubiley tədbirində Azərbaycan
Respublikasının təhsil
naziri Misir Mərdanov və nazirliyin nümayəndələri,
respublikamızın ali
və orta ixtisas təhsili müəssisələrinin, elmi-tədqiqat
institutlarının rəhbərliyi
və təmsilçiləri,
fakültənin məzunları
olmuş orta məktəb müəllimləri, habelə,
Türkiyənin Yüksək
Öyrətim Kurulunun
(YÖK) məsul şəxsləri
və Hacəttəpə
Universitetinin əməkdaşları,
İranın Azərbaycandakı
səfiri də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov açaraq bildirdi ki, belə
bir gün təhsil işçiləri
üçün əsil
bayramdır. Ümumilli
lider Heydər Əliyevin Azərbaycan təhsilinə sovet dönəmində, eləcə
də, müstəqillik
illərində diqqət
yetirdiyini bildirən rektor müasir dövrdə Azərbaycan təhsilinin nailiyyətlərinə
nəzər saldı.
Y.Məmmədov ADPU-nun ən böyük fakültələrindən biri
sayılan pedaqoji fakültənin 1958-1959-cu tədris
ilindən ibtidai təhsilin pedaqogikası və metodikası adı ilə fəaliyyətə başladığını
bildirdi. Rektor fakültənin yarandığı
vaxtdan indiyədək
15 minə yaxın məzunu olduğunu bildirərək, fəaliyyət
göstərdiyi müddət
ərzində fakültədə
tədris işinin yüksək səviyyədə
qurulmasını, tələbələrin
yüksək ixtisaslı
müəllim kadrları
kimi hazırlanmasını, onların mənəvi-estetik tərbiyəsinə
və ləyaqətli
vətəndaş kimi
formalaşmasına həmişə
ciddi diqqət yetirildiyini diqqətə çatdırdı.
Fakültədə pedaqoji
təhsilin müasir nəzəri-praktik məsələlərini
araşdıran "Pedaqoji
təhsilin problemləri"
elmi-tədqiqat laboratoriyası
yaradılmışdır. Eyni zamanda, fakültədə
elmi-tədqiqat və elmi-metodik işlərin planlaşdırılması, dərslik
və dərs vəsaitlərinin, proqramların
yazılması üçün
səmərəli əməli
fəaliyyət həyata
keçirilir. Fakültədə
pedaqoji kadr hazırlığına yüksək
səviyyədə diqqət
yetirilir və pedaqoji kadr hazırlığında
mühüm rol oynayan pedaqoji təcrübənin səmərəli
keçirilməsi həmişə
diqqət mərkəzində
saxlanılır:"Fakültədə
5 kafedra fəaliyyət
göstərir. Hazırda
fakültədə 1122 nəfər
tələbə təhsil
alır. Onların təhsil-tərbiyəsi ilə
10 nəfər elmlər
doktoru, professor, 40 nəfər elmlər namizədi, dosent və 50 nəfər müəllim məşğul
olur. Fakültədə
91 nəfər magistrant
təhsil alır.
2008-2009-cu tədris ilindən
fakültədə təhsil
kredit sistemi əsasında aparılır."
Pedaqoji fakültə Gəncə Dövlət Universitetinin və Azərbaycan Müəllimlər
İnstitutunun müvafiq
fakültələri ilə
sıx əməkdaşlıq
edir. Fakültənin əməkdaşları universitetin
elmi-pedaqoji və ictimai-mədəni həyatında
da yaxından iştirak edirlər.
Yubiley mərasimində çıxış edən
pedaqoji fakültənin
dekanı Fərrux Rüstəmov bu illər ərzində fakültəyə göstərilən
diqqət nəticəsində
saysız müəllimlər
ordusunun yetişdiyini bildirdi. O, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının
təhsillə bağlı
söylədiyi ifadəni
xatırlatdı:"Təhsil nazirliyinin aydın konsepsiyası, strategiyası vardır."
Cəmiyyətin ahəngdar
inkişafında maddi
sərvətlərin insan
kapitalına çevrilməsində
təhsilin rolu olduğunu qeyd edən dekan 1921-ci ildən fəaliyyətdə
olan fakültənin nailiyyətlərinə nəzər
saldı. İlk olaraq qeyd etdi
ki, 1921-ci ildə Nəriman Nərimanovun dekreti əsasında yaradılan
institut zəngin yol keçmişdir. Elmi-pedaqoji kadrların hazırlanmasında
bu fakültənin öz payı olduğunu qeyd edən Fərrux Rüstəmov hələ
ötən əsrin
50-ci illərində SSRİ Pedaqoji Akademiyasının
göstərişi əsasında
belə bir fakültənin yaradılmasının
nəzərdə tutulduğunu
bildirdi. Belə ki, SSRİ məkanı üçün xarakterik olan fikir mövcudluğu
pedaqoji kadr hazırlığına məhz
tələb olunan səviyyədə addımlar
atmağı tələb
edirdi. Aparılan təcrübələr göstərmişdir ki, ibtidai təhsilin nəticələri tam şəkildə özünü
doğrultmamış və
ibtidai təhsil sistemində müasiryönlü
kadrların tələbatına
ehtiyac vardır.
