“Regionların
sosial-iqtisadi Dövlət
Proqramı"uğurla
icra olunmaqdadır
Astara rayonunda
Dövlət Proqramından
irəli gələn işlər yüksək səviyyədə həyata
keçirilir
Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı
öz axarı ilə davam edir, həyatın bütün sahələrində
yüksək tərəqqi
qeydə alınır. Bütün bu
uğurlar onu sübut edir ki, ölkəmiz sürətli inkişaf yolundadır. Başqa
sözlə, özünün
daxili imkanlarına, zəngin neft-qaz sərvətlərinə əsaslanan
Azərbaycan Respublikası
artıq 15 ildən çoxdur ki, müstəqil iqtisadi siyasət yürüdür,
qlobal enerji layihələrinin təşəbbüskarı
və əsas iştirakçısı kimi
regionda başlıca nüfuz sahibinə çevrilir.
2009-2013-cu illəri
əhatə edən
"Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın icrasının birinci ilinin yekunları ilə əlaqədar Astara rayonunda geniş şura iclası keçirildi. Astara rayon icra hakimiyyətinin başçıs
Mahir Quliyev bildirdi ki, az
vaxt keçməsinə
baxmayaraq, yola saldığımız il
ərzində sənədin
icrası ilə bağlı çox mühüm tədbirlər
həyata keçirilib,
regionların inkişafı
ilə bağlı genişmiqyaslı işlər
davam etdirilib, rayonlarda abadılıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib.
Prezidenti
İlham Əliyevin yürütdüyü sosial-iqtisadi
islahatlar siyasəti nəticəsində bölgələrdə,
o cümlədən, Astara
rayonunun qəsəbə
və kəndlərində
də inkişaf yeni mərhələyə
yüksəlib. Astara
rayon icra başçısı
M.Quliyev Dövlət Proqramına uyğun olaraq, rayonda görülən tədbirlər
nəticəsində sakinlərin
güzəranının xeyli
yaxşılaşdığını, yeni iş yerlərinin
açıldığını, böyük sənaye potensialının formalaşdığını
söylədi:
- Artıq
bir neçə ildir ki, ölkəmizin
sosial-iqtisadi inkişafını
müəyyən edən
Dövlət Proqramı
icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
məntiqi davamıdır.
Çox
sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti
proqram da uğurla icra edilir. Baxmayaraq ki, 2009-cu il
bütün dünya üçün çox çətin, ağır
il olub. Lakin Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə
çıxı bildi.
Belə ki, 2009-cu ildə iqtisadi artım 9,3 faiz,
sənaye istehsalının
artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olubdur.
Bu gün
ən əsas bir faktı vurğulamaq dazımdır
ki, ölkəmizdə
son 5-6 il ərzində sahibkarlığın
və regionların inkişafı ilə bağlı olan məsələlrin həlli
daha geniş vüsət alıb. Azərbaycan dövləti bu sahədə də öz iradəsini göstərib. Sahibkarlar həm
siyasi, həm də maddi tərəfdən
dəstəklənir. Fermerlərə subsidiyalar onlara
lazım olan avadanlığın, texnikanın
güzəştli şərtlərlə,
lizinq yolu ilə verilməsi, bütün bunlar kənd təsərrüfatını
sahibkarlığı stimullaşdıran
amillərdir.
Qeyd edim ki, 2004-2008-ci illər Dövlət Proqramı ilə əlaqədar respublikamızın
bütün regionlarında,
o cümlədən, Astara
rayonunda da uğurlu olub. Son illər
modul tipli elektrik stansiyası, qaz kompressor stansiyası, Astara yük terminalı, əlil və şəhid ailələri
üçün 32 mənzilli
yaşayış binası,
18 yeni orta məktəb binası, 4 mehmanxana tikilmiş, bir turizm-istirahət mərkəzi istifadəyə
verilibdir. Rayonda 7 məktəb binası, bir çox mədəniyyət və
tarixi abidələrin
əsaslı təmir
edilib, şəhərin
küçə və
meydanları, parkları
abadlaşdırılıb, qəsəbə və kəndlərə gedən
29,6 km uzunluğunda yollar asfaltlaşdırılıbdır.
Astara şəhərinin
mərkəzində ümummilli
lider Heydər Əliyev adına
prospekt, mədəniyyət
və istirahət parkı salınmış,
muzey yaradılmışdır.
Hazırda rayonumuzda olimpiya
idman kompleksi və Astara gömrük keçid məntəqəsinin tikintisi
davam etdirilir.
