Sağlam ekoloji mühit insan həyatı üçün
əhəmiyyətli məsələdir
Hüseynqulu Bağırov:
"Ekologiya ili" çərçivəsində görülən işlər
çoxsahəlidir"
"Ekoloji sahəyə çox böyük diqqət göstərilir və bu da
təbiidir. Bu, elə bir sahədir
ki, buraya qoyulan vəsaiti, bəlkə də, Azərbaycan iqtisadiyyatı
da, vətəndaşları
da görmürlər.
Amma bunu həm indiki nəsillər, həm də gələcək nəsillər görəcəklər.
Çünki ekologiya məsələləri
hər bir ölkə üçün,
hər bir vətəndaş üçün
vacib olmalıdır. Bu, insanların sağlamlığıdır.
Sağlam ekoloji mühit, sağlam hava, təmiz su- bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir." Dövlət başçısı İlham
Əliyev bu məsələlərin həllinə
diqqətin daha da artırılmasını
qarşıya ən ümdə məqsəd kimi qoyur.
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi
qərargahında ənənəvi
keçirilən mətbuat
konfransında ekologiya
və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
son illər ekoloji problemlərin həlli istiqamətində
görülən işlər, "Ekologiya ili" çərçivəsində həyata keçiriləcək
tədbirlər və
perspektivlər
barədə ətraflı
məlumat verdi. H.Bağırov bildirdi ki, ekoloji problemlərin
həlli dövlət
siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdədir.
Son illərdə görülən
işlərin miqyası
daha da genişlənib.
İqtisadi, sosial, mədəni və digər sahələrin inkişafına, eləcə
də, ətraf mühitin sağlamlaşdırılması,
xalqımızın rifahının
yaxşılaşdırılması naminə təbii sərvətlərdən
istifadə məsələlərinə
göstərilən diqqət və qayğı, həyata keçirilən
ardıcıl tədbirlərin
nəticəsində qazanılmış
uğurlar əhalinin ekoloji şüurunda da müsbət dəyişikliklərə gətirib
çıxarıb. Belə
ki, ekoloji durumun yaxşılaşdırılmasına
yönəldilmiş tədbirlər
ölkə vətəndaşlarının
fəal iştirakına
zəmin yaradır.
H.Bağırov qeyd etdi ki, dövlət
başçısı İlham
Əliyev tərəfindən 2010-cu ilin
"Ekologiya ili" elan olunması bu sahəyə diqqətin göstəricisidir.
"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006-2010-cu illər
üçün kompleks
Tədbirlər Planı"
mövcud problemlərin
həllinə, xüsusilə,
Bakı şəhəri
və Abşeron yarımadasında ətraf
mühitin yaxşılaşdırılması
istiqamətində aparılan
işlərə böyük
təkan vermişdi. Bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir. Ətraf mühitə təsirlər
iqtisadiyyatın müxtəlif
sahələri ilə
bağlıdır.
Nazir bildirdi ki, "Ekologiya ili" çərçivəsində
görülən işlər
sırasında əsas
yeri yaşıllıqların
artırılması tutur.
"Atmosfer sərhəd
tanımır" fikrini
xüsusi qeyd edən ekologiya və təbii sərvətlər naziri vurğuladı ki, qlobal hadisələr də bunu təsdiq
edir. Dəniz suyunun çirklənmədən
qorunması, su ehtiyatlarına səmərəli
yanaşılması da
obyektiv olaraq, Yer kürəsində gərginləşmiş ətraf
mühitinə müsbət
təsir göstərən
amillərdir. Qeyd olundu ki, bu
il çərçivəsində
tədbirlər silsiləsi
çoxsahəli və
çoxtərəflidir.
"2010-2014-cü illər üçün əlavə
Tədbirlər Planı
hazırlanıb. Hazırda
son tamamlanma işləri görülür.
Müxtəlif nazirliklər
bununla bağlı öz fikir və
təkliflərini bildirəcəklər.
Hazırda icra edilməyə hazır olan layihələr var. Elə layihələr
də var ki, onlar
mövsümü xarakter
daşıdığı üçün
maliyyəşdirilməsinə başlanılmadan hazırlıq
işləri görülür.
Bu, ilk növbədə,
yaşıllaşdırma işləri
ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycan az meşəli ölkədir, meşələrdən
istifadənin qarşısını
almaq üçün
obyektiv və subyektiv çətinliklərə
rastlaşırıq, lakin
ölkəmizdə yaşıllaşdırma
işləri geniş
miqyas alıb."
