Ordu quruculuğu sahəsində böyük
uğurlar əldə
olunub
Ali Baş Komandan
İlham Əliyev:
"Azərbaycan Ordusu
bütün cəhətlərdən
Ermənistan ordusundan daha güclüdür və daha da
peşəkardır"
Ötən həftə,
məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyində
ordu quruculuğu ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə ordu quruculuğu,
ölkənin müdafiə
qabiliyyəti və hərbi məsələlərlə
bağlı müdafiə
naziri tərəfindən
Prezidentə raport verilmiş və bununla bağlı Prezident öz tövsiyələrini vermişdir.
Azərbaycanın müharibə vəziyyətində
olması, torpaqlarının
20 faizinin işğal
altında olması da müşavirədə
diqqət mərkəzində
olmuş və ərazi bütövlüyünün
bərpasının Azərbaycan
dövləti qarşısında
dayanan əsas məqsəd olduğu nəzərə çatdırılmışdır.
Xüsusilə, cənab Prezident öz nitqində Azərbaycanın işğal
altında olan torpaqlarının azad edilməsi üçün
ordu quruculuğunun inkişafının və
müdafiə qabiliyyətinin
artırılmasının böyük əhəmiyyətə
malik olduğunu vurğulayıb. Bunun üçün Azərbaycan dövlətinin
xüsusi tədbirlər
həyata keçirdiyini
qeyd edən Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyev ötən illər ərzində ordumuzun xeyli gücləndiyini və müasir standartlara cavab verdiyini nəzərə çatdırıb. "Azərbaycan torpaqları işğal altındadır.
Biz elə etməliyik
ki, hərbi imkanlarımızı maksimum
dərəcədə gücləndirək.
Bunu etmək üçün çox böyük işlər, praktik tədbirlər görülür.
Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri
uğurla həll olunur. Biz gündəlik
həyatda elə etməliyik ki, hərbi potensialımızı
daha da gücləndirək
və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin."
Həqiqətən də, son illərdə Azərbaycan dövləti
tərəfindən orduya
göstərilən qayğı
və diqqətin nəticəsində Azərbaycanın
hərbi potensialı yüksəlmiş, müdafiə
qabiliyyəti artmışdır. Bilavasitə Prezident
tərəfindən ordunun
müasirləşdirilməsi və hərbi texnikanın yenilənməsi
istiqamətində əməli
addımlar atılmışdır.
Bütün bunlar isə
Azərbaycanın düşdüyü
vəziyyətlə bağlıdır.
Bu vəziyyət də işğala və düşmən hücumuna məruz qalmış Azərbaycanı
öz müdafiə qabiliyyətini artırmağa
sövq edir. Prezident İlham Əliyevin
də dediyi kimi müharibə hələ bitməmişdir,
Azərbaycan müharibə
şəraitindədir. Bunu nəzərə
alaraq bütün zəruri addımlar atılmalıdır. "Müharibə bitməyib,
müharibənin birinci
mərhələsi başa
çatıbdır. Biz
elə etməliyik ki, istənilən anda torpaqlarımızı
hərbi yolla azad edə bilək."
Azərbaycanda ordu quruculuğu sahəsində görülən
işlərlə müqayisədə
Ermənistanda vəziyyətin
tamamilə başqa cür olduğu, hərbi sahənin düşmən ölkədə
günü-gündən zəifləməsi
də məlumdur. İki ölkə
arasında, bütün
sahələrdə olduğu
kimi, bu sahədə də böyük bir fərq, hətta uçurum yaranmışdır.
Bu məsələ də cənab Prezidentin müşavirədəki
nitqində xüsusilə
nəzərə alındı.
"Əgər biz bugünkü vəziyyəti
götürsək, görərik
ki, Azərbaycan Ordusu bütün cəhətlərdən Ermənistan
ordusundan daha da güclüdür və daha da
peşəkardır. Ermənistan silahlı
qüvvələrində xidmət
edən əsgərlər
kütləvi qaydada Azərbaycan tərəfinə
keçirlər. Onların burada
dediyi sözlər və gətirdiyi faktlar göstərir ki, Ermənistan ordusunda nə qədər acınacaqlı
vəziyyət vardır."