Bu illər
ərzində rayonun kənd təsərrüfatında
da böyük canlanma olmuşdur, xüsusilə, Azərbaycan
Respublikası Prezidentinin
"Kənd təsərrüfatı
istehsalçılarına dövlət
dəstəyi haqqında"
23 yanvar 2007-ci il tarixli Sərəncamına
əsasən, kənd
təsərrüfatı istehsalçılarına
məhsul istehsalı üçün istifadə
etdikləri yanacağın,
motor yağları və
mineral gübrələrin orta
hesabla 50 faizinin dövlət tərəfindən
ödənilməsi kənd
təsərrüfatı sahəsində
çalışan hüquqi
və fiziki şəxslərdə böyük ruh yüksəkliyi yaradıb, onların torpağa bağlılığını
və həvəslə
işləməsinə sövq
edibdir. "Aqrolozinq"
ASC-nin aqroservis filialı tərəfindən
67 nəfər kənd
təsərrüfatı istehsalçılarına
güzəştli qaydada
210 ton azot gübrəsi
satılmışdır. Rayonda məhsul istehsalçılarının kənd
təsərrüfatı texnikası
ilə təmin olunması da diqqət mərkəzində
olmuşdur. Bütün bunlar rayonda
kənd təsərrüfatı
məhsullarının artımına
müsbət təsir
göstərir. Bu gün
Astarada geniş vüsət alan
çayçılıq sahəsində
də uğurlu işlər aparılır.
Belə ki, çayçılıq
sahəsində 120 ha sahədə
aqrotexniki qulluq işləri aparılıb,
çay kollarına
mineral gübrələr verilibdir.
2009-cu ildə 263,1 ton yaşıl çay yarpağı tədarük
olunub, emal müəssisələrinə təhvil
verilib. Faraş tərəvəz istehsalından
ötrü 2009-cu ildə
əkin sahələrində əsasən,
məhsul yığımı
və təmizləmə
işləri aparılıb,
əkin sahələrini
mövsümi yağan
yağışların sel
sularından qorumaq üçün kanallar lil və palçıqdan
təmizlənibdir. Taxıl
və dənli bitkilərin istehsalı ilə əlaqədar
2009-cu ildə kənd
təsərrüfatı müəssisələri
və əhali təsərrüfatlarında 1158,5 ha sahədə dənli və dənli paxlalı bitkilər əkini həyata keçirilibdir. 586,5 ha sahədə taxıl, o cümlədən, 235,5 ha sahədə
çəltik əkilib,
2229,2 ton taxıl, o cümlədən, 1540,8 ton çəltik
istehsal edilərək,
ziyanverici və həşəratlara qarşı
mübarizə tədbirləri
həyata keçirilibdir.
2009-cu ildə sitrus və meyvə bağlarında
22564 ton meyvə tədarük
olunubdur.
Sosial problemlərin həlli ilə bağlı rayonda ciddi işlər
görülübdür. Belə
ki, 2009-cu ildə 786 evə qaz xətti
çəkilib, 1429 p/m müxtəlif
diametrli qaz xətləri üzərində
təmir-bərpa işləri
aparılıb, əhali
abunəçiləri üçün
786 ədəd məişət
qaz sayğacı quraşdırılıb, 33 ədəd
qaz tənzimləyici şkaf təmir edilərək işlək
vəziyyətə gətirilibdir.
2010-cu ilin
yanvar-fevral aylarında
Pensər və Kakalos kəndlərində
9 km-lik müxtəlif
diametrli, orta təzyiqli qaz xətləri üzərində
təmir-bərpa işləri
aparılıb, 8 ədəd
qaz tənzimləyici şkaf təmir olunaraq, 200 evə qaz sayğacı quraşdırılıbdır. Həmin əraziyə təbii qazın verilməsi bərpa edilibdir.
Pensər kənd
2 saylı orta məktəbi üçün
480 yerlik, Rinə kənd orta məktəbi üçün
360 yerlik, Pəlikəş
kənd orta məktəbi üçün
240 yerlik, Marzəsəy
və Qəcimardə
kənd əsas məktəbləri üçün
180 yerlik, Vovada kənd ibtidai məktəbi üçün
80 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilibdir. 620 yerlik
Kijəbə qəsəbə
orta məktəbinin əsaslı təmiri başa çatdırılıb,
məktəb inventar və avadanlıqlarla təmin edilibdir.
Bütün bu işlərlə yanaşı,
rayon ictimaiyyətinin çoxsaylı
müraciətlərini, arzu
və təkliflərini
nəzərə alaraq,
2010-cu ildə dövlət
proqramı çərçivəsində
əlil və şəhid ailələri
üçün 16 mənzilli
yaşayış binasının,
Astara, Şahağac magistral yolunun tikintisi, su və
kanalizasiya xətlərinin
çəkilməsi nəzərdə
tutulur.
Ümumiyyətlə, bütün bu işlər onu deməyə əsas verir ki, Astara
rayon ictimaiyyəti ümummilli
liderimiz Heydər Əliyevin ideyalarını
uğurla həyata keçirən ölkə
Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini - birmənalı olaraq, dəstəkləyir və
müdafiə edirlər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 28 aprel.- S. 11.