“Erməni vandalizmi" adlı publisistik kitabın təqdimat mərasimi keçirilib

 

Rusiya Federasiyasının (RF) Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında şair-publisist, ictimai-siyasi xadim Mirkazım Seyidovun "Erməni vandalizmi" adlı publisistik kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumaına görə, mərasimdə respublikamızın tanınmış ziyalıları, dövlət rəsmiləri, millət vəkilləri, KİV nümayəndələri, habelə beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq Rəşid Behbudov adına Mahnı Teatrının foyesində hazırlanmış ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlardan bəhs edən fotostendlə tanış olublar.Daha sonra isə Rusiyanın Novosibirsk şəhərində Xocalı faciəsinə həsr edilmiş mətbuat konfransının video yazısı nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Mirkazım Seyidov bu kitabı böyük ürək ağrısı və zəhmətlə ərsəyə gətirdiyini qeyd edib. O, bildirib ki, bu, onun erməni vandalları tərəfındən xalqımızın başına gətirilmiş müsibətlərə, genosid siyasətinə qarşı yönəlmiş yeganə və sonuncu əsəri deyil. M.Seyidov bundan sonra da ermənilərin xalqımıza və türk dünyasına qarşı törətdiyi ümumbəşəri cinayətlərini ifşa edən, tarixi qaynaqlara, faktlara əsaslanan nəşrlərini təmənnasız çap etdirəcəyini, bütün qanuni üsullardan, metodlardan istifadə edərək dünya ictimaiyyətinin diqqətinə çatdıracağını dilə gətirib. Daha sonra isə müəllif  "Qoy dünya ictimaiyyəti ikili standartlardan əl çəksin",-deyə əlavə edib. Tədbirdə çıxış edən digər natiqlər də belə bir kitabın məhz Rusiyada üç dildə çap etdirilməsinin və orada yayımlanmasınm böyük əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, belə kitablar ermənilərin türk xalqlarına qarşı törətdikləri soyqırımın dünya ictimaiyyəti tərəfındən tanınmasında təşviqat vasitəsi kimi tutarlı vəsaitdir.

Qeyd edək ki, müəllifın bu kitabı RF-nin "Pritinq" nəşriyyatı tərəfındən üç dildə - rus, ingilis və Azərbaycan dillərində nəfis şəkildə, 3000 nüsxədə çap edilib. Tədbir iştirakçılarına M.Seyidovun "Erməni Vandalizmi" kitabı, Novosibirsk şəhərində çap edilən "Odlar yurdu" jurnalı, Forumun Xocalı soyqrımına siyasi və hüquqi qiymət verilməsi ilə əlaqədar ABŞ prezidenti Barak Obamaya, Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevə və bir çox beynəlxalq təşkilatlara ünvanladığı müraciətinin surətləri, habelə Xocalı faciəsinə həsr edilmiş təqvimlər paylanılıb.

 

 

Səs.- 2010.- 27 aprel.- S. 7.