Düşmən ölkədə olan hərbi vəziyyəti xüsusilə nəzərə
çatdıran Prezident
Ermənistanda hətta
təmas xəttini qorumaq üçün qüvvənin çatışmadığını
da bildirib. "Biz bilirik ki, hətta
təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Onlar səfərbərliyə
cəlb ediləcək
insanların yaş həddini artırırlar.
Orada canlı qüvvə Azərbaycandakı insani potensialla müqayisə edilə bilməz. Bu vacib məsələdir
və üstünlük
bizim tərəfimizdədir."
Azərbaycan Respublikasının Prezidenti
müşavirədə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi və
onun həlli yönündə aparılan
danışıqlar barədə
də fikirlərini çatdırmış və
bu sahədəki son vəziyyəti şərh
etmişdir. O, öz çıxışında Azərbaycanın
ərazi bütövlüyü
və onun müzakirəolunmazlığı barədə fikirlərini
xüsusilə diqqət
mərkəzində saxlamışdır.
"Bir daha
demək istəyirəm
ki, Azərbaycanın ərazi bütövlüyü
heç vaxt müzakirə mövzusu olmamışdır və
olmayacaqdır. Bizim mövqeyimiz
həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü
təmin olunmalıdır.
İşğal edilmiş bütün
torpaqlardan Ermənistanın
işğalçı qüvvələri
çıxardılmalıdır."
Azərbaycan Prezidentinin
bundan öncəki çıxışlarında da
dəfələrlə bu
yöndə bəyanat
səsləndirməsinə baxmayaraq, hələ də Ermənistan bununla bağlı heç bir iş görməmiş, Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması üçün mövqeyində
heç bir dəyişiklik etməmişdir.
Hərçənd ki, bütün
beynəlxalq sənədlər
Dağlıq Qarabağın
Azərbaycanın ərazisi
olduğunu və Ermənistanın bu ərazini işğal etdiyini təsdiqləyir.
Lakin bu sənədlər hələ də yerinə yetirilməmiş
olaraq qalır. Bu hal çox
davam edə bilməz. Azərbaycan öz ərazi
bütövlüyünün təmin olunması üçün istənilən
yola əl ata bilər. Bu, onun təbii
haqqıdır. Lakin Azərbaycan
hələ də münaqişənin sülh
yolu ilə həllinə inandığı
üçün bu istiqamətdə danışıqları
davam etdirir.
Ordu quruculuğu ilə bağlı müşavirədə
danışıqlar prosesinə
xüsusi diqqət yetirən Ali Baş Komandan İlham Əliyev yenilənmiş
Ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyev Ermənistanın bu sahədə də mövqeyinin qeyri-konstruktiv
olduğunu bir daha nəzərə çatdırdı. "Ermənistanın mövqeyi
bir daha bunu göstərir ki, Ermənistan sülh istəmir. Onlar, sadəcə olaraq, status-kvo vəziyyətini maksimum, nə qədər mümkünsə,
uzatmaq istəyirlər.
İşğal edilmiş torpaqlardan
çıxmaq istəmirlər.
Özlərini danışıqlarda guya ki, sadiq
olduqlarını nümayiş
etdirmək üçün
cəhdlər göstərirlər.
Sadəcə olaraq, çalışırlar
ki, bu danışıqlar
prosesi daha da uzansın və bir növ
permanent, əbədi xarakter
alsın."
Cənab Prezidentin Müdafiə Nazirliyində keçirilən
müşavirədə çıxışı
və nəzərə
çatdırdığı məsələləri ümumiləşdirib
belə bir qənaətə gəlmək
olar ki, Azərbaycan ordu quruculuğu sahəsində
böyük uğurlar
qazanmışdır ki,
bu da Azərbaycanın
hərtərəfli inkişafının
tərkib hissəsi kimi çıxış edir. Müharibə vəziyyətində olan ölkənin rəhbərliyi tərəfindən
orduya belə bir qayğının göstərilməsi sevindirici,
bir o qədər də fərəhləndirici
haldır. Ölkəmizdə hərbi sahəyə olan diqqətin bu dərəcədə artması vətəndaşların
da hərbi vətənpərvərlik ruhunda
yetişməsinə səbəb
olur ki, bu da torpaqlarımızın
işğaldan azad edilməsi üçün
hərbi müharibə
variantından istifadə
ediləcəyi təqdirdə,
çox böyük əhəmiyyət daşıyacaqdır.
Murad İSMAYILZADƏ
Səs.- 2010.- 28 aprel.- S. 3.