Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək
Dünyada baş verən son olaylar onu deməyə əsas verirmi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi bir qədər də uzanacaq? Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, əgər torpaqlarımız sülh yolu ilə işğaldan azad edilməsə, Azərbaycan müharibə variantına əl atacaq. Sizcə, əgər müharibə baş verərsə, bu, regiona hansı tərzdə təsir edəcək? Bu məsələlərə aydınlıq gətirmək üçün ölkə siyasilərinə müraciət etdik.
"AZƏRBAYCAN MÜHARİBƏ ETMƏK
HÜQUQUNDAN İSTİFADƏ EDƏ BİLƏR"
Məlahət İbrahimqızı, Milli Məclisin
deputatı:
- Uzun müddət idi
ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində heç bir iş
görmürdülər. Minsk Qrupunun həmsədr ölkələrindən
biri olan ABŞ uzun müddət ərzində öz müttəfiqi
Azərbaycana qarşı laqeyd münasibət göstərir.
Bütün beynəlxalq sənədlərdə Ermənistan
işğalçı ölkə kimi qeyd olunub. Həmçinin,
həmin sənədlərdə Azərbaycanın ərazisinin
20 faizinin işğal olunması, 1 milyondan artıq azərbaycanlının
qeyd-şərtsiz öz torpaqlarına qaytarılması və
ölkəmizin ərazi bütövlüyünün bərpa
olunması öz əksini tapıb. Onu da qeyd etməliyəm
ki, Azərbaycan və ABŞ müttəfiq dövlətlərdir.
Lakin Azərbaycan qarşısına qoyduğu öhdəlikləri
yerinə yetirdiyi halda, Birləşmiş Ştatlar, demokratlar
hakimiyyətə gəldikdən sonra, öz müttəfiqini
bir o qədər də dəstəkləmir. ABŞ-da
keçirilən nüvə təhlükəsizliyi sammitində
işğala məruz qalan Azərbaycan iştirak etmədiyi
halda, işğalçı ölkə olan Ermənistan bu
sammitə dəvət almışdı. Ancaq Ermənistan rəsmi
Vaşinqton üçün nə strateji, nə də siyasi
baxımdan əhəmiyyət kəsb edən ölkə
deyil. ABŞ-ın bu cür siyasət yürütməsi Azərbaycan
ictimaiyyətinin də narazılığına səbəb
olub. Birləşmiş Ştatlar Ermənistana dəstək
verməklə yanaşı, eyni zamanda, Türkiyəyə təzyiq
göstərir ki, işğalçı ölkə ilə sərhədləri
açsın. Türkiyənin baş naziri qeyd etdi ki,
adıçəkilən ölkə Ermənistanla ona görə
sərhədləri bağlayıb ki, Azərbaycan
torpaqlarını işğal edib. Bu işğal faktı
aradan qalxmayınca, Türkiyə Ermənistanla sərhədlərini
açmayacaq. Birləşmiş Ştatlar XX əsrin ən
böyük faciəsi olan Xocalı faciəsinə göz
yumur, lakin tarixdə baş verməyən "qondarma erməni
soyqırımı" məsələsini müzakirə
edir. Bu, dünyada sülh, demokratiyanın bərqarar olması
haqda car çəkən ABŞ-ın qərəzli siyasətidir.
Onu da qeyd edim ki, Birləşmiş Ştatlar demokratiyadan,
dünyada insan hüquqlarının qorunmasından
danışdığı halda, Əfqanıstanda və
İraqda yüzlərlə günahsız insanı qətlə
yetirir. Çox təəssüf ki, rəsmi Vaşinqton
işğalçı Ermənistanla, işğala məruz
qalan Azərbaycanı bərabər tutur. Bu, yolverilməzdir. Əslində,
ABŞ Ermənistana təzyiq göstərməlidir, lakin biz
bunun əksini görürük. Yəni Birləşmiş
Ştatlar işğalçı dövlətə dəstək
verir.
Azərbaycan istənilən
vaxt müharibə edə bilər. Bu, onun beynəlxalq
hüququdur və ölkəmiz öz ərazi
bütövlüyünü bərpa etmək
üçün bu hüququndan istifadə edə bilər. Respublikamızın
bu siyasətinə heç bir ölkə qarışa bilməz.
Bu gün Rusiyada, ABŞ-da kompakt halda yaşayan ermənilər
var. Belə çıxır ki, onlar da həmin ərazilərdə
də erməni dövləti yaratmalıdırlar. Bizim ərazilərimizdə
artıq bir dəfə Ermənistan dövləti
yaradılıb, Azərbaycan dövləti və xalqı imkan
verməyəcək ki, torpaqlarımızda ikinci bir erməni
dövləti yaransın. Hər bir soydaşımız
inanır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
uğurlu siyasəti nəticəsində torpaqlarımız
işğaldan azad olunacaq.
"DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN
HƏLLİ O QƏDƏR DƏ UZANMAYACAQ"
Cümşüd Nuriyev,politoloq:
- Fikrimcə,
Dağlıq Qarabağ münaqişəsinin həlli o qədər
də uzanmayacaq. Çünki cənab Prezident İlham Əliyev
əks-təsir effekti yaradan məqsədyönlü bir siyasət
yürüdür. Dağlıq Qarabağla bağlı məsələyə
maneçilik törədən, əsasən, ATƏT-in həmsədrləri
olan ölkələrdir. Azərbaycan iqtidarının
yürütdüyü hazırkı ağıllı xarici
siyasət Dağlıq Qarabağ münaqişəsinin daha
tez həll edilməsinə yönəldilmiş bir siyasətdir.
