“Regionların sosial-iqtisadi inkişafı: uğurlar və perspektivlər"

 

"Səs" qəzeti Şabran və Siyəzən rayonlarında bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

“Səs” qəzeti tərəfindən ənənəvi olaraq respublikamızın bütün rayon və şəhərlərində "Regionların sosial-iqtisadi inkişafı: uğurlar və perspektivlər" mövzusunda keçirilən dəyirmi masalar ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənilməkdədir. Dəyirmi masanın budəfəki ünvanı Şabran və Siyəzən rayonlarını əhatə etmiş oldu.

"Səs" qəzetinin keçirdiyi bu dəyirmi masalar da bölgələrdə görülən işləri geniş oxucu auditoriyasına çatdırmaq məqsədi daşıyır. Qəzetin Şabran rayonunda keçirdiyi dəyirmi masada Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının sədri, rayon icra hakimiyyətinin (RİH) birinci müavini Mehdi Balabəyov, Şabran RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Fikrət Nüşiyev, Siyəzən Neft-Qaz Çıxartma İdarəsinin şöbə rəisi Fərid Məmmədov, Siyəzən RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin məsləhətçisi Gündüz Səmədli, YAP Siyəzən rayon təşkilatının sədri, RİH başçısının müavini Etibar Heydərov, "Siyəzənneft" NQÇİ-nin baş mühasibinin müavini Cavid Abbasov, Siyəzən RİH-in təhsil, səhiyyə və mədəniyyət şöbəsinin məsləhətçisi Samir Baxşıyev, Şabran RİH-in başçısının müavini Ramiz Vahabov, YAP Şabran rayon təşkilatı qadınlar şurasının sədri Minə Quliyeva, Siyəzən rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hacızadə, Şabran rayon Maliyyə idarəsinin rəisi Bəhlul Abbasov, Şabran rayon Təhsil şöbəsinin müdiri Sabir Ağarzayev, Şabran rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Səmədov, YAP Siyəzən rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev, Siyəzən QE-nin mühəndisi Əmirxan Hüseynli, Şabran rayon bələdiyyəsinin sədr müavini İkram Sultanov, Şabran şəhər bələdiyyəsinin hüquq işləri üzrə məsləhətçisi Hüseyn Sultanov, Şabran şəhər 7 illik musiqi məktəbinin direktoru Mütəllim Yolçuyev, Şabran Meşə Mühafizəsi və Bərpası idarəsinin direktoru Bəybala Allahyarov, Şabran şəhər bələdiyyəsinin sədri Qəhrəman Quliyev, Siyəzən rayon ƏSMM-in baş məsləhətçisi İlham Əliyev, Şabran rayon Dövlət Sosial Müdafiə Fondunun sədri Tofiq Əmrahov, Şabran rayon Gənclər İdman idarəsinin baş məsləhətçisi Xalidə Əliyeva iştirak edirdilər.

Dəyirmi masa iştirakçıları çıxışlarında yaşadıqları bölgədə və gündəlik həyatlarında baş verən müsbət dəyişiklikləri regionun sosial-iqtisadi inkişafının təzahürləri ilə əlaqələndirdilər.

 

"Səs" qəzetinin əməkdaşı:

- YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında dünyada Azərbaycan mədəniyyətinin tanıdılmasında milli-mənəvi əxlaqımızın, dəyərlərimizin, təbliğində və inkişafında rolu danılmazdır. Bu mənada, Şabran və Siyəzən rayonlarında qadınların ictimai-siyasi proseslərdə rolu hansı səviyyədədir və onların milli-mənəvi dəyərlərimizin təbliğində mövqeyi necə qiymətləndirilir?