H.Bağırov söylədi
ki, meşələrin
mühafizəsi, bərpası,
yeni meşəliklərin
salınması sahəsindəki
göstəricilər gündən-günə artır: "Son 10 ildə meşə örtüyü
0,4 faiz artıb. Bu, beynəlxalq mənbələrdən də
təsdiqini tapıb. Bunun müəyyənləşdirilməsinin
ən etibarlı üsulu peyk aerofoto çəkilişlərin
təhlilidir."
Nazir son illərdə
paytaxt və respublikamızın bölgələrində
həyata keçirilən
yaşıllaşdırma işləri
barədə ətraflı
məlumat verdi. Qeyd etdi ki, Zığ-Heydər
Əliyev adına Beynəlxalq Hava Limanı yolunun ətrafında xeyli sayda ting əkilib. Əzizbəyov
dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu ətrafında yaşıllıqların
salınması üçün torpaq işləri aparılmış,
minlərlə
ağac və kol əkilmiş, xeyli əraziyə yaşıl çəmən
salınmışdır. Yaşıllaşdırılmış
ərazilərin suvarılması
üçün əlavə
olaraq artezian quyusu qazılmış, suvarma şəbəkəsi
yaradılmışdır: "Dövlət başçısı
İlham Əliyevin Abşeron yarımadasında
3 milyon ağac əkilməsi ilə bağlı tapşırığının
icrası ilə əlaqədar yaşıllaşdırılacaq
ərazilər seçilmiş,
həmin ərazilərdə,
keçmiş Binə
Ticarət Mərkəzinin
ərazisi də daxil olmaqla, nazirliyin daxili imkanları hesabına torpaq işləri görülmüş,
xeyli sayda ağaclar, xüsusilə,
zeytun əkilmişdi.
Bakı-Qazax, Bakı-Astara
yolunun ətrafında
da yaşıllıqlar
salınmaqda və getdikcə daha da artırılmaqadır.
Suvarma sistemi yaradılır".
H.Bağırov zooloji parkın yaradılması
barədə də ətraflı məlumat verdi. Vurğuladı ki, bununla bağlı
müxtəlif fikirlər
səslənir. Məqsəd
müasir tələblərə
cavab verən parkın salınmasıdır.
Nazir Abşeron yarımadasında neft tullantıları və digər zərərli maddələrlə çirklənmiş
torpaqların və göllərin bərpasının
da əsas prioritet istiqamət seçildiyini
söylədi. Göllərin
və ətrafının
təmizlənməsi, torpaqların
rekultivasiyası hesabına
ərazilərin reabilitasiyası
nəzərdə tutulmuşdur:
"Bununla bağlı
hərtərəfli araşdırmalar
aparılmış, müvafiq
layihə təklifləri
hazırlanmışdır. Bu işlərin, ilkin olaraq, Zığ
gölündə görülməsinə
başlanılıb. Nazirlər
Kabinetinin cari ilin birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında da dövlət başçısı İlham
Əliyev bu məsələyə xüsusi
diqqət yönəltdi.
Bakı buxtasının
təmizlənməsi işləri
də bu il ciddi aparılmalıdır.
Bakı buxtasına çirkab axıdan kanalizasiya xətlərində
ciddi tədbirlər görülməli, təmizləyici
qurğular tikilməlidir.
Çünki Bakı
buxtası Bakının
əsas gözəlliklərindən
biridir".
H.Bağırov onu da vurğuladı ki, digər prioritet istiqamət dəniz suyunun duzsuzlaşdırılması layihəsidir:
"Bu, içməli
su probleminin olmasından irəli gəlmir. Azərbaycanın
lazımi miqdarda su ehtiyatları var. Onlara ehtiyatla,
qayğı ilə yanaşılsa, ölkəmizin
uzunmüddətli inkişafını
təmin edəcək.
Biz, sadəcə olaraq, çaylarımızı
təmiz saxlamalıyıq.
Yeraltı sularımızı
çirklənmədən qorumalıyıq. Lakin bu sırada Xəzər dənizi kimi tükənməz su ehtiyatı olduğu üçün
bu suyun da şirinləşdirilib
istifadəsinə hazır
olmalıyıq.
Təsərrüfat ehtiyaclarını
ödəmək üçün
də su çox tələb olunur. Bunun üçün pilot layihələr həyata keçiriləcək.
Bu prosesi sınaqdan keçirməklə,
su ehtiyatı mənbələrindən biri
kimi dəniz suyundan istifadə etmək texnologiyasına hazır ola bilərik. Zəruri olan qurğu üçün tender elan olunub."
Sonda ekologiya və təbii sərvətlər naziri media nümayəndələrini
maraqlandıran sualları
cavablandırdı.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 24 aprel.- S. 7.