İnanmıram ki, Dağlıq Qarabağ məsələsinin
uzanması ABŞ, Rusiya və Fransanın maraq dairəsində
olsun. Fikrimcə, sözügedən münaqişənin həlli
bir qədər sürətlənəcək. Prezidentimiz elan
etdi ki, bizim maraqlarımıza sayğı göstərməyən
ölkələrin maraqlarını nə səbəbə təmin
etməliyik. Hesab edirəm ki, burada qeyri-adi bir şey yoxdu.
Prezident İlham Əliyev hər zaman Azərbaycan dövlətinin
maraqlarını və xalqın milli maraqlarını gündəmə
gətirir. Ona görə də, sözügedən
münaqişənin sürətlənəcəyinə
inanıram.
Azərbaycan öz ərazisində
separatizmi aradan qaldırmaq üçün müharibə
variantına əl ata bilər. Bunu müharibə müstəvisinə
keçirməkdə bəzi xarici dövlətlər
maraqlıdır ki, Azərbaycanı nədəsə ittiham edə
bilsinlər. Amma bunun adını müharibə qoymaq lazım
deyil. Ermənistanın elə bir gücü yoxdur ki, onlar Azərbaycan
ordusunun qarşısında duruş gətirə bilsin. Təbii
ki, müharibə baş verərsə, bu, regionda müvvəqəti
olaraq, gərginlik yarada bilər. Lakin bu, uzun sürən gərginlik
olmayacaq. Çünki Ermənistan tərəfindən
işğal edilmiş bütün ərazilər Azərbaycana
aiddir. Bir sözlə, ölkəmiz haqq yolundadır və heç kim buna qarışa bilməz.
“ERMƏNİSTANA TƏZYİQLƏRİN EDİLMƏSİ
ÜÇÜN ZƏMİN MÖVCUDDUR"
Elşad Mirbəşiroğlu, politoloq:
- Son zamanlar dünyada
müxtəlif olaylar baş verməkdədir. Ən
mühüm hadisələrdən biri də ABŞ-da nüvə
təhlükəsizliyi sammitinin keçirilməsidir. Həmçinin,
Vaşinqtonda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
ABŞ prezidenti Barak Obama və Ermənistan prezidenti Serj
Sarkisyan arasında görüşlərin keçirilməsi
də son dövrlər müzakirə edilən məsələlər
sırasındadır. Həmin görüşlərdə
Dağlıq Qarabağ münaqişəsi bir daha gündəmə
gəldi və müzakirə edildi. R.T.Ərdoğan da qeyd
etdi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin
normallaşdırılması məsələsi Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində
irəliləyişlərdən asılıdır. Bu kontekstdən
yanaşsaq, sözügedən münaqişənin tənzimlənməsi
istiqamətində ilkin irəliləyişlər olması
üçün Ermənistana təzyiqlərin edilməsi
üçün zəmin mövcuddur. Qeyd edim ki, Dağlıq
Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir.
Məlumdur ki, RF hələ də öz mövqeyində
qalmaqdadır. Bu münaqişənin həll edilməməsi
Rusiyanın maraqlarına cavab verir. Amma burada digər məqam
ondan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında
yaxınlaşma hiss edilməkdədir. Həm siyasi, həm
iqtisadi sahədə iki ölkə arasında münasibətlər
və qarşılıqlı əlaqələr müsbət
məcrada inkişaf etməkdədir. Bu prizmadan yanaşsaq,
hesab etmək olar ki, Azərbaycan tərəfi Rusiyanın Ermənistana
müəyyən təsirlər etməsinə nail ola bilər.
Bildiyiniz kimi, bu gün qeyri-strateji cəhətdən RF Ermənistanı
özünün Qafqazda forpostu hesab edir və aydın məsələdir
ki, Ermənistan yarımmüstəqil bir dövlətdir. Azərbaycan
isə MDB məkanında ən müstəqil respublikadır.
Daxili və xarici siyasətdə tam müstəqilliyə
malikdir. Hesab edirəm ki, bu istiqamətdə münasibətlərin
və qarşılıqlı əlaqələrin daha da
inkişafı sözügedən münaqişənin tənzimlənməsi
istiqamətində Rusiyanın daha ədələtli mövqe
tutacağı və Ermənistanın da konstruktiv mövqe
nümayiş etdirməsini şərtləndirə bilər. Cənab
Prezident İlham Əliyev dəfələrlə bəyan edib
ki, sülh danışıqlarının səmərə
verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi
bütövlüyünü hərbi yolla bərpa edəcəkdir.
Bu bəyanatların arxasında kifayət qədər
böyük bir ciddiyyət dayanır. Birincisi, Azərbaycanın
hərbi potensialı Ermənistanın hərbi potensialı ilə
müqayisəedilməz dərəcədə
böyükdür. Bu da qısa müddət ərzində
öz torpaqlarını azad etmək üçün Azərbaycana
böyük imkan verir. Bildiyiniz kimi, Prezident İlham Əliyev
dəfələrlə qeyd edibdir ki, sözügedən
danışıqlara olan ümidlər tam bitməmişdir. Bu
gün isə ölkəmiz danışıqlar prosesinin fəal
iştirakçısıdır, konustruktiv mövqe tutur və
münaqişənin tənzimlənməsi istiqamətində
mövqelərin yaxınlaşdırılmasında
israrlıdır. Bu məsələnin uzanması Ermənistanın
qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ilə əlaqədardır.
GÜLYANƏ AĞAKƏRİMOVA,
ANAR MƏCİDZADƏ
Səs.- 2010.- 23 aprel.- S. 10.