YAP Nəsimi rayon təşkilatında
Zərifə xanım
Əliyevanın xatirəsi
anıldı
Dünən Yeni Azərbaycan Partiyasının
(YAP) Nəsimi rayon təşkilatının konfrans
zalında görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın xatirə günü ilə əlaqədar tədbir keçirildi. Budəfəki tədbir Azərbaycan Tibb Univerisitetinin oftalmologiya ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələrinin
iştirakı ilə
yazı müsabiqəsinin
qaliblərinin mükafatlandırma
mərasimi idi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri,
millət vəkili Məlahət İbrahimqızı
qeyd etdi ki, 1985-ci ilin bu bahar günündə
dünyasını dəyişən,
işıqlı amalların,
nəcib duyğuların
təcəssüm tapdığı
bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi hər il anılır. O, qədirbilən xalqımızın
qəlbində əbədi
yaşayır: "Akademik
Zərifə Əliyevanın
alim kimi qazandığı böyük
uğurlar Azərbaycan
tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə
xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda
təhsil alıb.
1949-cu ildə Azərbaycan
Elmi-Tədqiqat Həkimləri
Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə
başlayıb və bütün ömrünü
oftalmologiyaya həsr
edib. 1983-cü ildə
Azərbaycan Elmlər
Akademiyasının həqiqi
üzvü seçilib".
M.İbrahimqızı vurğuladı
ki, Zərifə xanım qeyri-adi bir ana idi
və övladlarına
olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini
tapmaq çətindir:
"O, uşaqları sanki
Ulu Tanrı tərəfindən bəxş
olunan bir nur payı kimi
qəbul edirdi. O özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə
elə yüksək dərəcələrə çatırlar
ki, bununla hamını heyrətə
gətirirlər. Zərifə
xanım belə analardan idi".
YAP Nəsimi rayon
təşkilatının sədr
müavini, səhiyyə
nazirinin müavini Elsevər Ağayev çıxış edərək,
bildirdi ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu, bütün mənalı ömrünü Vətəninin
və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli
dostu və etibarlı silahdaşı
olub. O, ulu öndərimizə mənəvi
dayaq, arxa olub: "Zərifə xanım yeganə akademik olub ki,
göz xəstəliklərinin
müalicəsi ilə
əlaqədar zavodlarda,
fabriklərdə, müəssisələrdə
xüsusi laboratoriyaları
var idi. Fəhlələri müalicə
edib, çox insanlara şəfa veribdir".
Nazir müavini onu da vurğuladı
ki, bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə
şəfa verən Zərifə Əliyevanın
alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə çəkir:
"O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə
aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirib, oftalmologiya elminə çox böyük töhfələr verib. Zərifə Əliyeva gözün zədələnməsinin
öyrənilməsi və
profilaktikası sahəsindəki
bir sıra orijinal kəşflərinə
görə SSRİ Tibb
Elmləri Akademiyasının
akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də
bu mükafatı alan ilk qadın
alim idi".
Çıxış edən YAP Nəsimi
rayonu üzrə Azərbaycan Tibb Universitetinin ilk ərazi təşkilatının
sədri Sabir Əliyev bildirdi ki, Qədim Naxçıvanın Şərur
rayonunun Şahtaxtı
kəndində dünyaya
göz açan Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçib. Zərifə
xanım görkəmli
ictimai və dövlət xadimi, xalqımızın böyük
oğlu Əziz Əliyevin ailəsində
dünyaya göz açıb. Atasının
ömür yolu onun üçün əsil həyat məktəbi olub: "Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi.
O, keçmiş SSRİ Sülhü Müdafiə
Komitəsinin üzvü,
Azərbaycan Sülhü
Müdafiə Komitəsi
sədrinin müavini,
Ümumittifaq "Bilik"
Cəmiyyəti İdarə
Heyətinin, Ümumittifaq
Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət
Heyətinin üzvü
olub, "Əməkdar
elm xadimi" fəxri adına layiq görülüb.
Zərifə xanımın
fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar
sırasında ən
şərəflisi Ana
adıdır. Zərifə
xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, artıq
dünya siyasətində
öz nüfuzu ilə seçilən, praqmatik fəaliyyəti ilə Azərbaycanı bölgənin lider dövlətinə çevirən
Prezidentimiz İlham Əliyevin anasıdır".
Sonda qaliblər-Güllü
İbadova - Nərmin Əliyeva, Anar Abdullayev mükafatlandırıldı.
Bunun davamı olaraq, Hemotologiya və Qanköçürmə
İnstitutunda təşkilat
qanvermə aksiyası
keçirdi. "Canımız
bir - qanımız bir" adlı bu aksiyanın əsas məqsədi leykozlu uşaqlara və süd vəzi xərçəngindən
əziyyət çəkən
imkansız qadınlara
kömək etməkdən
ibarətdir. Bu aksiyada 40-dan artıq fəal partiya üzvü könüllü
sürətdə iştirak
edərək, leykozlu uşaqlar və süd vəzi xərçəngindən əziyyət
çəkən imkansız
qadınlar üçün
qan verdi. Qanvermə aksiyasına Türkiyəli Qadınların
İş Birliyi Dərnəyi də qoşulub.
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 28 aprel.- S. 7.