 

Minə Quliyeva:

- İlk olaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Milli Məclisə Şabran rayonunun tarixi adını özünə qaytardığına görə, rayon ictimaiyyəti adından dərin minnətdarlığımızı və təşəkkürümüzü çatdırırıq. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizdə dövlə-qadın siyasəti cənab Prezidentimiz İlham  Əliyev tərəfindən layiqincə, uğurla davam etdirilir. Azərbaycan qadını bu gün cəmiyyətimizin tam hüquqlu üzvüdür. Şabran rayonunun 52400 nəfər əhalisinin 26126 nəfərini qadınlar təşkil edir. Rayonumuzun qadınları burada gedən quruculuq-abadlıq işlərində yaxından iştirak edirlər. 26126 nəfər Şabran rayon qadınlarının 1444 nəfəri Yeni Azərbaycan Partiyası Şabran rayon qadınlar şurasının üzvüdür. Ötən ilin dekabr ayında  keçirilən bələdiyyə seçkilərində, Azərbaycanın hər yerində olduğu kimi, Şabran rayon qadınları da seçkilərdə böyük fəallıq nümayiş etdirib. Bu seçkilərdə 1 nəfər qadın bələdiyyə sədri, 23 nəfər isə bələdiyyə üzvü seçilib. Şabran rayonunda gedən böyük quruculuq-abadlıq işlərində və digər sahələrdə də qadınların əməyi olduqca böyükdür. Bunun bariz nümunəsi olaraq bir nəfər şabranlı qadın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni, iki nəfəri isə dövlət qulluğunda fərqlənməyə görə medala, təhsil işçilərindən iki nəfər respublikanın əməkdar müəllimi adına, iki nəfəri isə "Tərəqqi" medalına layiq görülüb. Hazırda rayonda yüksək idarəetmə orqanlarında 26 nəfər şabranlı qadın çalışır. Ölkəmizin birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərmiş olduğu şücaətlərdən şabranlı qadınlar da ilham alaraq, çalışırlar ki, öhdələrinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olsunlar. İnanırıq ki, bundan sonra da rayonda gedən genişmiqyaslı işlərdə qadınlarımız daha da aktiv olacaqlar.

 

Sabir Ağarzayev:

- İlk növbədə, keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirirəm. Çünki belə tədbirlər Şabran və Siyəzən rayonunda bütün sahələrdə görülən genişmiqyaslı işlərin ictimaiyyətə çatdırılması baxımından əhəmiyyəti olduqca böyükdür. Bir təhsil işçisi kimi, bu gün Azərbaycan gəncliyinə tövsiyəmiz ondan ibarətdir ki, vətənimizin keşiyində, torpaqlarımızın qorunmasında və istənilən sahədə onlarda daha möhkəm olsunlar. Gənclik insan üçün böyük bir məfhumdur. Çünki insan nə qazanırsa, həmin dövrdə əldə edir. Əgər belə olmasa, insan ömrü boyu heç nə əldə edə bilməz. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işlətdiyi bir kəlamı xatırlatmaq istəyirəm. O bildirirdi ki, təhsil millətin gələcəyidir. Çünki bütün dünyada xalq, dövlət öz təhsili ilə tanınıb. Əvvəlki illərlə indiki illəri müqayisə etdikdə, ölkəmizdə hər bir sahədə olduğu kimi, təhsil sahəsində də inanılmaz dərəcədə inkişafın və tərəqqinin olduğunu müşahidə etmək olar. Qısa müddət ərzində, Şabran şəhərinin özündə, Qəndab və Şahnəzərli məktəblərində mövcud şəraiti ölkənin aparıcı universitetlərindəki vəziyyətlə müqayisə etmək olar. Ona görə də, hal-hazırda Şabran rayonunda heç bir problemli məktəb mövcud deyil. Bütün rayon üzrə fəaliyyət göstərən orta məktəblərin hamısı əsaslı təmir edilib. Onu da qeyd edim ki, bu il ölkə üzrə hava şəraitinin sərt keçməsinə baxmayaraq, Şabran rayonu üzrə tədrisdə heç bir pozuntu baş vermədi. Bu isə, öz növbəsində, Şabran rayonunda təhsilin yüksək səviyyədə təmin edilməsindən xəbər verir. Eyni zamanda, onu da qeyd edim ki, ötən ildə Şabran rayonunda ali məktəblərə daxil olan uşaqların sayı artmışdır. Qonşu rayon olan Siyəzən rayonunda ötən il ali məktəblərə daxil olan uşaqların sayı 68 olmuş və Şabranda isə 66 nəfər şagird ali məktəblərin müxtəlif ixtisaslarına yiyələniblər. Artıq tədrisdə yeniliklərin tətbiqi ilə əlaqədar olaraq müəllimlərin də işə qəbulu elektron ərizələrlə aparılır. Bu da təhsilin keyfiyyətinə  əhəmiyyətli dərəcədə təsir göstərir. Təhsil nazirliyinin və TQDK-nın xətti ilə Şabran rayonu məktəblərində sınaq testləri keçirilib. Bu imtahanlara bütün rayonun məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak edib. Bu sınaq imtahanlarının nəticələri də, qaneedici səviyyədədir. Hazırda Şabran rayonu üzrə fəaliyyət göstərən bütün məktəblərdə təhsilin səviyyəsi ilə  və digər tədris məsələləri ilə bağlı heç bir problem mövcud deyil. Görkəmli pedaqoqun kəlamında deyildiyi kimi, "Çəkməçi əgər pis ayaqqabı tiksə, millət ondan ziyan çəkməz. Təhsildə nadanlıq olarsa, həmin xalq nadan bir xalq kimi yetişə bilər". Ona görə də, bu gün Azərbaycan təhsilində mövcud inkişaf bütün dünyanın diqqətindədir. Artıq Azərbaycan elmi özünü beynəlxalq dərəcədə sübut edib.

