"Zərifə
Əliyeva" bədii-publisistik
kitabının təqdimatı
keçirilib
Dünən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində
"Görkəmli adamların
həyatı" seriyasından
rus dilində nəşr edilmiş
"Zərifə Əliyeva"
bədii-publisistik kitabının
təqdimat mərasimi
keçirilib. Milli Məclisin deputatı, yazıçı Hüseynbala
Mirələmovun qələmə
aldığı kitab
Moskvanın "Molodaya
qvardiya" nəşriyyatında
3 min tirajla çap olunub. Təqdimat mərasimində akademik Bəkir Nəbiyev, Milli Məclisin deputatları Eldar İbrahimov, Hadi Rəcəbli və başqaları çıxış
edərək Zərifə
xanım Əliyevanın
zəngin həyat və yaradıcılıq
yolunu əks etdirən maraqlı bədii-publisistik materialların
və fotoşəkillərin
toplandığı kitabın
bu böyük insana həsr olunan çoxsaylı qiymətli
nəşrlər arasında
özünəməxsus yer
tutduğunu söyləyiblər.
Bildirilib ki, son illər
"Görkəmli adamların həyatı"
seriyasından yazıçı-publisist Hüseynbala
Mirələmovun "Heydər Əliyev" və
"İlham Əliyev" kitabları çap olunub. Bu kitablar bir
nəslin üç böyük şəxsiyyətinə
müəllifin dərin
ehtiramını, səmimi
ziyalı duyğularını
əks etdirir. Dərin və ciddi araşdırmalar, tutarlı faktlar, zamana və dövlətçiliyə dərindən
bələdlik, yüksək
tarixilik duyğusu və yazıçının
peşəkarlığı bu kitabların hər səhifəsində
aydın hiss olunur. Yazıçı-publisist H.Mirələmov dünya şöhrətli
qəhrəmanlarının həyat və fəaliyyətlərinə, xalqımızın
taleyindəki tarixi rollarına qlobal şəkildə yanaşa
bilmiş və bu böyük insanlar haqqında yazmağın məsuliyyətini
bir an belə
unutmayıb. Natiqlər
diqqətə çatdırıblar
ki, H.Mirələmovun
"Zərifə Əliyeva"
kitabı "Dastanın
başlanğıcı" adlı epiloqla başlanır və "Əbədiyyət dastanı"
adlı proloqla tamamlanır. Bu əsər, nəcib
bir Azərbaycan qadını, görkəmli
oftalmoloq alim, akademik, ağıllı və sədaqətli həyat yoldaşı, fədakar ana - nəslin ocağının
odunu qoruyan və bütün Azərbaycan üçün
saxlayan böyük insan haqqında əbədiyyət dastanıdır.
Yazıçı öz
qəhrəmanının nurlu
obrazına onun müasirlərinin xatirələri
prizmasından nəzər
salır. Bu kitab ümumilikdə 16 fəsildən ibarətdir.
Fəsillər "Hippokrat
və oftalmologiya",
"Əvəzolunmaz insan",
"Zərifə və
Heydər", "Xatirələr...
Xatirələr...", "Məhəbbət haqqında
əfsanə", "İnsanlara
bəxş olunan işıq", "İşığın
davamı" və digər maraqlı hissələrdən ibarətdir.
Səs.- 2010.- 29 aprel.- S. 5.