1958-1959-cu illərdə fakültənin
təməli qoyulmuşdur:"
200 mindən artıq Ermənistanda, yarım
milyon Gürcüstanda
yaşayan azərbaycanlılara
pedaqoji kadr potensialı tələb olunurdu. Bu fakültənin
bir çox dekanları onun inkişafına təkan vermişlər. Belə ki, Azərbaycanın
Makarenkosu adlandırılan
Mərdan Mərdanov, akademik Mehdi Mehdizadə və başqaları bu fakültəyə rəhbərlik
etmişlər. 1921-ci ildə
fakültədə mövcud
olan ənənələr
qorunub saxlanılır
və yeniləri buraya əlavə olunur. Pedaqoji fakültənin də fəaliyyətinin keyfiyyətcə
yeni mərhələyə
daxil olmasına əlverişli şərait yaradılmışdır.
Belə ki, son illər bütün universitetdə olduğu kimi, pedaqoji fakültədə də tədrisin keyfiyyəti xeyli yüksəlmiş, təhsilin yeni texnologiyalar əsasında
təşkilində ciddi
uğurlar qazanılmışdır.
Fakültədə 2009-cu
ildən
Təhsil
Nazirliyinin
layihəsi əsasında
pilot fakültə kimi ibtidai sinif
müəllimi ixtisası
əsasında yeni təlim üsulları ilə "Təhsilin əsasları" fənni
tədris edilir. Bunun üçün fakültədə müvafiq texnoloji avadanlıqlarla təchiz edilmiş "Təhsilin
əsasları" adlı
ixtisaslaşdırılmış auditoriya yaradılmışdır".
Tədbirdə çıxış
edən təhsil naziri Misir Mərdanov
50 yaşını qeyd
edən pedaqoji fakültənin bütün
müəllim və tələbələrini təbrik
etdi: "Azərbaycan
cəmiyyətində müəllimə,
təhsilə böyük
ehtiram var. Müəllim sənəti
müqəddəs bir
peşədir. Ulu öndər Heydər Əliyev vaxtilə müəllimə yüksək
qiymət vermiş, bu gün də
İlham Əliyev cənabları tərəfindən
bu peşə sahiblərinə diqqət
yetirilir. Son illərdə pedaqoji universitetin həm Azərbaycanda, həm də beynəlxalq miqyasda nüfuzu artmaqdadır. Bu universitetdə təhsil almaq istəyində olanların sayı çoxalmışdır. Fakültənin
15 min məzunu yetişən nəsli tərbiyə edir. Odur ki, Azərbaycan təhsil sistemində bu fakültənin yeri xüsusidir. İnsan ömrünün
son gününə qədər öyrəndiklərinin
çoxunu mən deyərdim ki, məktəb bazasında alır, həm də tərbiyəsinin əsası bu məkanda qoyulur. Azərbaycanın bugünkü
həyatına görə
müəllimə borcluyuq.
50 yaşını qeyd
edən fakültənin
qarşısında isə
məsuliyyətimiz daha
böyükdür. Belə
bir bayram əhval-ruhiyyəsində universitetin
bir sıra müəllim heyəti təhsil ocağının
təqdimatı ilə
nazirlik tərəfindən
bir sıra mükafatlara layiq görülmüşdür". Misir Mərdanov 50 illik yubiley münasibətilə
universitetin bir sıra pedaqoji işçisini nazirlik tərəfindən hazırlanmış
mükafatlarla təltif
etdi. Azərbaycan pedaqoji elminin
inkişafında səmərəli
xidmətləri nəzərə
alınaraq, universitetin
pedaqoji fakültəsinin
dekanı Fərrux Rüstəmov, dekan müavini Zahid Xəlilov qabaqcıl təhsil işçisi döş nişanı, Qədimova Jalə, Abdullayeva Zemfira, Təhsil Nazirliyinin fəxri fərmanı ilə və başqaları isə bu və
ya digər mükafatlarla təltif olundular.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 23 aprel.- S. 6.