 

"Səs" qəzetinin əməkdaşı:

- Şabran və Siyəzən rayonlarında son altı ildə nə qədər iş yeri açılıb?

 

Mehdi Balabəyov:

- Son altı ildə Şabran rayonunda 3500 yeni iş yeri açılıb. Onların da 2100-ü daimi iş yerləridir. Amma bu gündə bu istiqamətdə işlərin davam etməsi yeni iş yerlərinin açılması ilə nəticələnir. Artıq Şabran broyler Səhmdar Cəmiyyətində yeni şöbələrin yaradılması ilə əlaqədar olaraq yeni iş yerləri açılıbdır. Bununla yanaşı, Şabranda fəaliyyət göstərən Dəyirman Məhdud Məsuliyyətli Quşçuluq Fabrikində də yeni iş yerlərinin açılması müşahidə olunub. Taxtakörpü su ambarının tikintisi ilə əlaqədə yeni iş yerlərinin açılması nəzərdə tutulur.

 

"Səs" qəzetinin əməkdaşı:

- Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının hədəflərindən biri də ən ucqar kəndlərin belə qazlaşdırılmasıdır. Bu bölgədə qeyd etdiyimiz məsələ ilə bağlı hansı işlər görülüb və qazlaşma prosesi necə aparılır?

 

Mehdi Balabəyov:

- Şabran rayonunda 1 şəhər 68 kənddən ibarət yaşayış məntəqəsi var. Hazırda Şabran rayonu ərazisində elektrik təchizatı ilə bağlı heç bir problem mövcud deyil. Sutkanın 24 saatı rayon ərazisində elektrik enerji ilə əhalinin tam təchizatı həyata keçirilir. Bu günə qədər rayonun 19 kəndinə təbii qaz verilişi həyata keçirilib. Eyni zamanda, digər kənd və qəsəbələrin tamamilə qazlaşdırılması üçün 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramında nəzərdə tutulmuş işlərin tamamilə görülməsi planlaşdırılır. Bu proqramda Şabran rayonuna aid 32 bənddən ibarət proqram da öz əksini tapıb. Artıq Şabran rayonunda da təbii qaz olmayan kənd və qəsəbələrin qazlaşdırılması prosesi davam etdirilir. Bu baxımdan da, 2012-ci il qədər Şabran rayonunun bütün kəndlərinin tamamilə təbii qazla təmin edilməsi nəzərdə tutulur.

 

"Səs" qəzetinin əməkdaşı:

- Yerli özünüidarəetmə orqanlarının bölgədə rolu hansı səviyyədədir?

 

Mehdi Balabəyov:

- Şabran rayonunda yeni qanunvericiliyə uyğun olaraq 15 bələdiyyə fəaliyyət göstərir. Bunların biri şəhər 14-ü kənd bələdiyyəsidir.  Artıq bələdiyyələrin xəritələrinin hazırlanması istiqamətində də dəqiqləşdirmələr aparılır. Rayonda fəaliyyət göstərən bələdiyyələr kəndlərin abadlaşdırılmasında, problemlərin yerində həllində yaxından iştirak edirlər.

 

 

Tapdıq QURBANLI,

 

Kübra ƏLİYARLI

 

Səs.- 2010.- 23 aprel.- S. 8-9.